İkinci kitab, ikinci hissə
Страница 5 из 8 · 50%
11
İmranın meyvə mağazasına çatana qədər iki dost arasında siyasi mükalimə davam etdi. Biri o birini qane edə bilmədi. Nəhayət, Rüstəmbəy qeyzlə:
– Bundan sonra məhkum xalqlar arasında menşeviklik nüfuz qazana bilməz. Bu sahədə bolşeviklər daha da uzaqgörəndirlər, – deyə münaqişəyə xitam verdi.
İmran mağazanın arxasında idi. Rüstəmbəylə Xəlil də oraya keçdi.
Səftər də orada çaya məşğuldu. Səmimi görüşdən sonra hərə bir tərəfdə yerləşdi. Sonra Xəlil gülə-gülə:
– Balam, – dedi, – mənim tacirlə aram olmadığını hamı bilir, ancaq,
İmran, səni mən tacir hesab etmirəm; çünki sən studentlər içində böyüyərək, tacir olmusan; hamıya da köməyin dəyir...
Səftər onun sözünü kəsərək, yarı rus, yarı türkcə:
– Yaxşı, bu müqəddəmədən məqsəd nədir?
Xəlil gülə-gülə:
– İmrandan iyirmi beş manat borc istəyirəm. Xəlilin birdən məqsədə keçməsi hamının gülüşünə səbəb oldu. Xəlil ciddi:
– Bilirsən, İmran, qardaşımdan pul gözləyirəm, gələn günü verərəm.
İmran hörmətlə əlini gözünün üstünə qoyub:
– Gözüm üstə! Çayımı içim, verim, – dedi və o saat sözü dəyişdi:
– Deyirlər, Cabbar şapalaq yeyib; amma nə olub!.. Mir Cəfərlə tanışlığım yoxsa da, görən kimi əlindən öpəcəyəm. Səftərin yenə qaşları yuxarılara doğru çəkildi, üzünün batığı bir az da dərinləşdi. Məxrəci gülüşlə:
– O gündən bəri yoxdur. Indi, kim bilsin, haralarda sülənir, – dedi.
Xəlil səmimi səslə:
– Balam, kişiyə sataşmayın.
Səftər yenə qaşlarını qaldırıb, bir şeylər demək istəyirdi, bir də
İmran masadan qalxaraq:
– Xəlil, gülüm, gəl, – dedi.
İmran daxıldan iyirmi beş manat çıxarıb Xəlilə verdi və yavaşca əyilib Rüstəmbəyin qulağına:
– Sən pulları haraya yığırsan? – deyə pıçıldadı.
Rüstəmbəy çox düşünməyərək:
– Yanımdadır. Lazımındırsa verim. İmran cazibəli bir səslə:
– Yanında boş qalınca işə buraxsan yaxşı olmazmı? – deyə sordu və təkidlə əlavə etdi: – Bilirsən bu saat necə pul qazanmalı vaxtdır...
Sənə də yaxşı olar, mənə də.
Rüstəmbəy haman cibindən iki min manat pul çıxarıb İmrana verdi. Sonra Xəlilə müraciət edərək:
– Balam, pul lazımındı, məndən niyə istəmədin?
– Sən gedərgisən. Kim bilir, səninlə bir də nə vaxt görüşəcəyəm.
İmran buralı, mən buralı. Borc aldığım birinci dəfə deyil ki, beş ildir...
Bu əsnada iri çopur burunlu, qarasifət bir adam girib:
– Səfarətxana katibi Səftər xan buradadırmı? – deyə sordu.
İmran ağzını arxa qapıya tərəf çevirərək istehza ilə:
– A Səftər xan, – dedi, – rəiyyətlərindən biri səni axtarır.
Rüstəmbəy maraqlı gülüşlə:
– Iran səfarətxanası katibliyi indi Səftərdədirmi?
