Litva tatarlarının tarixi
Содержание
- I. litvanyada birinci tatar mühacirləri
- Iı. knyaz vitovt zamanı
- Iıı. lıtvanyada tatar axınının
- Sonrakı davamı
- Iv. litvanya tatarlarının üçüncü sıqızmund
- Ulusundan əvvəlki halları
- V. üçüncü sıqızmund zamanı sıxıntıları
- Vı. yeni poloniya qanunları və tatar
- Vıı. rus qanunları
- Vııı. lıtvanya tatarlarının sayı
- Xıx əsrin ortalarındakı xəbərlər
- Ix. litvanya tatarlarının
- Məişətinə dair
- X. xülasə
Страница 5 из 5 · 80%
X. xülasə
Litvanya tatarlarının qısaca tarixləri göstərildi. Bunlar bir kaç əsr xristianlar mühitində dağınıq bir halda yaşamışlar. Dürlü tarixi axınlara təsadüf etmişlər, yenə də kəndilərini qeyb etməmişlər. Litvanyaya gəldikdə, tatarlar qüvvətli bir mədəniyyətə malik deyil idilər.
Təbiidir ki, əcnəbi məmləkəti ikinci vətən tanıdıqda oranın yüksək mədəniyyətində yaşamaq məcburiyyətində bulunacaq idilər.
Avropa mədəniyyəti fikri genişləndirir. Ruhda bir aclıq doğurur və bu aclığı dəf etmək üçün ruhani qidalar vücuda gətirir.
Litvanya tatarı sayca azlığını hiss edərək və milli mədəniyyətinin yeni mühit üçün, məsud yaşayış üçün çox da əlverişli olmadığını duyaraq Avropa mədəniyyətinə alışdı. Təbiidir ki, qüvvətli mədəniyyət qələbə çaldı və Litvanya tatarı milli amillərini qeyb etdi. Bu gün litvalı qardaşlarımız milli dillərini unutmuşlar; əski adətlərini tərk etmişlər; adları belə rus adlarına çevrilmiş.
Təkrar edirəm; əsrlərcə zəif kütlələrlə mədəni bir mühitdə yaşamağın ən təbii nəticəsi bu kütlələrin mühitə qarışıb, yox olması idi.
Lakin Litvanya tatarı bu təbii qanuna bir o qədər də tabe olmadı: dilini, milli adətini unutdu isə də, varlığını qeyb etmədi. Bu gün hər yerdə Litva tatarı tatarlığını və müsəlmanlığını kəmali-iftixar ilə söyləyir.
Bu dursun kənarda, Litva tatarı əski vətəni Krıma olan duyğularınıda mühafizə edə bilmiş; çoxdan bəri Krıma hicrət etməyə başlamışlar. Bu gün Krımda bir kaç yüzdən ziyadə Litva tatarı var. Çoxları Zemstvoda, şəhərlər idarəsində və milli tatar təşkilatlarında çalışmadadırlar. Qayət doğru və namuslu xidmətlər yapırlar. Çoxları tatar lisanı öyrənməyə başladılar. Gözəl bilənləri də yox deyil.
İnsanı artıq dərəcədə mütəəssir edən Litvanyalıların milliyyətə olan məhəbbətləridir.
Tatar teatrosuna gələn bir çox litvalılar arasında birindən sordum: – Siz tatar dili bilmədiyiniz halda teatromuzdan həzz ala bilirsinizmi?
– Tatar teatrosu bizə çox ləzzət veriyor. Çünki ruhumuzun milliyyətə çox-çox ehtiyacı var, – deyə cavab aldım. Əvət Litvanya tatarı kəndisində milli bir aclıq duymuş, onun üçün saatlar ilə teatroda oturub kəmali-diqqət ilə səhnədə söylənən sözləri dinləyir. Mənasını anlamırsa da, milli dilin kəndisindən həzz duyur.
