Birinci hissə
Страница 5 из 10 · 40%
Səndən halallıq almağa gəldilər.
Sonsuz qarı darçından bir az qırıb, ağzına qoydu:
– Oğullarım, – dedi, – sizdən çox razıyam. Əmdiyiniz süd halal olsun!
Gedin, evlənin, xoşbəxt olun! “Xoruz”la “Qoç”un qan qardaşlığı baqi olsun! Iyirmi ildən bəri “Qoç”a bir çox övlad göndərdim. Onlara da salam söyləyin. Xoruz dostları olsun!
Yeyib içdik və yeməkdən sonra qarı döşəyin üstündə uzandı, biz də ətrafında oturduq. Oğul kimi əllərini oxşayır, kimi başını sığallayırdı.
Xəstəlikdən barmaqlarının bəndləri ağrayırmış, neft yağı sürtüb ovduq.
Ocağın üstə su asmışdıq. hazır olar-olmaz qarının başını yuyub,
quruladıq. Dırnaqlarını tutduq.
– Ana, – dedim, – daha görməli nə iş var?
– Oğlum, odunum yarılmamışdır, – dedi.
Hamımız qalxıb, qarının odunlarını yarıb, ocağının yanına yığdıq.
Xülasə, bir oğul anaya nə edərsə edib, o biri qadının yanına getdik.
Bu qadın heç doğmamışdı. Yaşı iyirmi beş olardı. Qara qaşlı, uzun kirpikli, dolğun bir adam idi. Utanaraq qarşımıza çıxdı. “Ana” deyə salam verdikdə üzü tühaf bir şəkil aldı. Qaşları oynadı, kirpiklərinin dibləri yaşardı. Gənclərə qibtə etməsi duyuldu. Bunun da işlərini görüb, evini təmizlədik. Ayrılarkən: “Ana, bizi halal et” – dedikdə özünü saxlaya bilməyib, ağladı.
Adət üzrə sonsuz qadınların ərlərinə də kömək etməli idik. Yarım gün də tarlada çalışdıq.
11
Gənclər qəbiləni tərk edərkən özlərindən sonra bir yadigar buraxıb getməli idilər. Bizdən irəliki qafilələr arx açmışdı. Kəhriz çıxarmışdılar.
Körpü tikmişdilər; qəbilənin sağ yamacındakı meşə də onların əlinin əməyi idi. Biz də düşünüb, bir bağ salmağı qərara aldıq. Qəbilədən min addımlıq məsafədə daşlıq və kolluq bir yer var idi. Bunları təmizləməyə başladıq. Bir neçə günlük əmək sayəsində yüz ağaclı bir bağ əmələ gətirdik. Qəbilə şurası nümayəndələri gəlib, bağı himayələrinə aldılar. O günü də “təbiətə pərəstiş” adətini icra etdik.
“Pərəstişə” bütün qəbilə toplanmışdı. Təbsi21 içində bir qab su, bir az torpaq və odun parçaları gətirdilər. Hər kəs diz çökərək təbsiyə təzim etdi. Sonra şərqi söyləyərək torpağı götürüb, barlı ağac dibinə tökdülər; odunlar düz yerdə qalanıb, üzərinə çırpı yığıldı və od vuruldu.
Suyu ətrafa səpələyib, əl-ələ verdik, halqalar təşkil olundu. Kişilər, arvadlar və çocuqlar ağız-ağıza verib tonqalın ətrafına fırlanaraq oxudular:
Atəşi, atəş, atəşə!
Gizli alovlu atəşə;
Sirli şəfalı atəşə,
Salamlar olsun atəşə!
Torpağa, suya, atəşə,
Havaya, suya, atəşə,
Qollu, budaqlı atəşə,
Salamlar olsun atəşə!
Quqqulu-qu, quqquluqu.
Qu, qu, qu!
Oyun qurtardıqdan sonra xalq ətəklərini çalaraq üç dəfə banlayıb, bağ-bağça və tarlaya yayıldı. Hərə yeddi dəfə yeddi zərərli cücü və
həşərat öldürməli idi. Bir kəpənəyi qovarkən Ceynizə rast gəldim.
Həmişəki kimi şikayətləndi:
– Canım, – dedi, – bu adətlər bitməyəcəkmi? Sürü kimi bizi buradan oraya dartırlar. Artıq bıqdım.