– Bəli, – deyə İmran yenə istehza ilə ağzını bir balaca burdu:
– Meymun oynadanları bir müddət Bayram qırxdı, indi Səftər xan qırxır.
Sözlərini bitirib, İmran xısın-xısın gülərək əlini Rüstəmbəyə uzatdı. O da əlini onun əlinə vurdu.
12
Rüstəmbəy tez səhər İdzikovskinin xüsusi kitabxanasına getdi. Bu kitabxana hökumət və şəhər kitabxanalarına nisbətən daha zəngindi.
Əlavə olaraq, İdzikovski kitabxanasında bir çox inqilabi əsərlər də vardı. Rüstəmbəyi də maraqlandıran da elə bu kitablardı. Müntəzəm surətdə oxuyaraq, hazırlanmaq istəyirdi, çünki inqilabın irəli sürdüyü məsələlərə qarşı onun ali təhsili kafi görünmürdü.
Rüstəmbəy kitab kataloqunu götürüb varaqlamağa başlaldı. Özünə bir balaca proqram düzəltdi. Marks, Engels, Lenin, Plexanov, Kautski, Bebel və Joresi də bura daxil etdi. Lakin bunlardan əvvəl tarix və iqtisadiyyatla məşğul olmağı lazım bildi. Sonra on səkkizinci əsr ensiklopedistlərinin
əsərləri və Kontun pozitivizmi ilə çox maraqlandı.
Xülasə, bir çox düşüncə və mülahizələr yürütdükdən sonra qədim
dövlət təşkilatlarına dair bir kitab alıb, kitabxanadan çıxdı. Ürəyi qoltuğundakı
kitabın fərəhi ilə dolu bir halda oxumağa qoşarkən, bir də şıq geyinmiş, siması tanış görünən bir xanıma rast gəldi. Xanımın gözləri Rüstəmbəyə sataşıb haman qeyri-məmnun bir halda yerə dikildi, yanaqları qızarıb, solğun laləni andırdı.
Rüstəmbəy dayandı və özünəməxsus bir səmimiyyətlə:
– Sofya Sergeyevna, – deyə səsləndi.
Xanım sönük bir halda duruxdu və Rüstəmbəyin ona tərəf uzanmış əlini istər-istəməz sıxmaq məcburiyyətində bulundu. Rüstəmbəy:
– Çoxdan görüşmədik, – dedi, – zövcünüz hardadır?
Xanım ağızucu olaraq:
– Cəbhədədir, – dedi və suçlu-suçlu ətrafa baxdı.
Rüstəmbəy xanımı hürkmüş vəziyyətdən çıxarmaq üçün:
– Ha tərəfə gedirsiniz? Sizi bir az təşyi edim, – dedi
Xanım bu təklifdən xoşnud olmayan kimi, bir neçə saniyə yerində qaldı. Tərəddüd içində olduğu bəlli idi. Lakin Rüstəmbəyin israredici hərəkəti xanımı yoluna davam etməyə sövq etdi.
İkisi də bir müddət sükut içində yan-yana getdilər. Sonra Rüstəmbəy:
– Yenə əvvəlki yerinizdəmi qalırsınız? – deyə sordu. Xanım cavab verməkdən çəkindi və sualın yersiz olduğunu duydurmaq üçün etinasız bir halda mağazalara baxmağa başladı. Yanaqları təkrar qızarıb soldu. Gözlərinin kənarından süzülən etirazlı baxış, Rüstəmbəyin cəsarətini qırdı. Bir neçə addım getməmiş xanım durdu və yenə gözlərini yerə dikərək, əlini uzatdı:
– Mən aptekə gedəcəyəm, – deyib cəld aralandı. Rüstəmbəy tühaf bir halda yoluna davam etdi. Qeyri-şüuri olaraq əlini bığına atdıqda
Sofyanın əlindən qopan ətir qoxusu damağına çökdü. Kitabxanada əldə etdiyi fərəh əvəzinə ruhunda bir acılıq çöküntüsü duydu.