Məclislərimizdə də eyni hal. Daimi olaraq Litva tatarları Krım məclislərində iştirak edirlər və türk dilini məmnuniyyətlə dinləyirlər. Ağməscid Litva tatarı komitəsi türk dili kursları açmış. Müvəffəqiyyət diləriz. Əlbəttə, Krım tatarları bu komitəyə yardımda bulunmalıdırlar. Bu yardımda qardaşlıq borcundan başqa bir də fayda tərəfi var, türkcə öyrənən Litvalı, Krım tatarı ehtiyacatı ilə yaxından tanış olub, onun yolunda çalışacaq.
Müqəddimədə söylənildiyi kimi, Krım tatarı ziyalı qüvvələrə möhtacdır. Zemstvo və şəhər idarələrində tatarın hüququnu müdafiə edən bir çox rus təhsili görmüş adamlar lazımdır. Litvanya tatarlarının əksəri rus məktəbləri ikmal etmiş münəvvərlərdən ibarət olduğundan, bunlardan faydalanmalıdır.
Litva tatarında milli hiss yoxdur demək böyük qəbahətdir. Krımlılar ilə litvalılar arasındakı soyuqluq, ancaq ümumi milli lisan yoxluğundan doğur. Litvalı qardaşlarımız milli dilimizi öyrənərlərsə, türk-tatarlıq aləminə böyük faydalar verərlər. Bunların arasında senator Axmatoviç kimi alim hüquqşünaslar var. Bu addan faydalanmalı, bu ad ilə iftixar etməli.
Gənclər arasında da dəyərlisi az deyil. Bu gün Krım tatarı tarixi ilə də uğraşanı var. Bir Litva gənci rus hökuməti tərəfindən Krım tatarına olan zülmə dair məlumat toplamaqdadir: Gecə-gündüz arxivlərdə tozlu vərəqlər arasında çalışır. Bir vaxt gələr, bu gəncin adı və xidməti meydana çıxar.
Litva tatarının qeyb olmamasına birinci səbəb dini duyğular olmuş. Litvalılarda dini hiss qüvvətlidir. Krım tatarı arasında din duyğusu yox kimidir. Bunun sayəsində əxlaq düşüklüyü vücuda gəlmişdir. Sərxoşluq, cinayət və fəna fəallar meydan almışdır. Litvanya tatarlarından iştə islam ənənəsi yaşayıb gəlməkdədir.
Bəzi batil fikirlər var ki, guya Avropa təhsili görənlər dinə rəğbət etmirlər. Litvanya tatarlarının məlum siniflərilə yaxından tanış olduqda bu fikrin əksinə iman edərik; bir çox Litva arifləri gördüm ki, Cənab Allahı və Həzrəti Peyğəmbərimizi yad etdikdə gözləri yaşarırdı. Əcnəbi lisanında olsa da, Litvalı qardaşlarımız daima kəndilərilə bərabər ayətlər və yaxud dualar daşıyırlar.
Litvalılarda dini etiqad qəvi olduğundan əxlaqları da düşkün deyil. Həpsi ayınıq, ciddi və işlərində sabit, bərabərlərilə müttəfiq bir tərzdə yaşayırlar. Yeki digərini sevirlər. Qeydlərinə qalırlar. Qürur və həsəd kimi məzlum sifətlər litvalılarda yoxdur. Qayət demokratik xalqdır.
Milli məclislərdən birində Litvalı bir hüquqşünas nitqində Krıma torlanan türk ünsürlərini qiymətli daşlara təşbiyə etdi, dedi: “Bu daşlardan gözəl bir came yarmalıyız və böyük rəbbimizə o camedən ibadət etməliyiz”.
İştə o müqəddəs came qurmağın zamanı gəldi. Hüsniniyyət ilə yapalım və islamın ehkamı olan üxüvvət əsaslarını canlandıralım. Üxüvvət ehkamını təqdiyə və təqdir edərsək, Krımda bütün tatar ünsürləri rahət yaşarlar və milli bayrağı yüksəldərlər.
1919
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-litva-tatarlarinin-tarixi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Yeddinci şəkilBəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*
Birinci hissə“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*
İkinci hissə1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...