Mən cavab vermədim. Susduğumun mənasını anlayaraq mülahizələrinə davam etdi. – Sənə nə var: hər şeydən həzz duyursan. Mənim içimi şübhə yeyir. Dərdimi kimsəyə aça bilmirəm. Vulkan olub məni titrədir. Gördüyümüz işlərin lüzumunu inkar etmirəm – ümumə fayda gətiririk. Ancaq... bunları başqa cür etmək olmazdımı?.. Dillən! Heç olmazsa, Ellin kahini kimi qarışıq da olsa bir söz söylə!
Mən güldüm.
– Nə söyləyim? – dedim. – Adət ağırdır, bilirəm. Ancaq bunsuz da olmur. Bildiyimiz xalqların yaşayışını Kəbusey bizə anlatdı. Onlarda adətən daha ağır şeylər var. Bizim adətlərimiz maddi aləmdən ayrılmadığı halda, onlarınkı tamamilə ayrılır. Onlar əsil həqiqəti maddiyyətdən xaric təsəvvür edirlər. Bu mövhum aləm beş hissin yoxlamasına meydan vermir. Bu yaxşıdırmı?
– Bu da yaxşı deyil. Görüb duymadığım şeylərə inana bilmirəm.
Ancaq bizim hərəkətimizi də anlaya bilmirəm. Nədənsə gənc ağlım qane olmur.
– Səndə, görünür, bir inqilab doğulur.
– Elə, elə, ancaq müəyyən şəkil almamışdır.
– Olsun, baxalım. Lakin təcrübəsizliyin nəticəsi olaraq cəmiyyətə zərər gətirmə.
Ceyniz istehza ilə güldü:
– Tühafsan, Çopo, – dedi. – Sən durğun həyat aşiqisən. Deyirsən, aman, asayiş pozular. Qoca müəllimlərin təsiri səndə dərin köklər atmışdır.
Bircə şeyi nəzərdən qaçırırsan. Tariximizi bilirsən, amma qəbilə həyatına keçməmizin əsil səbəblərini dərk edə bilmirsən. Cürət edib bu sözü deyirəm. Bağışla! Qəbilələrə Babil, Midiya, Kapadosya, Urartu, Pars, Xaldeya, Pont-Öksin22 sahillərindən belə adamlar toplanmışdır.
Səbəbi? – Bəlli: orada yaşamaq üsulu çəkilməz bir hala gəlmişdir. Saray istibdadı, müharibə, daxili iğtişaşlar, dərəbəylik, din naminə qan tökmələr, zorluların əmlak iştahası xalqı zara gətirmişdir.
Həyat ağırlaşaraq zəifləri, əzilənləri, zəhmətinin barını yeyə bilməyənləri qaçmağa məcbur etmişdir. İnsanlar qaçarkən hər şeydən, səhhətindən belə, məhrum olur. Buna baxmayaraq, yenə İnsanlar qaçmış və nəticədə bugünkü xoşbəxt həyata nail olmuşlar...
– Çox gözəl! Daha nə istəyirsən? – deyə onun sözlərini kəsdim.
– Dünyada bir qanun var. Həyat köhnə üsulunda durduqca su kimi qoxuyur. Həyatımız artıq adət qoxusu verməyə başladı. Çarə lazımdır!
– Yaxşı, yaxşı! – deyə güldüm. – “Qoç”a gedək də, sonra. Yeddi Xoruz məbədini ziyarət etdikdən sonra “Xoruz”a vida edəcəyik.
“Qoç” qəbiləsində qalacağımız üçün oranı düşünməliyik. Qoy “Quzğun” qəbiləsindən buraya evlənməyə gələn gənclər buranın qeydinə qalsınlar. Artıq biz xoruzlu deyilik...
12
Yeddi Xoruz məbədi yeddi daş sütunlu möhtəşəm bir bina idi. Sütunların yuxarısında xoruz başları qayrılmışdı. Məbədə yeddi pilləli iri daş pilləkənlə çıxılırdı. Hər pillədə əlvan geyimli, xoruzu qalpaqlı, uzun saqqallı bir qoca oturmuşdu. Bunlar bizi ney səsilə qarşıladılar.
Məbədin əzəməti, qocaların qiyafəsi, neylərin yanıqlı səsi əsrarəngiz bir ahəng təşkil edirdi.
Gənclər hörmətkar bir nəzakətlə birinci pilləyə yanaşdılar. Birinci qoca neyi bir əlinə alaraq, haman dik qalxdı.
– Dur! – deyə əmr etdi. – Dur! Qoca ərənin hekayəsini dinlə!
Qocanın heybətli səsi gəncləri haman durdurdu. Dərin bir sükut bərpa oldu. Qoca başladı:
– Günəş var ikən, Ay var ikən, yeddi qardaş ulduz səyrişərək göylərin əzəmətini duydurarkən Midiya səltənəti yerə hakim idi. Onun ordusunun qüvvətindən Babil titrəyir, Elam və Suz amana gəlir, iskit Dərbənddən aşağı ayaq basa bilmirdi. Yeddi qülləli saray Həmədana süs verir, Keynəssarın yapdığı atəşgədə sönməz atəşi ilə aləmə nur saçırdı.
Qoyun sürüsü, at ilxısı həddən aşmışdı. Ağaclar barlarının ağırlığından başlarını yerə əymişdi. Suvarılmamış səhra, körpü salınmamış çay, əkilməmiş yer qalmamışdı...
Qürur yavaş-yavaş sarayı qapladı. Zərdüşt ehkamları unudulmağa başladı. Hökmdarla təbəələr arasına sədlər çəkildi. Xalqın səsi eşidilməz oldu. Astiyaz23 kefə daldı. Babil qızları, Ellin oğlanları saraya hakim kəsildi; pars şərabı beyinləri dumanlandırmağa başladı. Midiya əzəməti sarsıldı. Əhrimən qanadlarını aləmə sərdi.
Dəbdəbəmizə çoxdan bəri həsədlə tamaşa edən pars baş qaldırdı.
Kürüşün24 qılıncı Midiya səltənətinə xitam verdi. Assuriya, Lidiya,
Elam və iskitləri titrədən ordu parslar tərəfindən ricətə sövq edildi...
Atəşlər söndü, bağlar xarabalığa döndü, abadanlıq dağıldı, yer inlədi, göylər ağladı...
Lakin muğ mətanəti qırılmadı, atırvan ordusu pozulmadı və iman qülləsi baqi qalaraq, düşmənlərə qarşı için-için kin bəslədi...
Kəmbiz Xarizəm, Baqtriya, Kirman, Babil, Lidiya və Midiyadan topladığı əzəmətli bir ordu ilə Misir səfərinə çıxmışdı. Gizli kinlər üzə çıxmağa başladı, üsyan dalğası pars səltənətini qapladı, muğlar ayinlərində firona duada bulunmaqdan çəkinmədilər, çarələr arandı.
Smerdis adlı bir muğ Həmədanı əldə edərək səltənətə oturdu. Atəşlər yenidən parladı, zərdüştilərin üzü gülməyə başladı...
Lakin günəşin altında heç bir şey baqi deyil! Smerdis hökmranlığı da uzun sürmədi. Pars sarayına əsas təşkil edən yeddi əsil ailə nümayəndələri muğlara boyun əyməyərək silaha sarılıb, Smerdisi devirdilər.
Həyata vida deyən Kəmbizin taxtına namizəd aradılar. Pars adətincə at qüdsiyyətə malik idi; hökmdar intixabında da atın iştirakı və meyli təqdis olunardı. Smerdisi taxtdan düşürüb, muğları qırıb məhv edən yeddi üsyançı günəş doğmadan ata minib, şəhərdən kənara çıxdı.
Günəş ilk şüasını atanda yeddilərdən biri olan Daranın atı kişnədi. Adət üzrə Dara hökmdar seçildi. Ordu toplandı, üsyan yatırıldı, atəş ölkəsi alt-üst oldu. Keynəssar məbədi də yıxıldı. Günəşin altında heç bir şey baqi deyil.
Dara Kəmbiz dövlətini ehya edərək əzəmət və dəbdəbə ilə yaşardı.
Istəxrdə25 əmsalı dünyada görünməmiş bir saray yapdırmaq fikrinə düşmüşdü. Ellin adalarından Xarizəmə qədər imtidad edən ölkədəki məmurları və ustaları toplatmışdı. Lakin Dara istədiyi sarayı
Keynəssardan başqa kimsənin tikə bilməyəcəyi meydana çıxmışdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-qizlar-bulagi-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.
İki aləmİKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.
Kiyevdə “Müsavat” şöbəsiKİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.
Zəruri məsələlərZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.
Стихи других поэтов
Ты сын страны, родившей Низами,Где небо так приветно в крупных звездах.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.