13
Sofya xanımın məsələsi Rüstəmbəyi bir neçə müddət şiddətlə məşğul etdi. Vaxtilə pəncərəyə söykənib hüznlü göz yaşları ilə Rüstəmbəyi təşyi edən Sofya bu dəfəki soyuq Sofyanın əksi kimi görünürdü.
Bu, əsrarəngiz bir müəmma olaraq, Rüstəmbəyi çıxılmaz bir vəziyyətə soxmuşdu. Dərdini unutmaq üçün kitaba dalır, tarix və fəlsəfədə ruh təskinliyi arayır, müvəffəq olmur. Qara sətirlərdən nəşət edən mürəkkəb fikirlər arasında həp Sofyanı görür, solğun laləni andıran yanaqları ən qüvvətli bir fəlsəfə kəsilərək Rüstəmbəyin ağlını pərdələyirdi.
Qəzeti əlinə götürür – rollarını bitirib çəkilən komandanlar, nazirlər ona çocuq oyuncağı kimi gəlirdi. Küçədəki nümayişlər, siyasi münaqişələr, nitqlər, şüarlar – bunların hamısı onun marağına, səthi də olsa, nüfuz etmədən uçub gedir, kiçicik bir iz belə buraxmırdı. Artıq şəhər ona bir istirahət yeri deyil, zindanxana kimi gəlirdi.
Bir gün dəruni böhranlar içində Xəlili arayıb tapdı. Xəlil də onun kimi maddi həyatın dolambac yollarına nabələd, hiylə zəruriyyətinə yabançı bir adam olduğu üçün Rüstəmbəylə dərd şəriki ola bilirdi.
Məslək ayrılığına baxmayaraq, aralarında səmimi dostluq vardı.
Xəlil Rüstəmbəyi iztirab içində gördükdə gülümsədi:
– Yenə səndə bir şey var, – dedi, – eşqmi, mənəvi böhranmı? – deyə sordu.
Rüstəmbəy deyəcəyi sözlərdən qəlbi təskin bularaq:
– Xəlil, – dedi, – dəruni müvazinəmi pozan bir şey var. Eşqdirmi?
Bilmirəm. Şair və psixoloqların tərifinə inanılarsa, bu şey eşqdir.
Lakin, doğrusunu deyim, ağlım bu eşq deyən qüvvəyə heç də inanmır...
Allahı sevərsən, eşq varmı? Bunu sən duydunmu?
Xəlil sakit gülüşü ilə bir az düşünüb dedi:
– Rüstəmbəy, eşqin nə olduğunu həyatımda anlamadım. İlk əvvəl özümün erkək olduğumu duyar-duymaz məndə qonşumuzdakı bir malakan arvadına qarşı həvəs oyandı. Həvəs məni qadına tərəf çəkirdi.
Bir gün gedib qadını evdə yalnız gördüm. Coşmuş erkək baxışı ilə onu süzdüm. Qadın halımı duyaraq tühaf bir vəziyyətə düşdü: qızardı, dadlı bir təbəssümlə üzümə baxıb, əli ilə bir iki dəfə yanaqlarıma vurdu...
Yalnız bunu xatırlayıram: qadını qucaqlayıb çarpayının üzərinə atdığımdan xəbərim olmamış... O gündən etibarən rast gəldiyim qadınla elə rəftar etmişəm. Təbii ehtiyacın dəfi üçün heç bir şairanə müqəddəməyə lüzum duymadım. Bu qədər. Sən başqa – ehtiyacı susdurmağa çalışırsan, ehtiyac hissi müqavimətdən şişərək xəstə bir şəkil alır.
Bu sözlərdən sonra Xəlil ciddiliyini qaib edərək qəhqəhə ilə gülüb əlavə etdi:
– Dəruni böhran dediyin dişi dərdidir. Bir dişi tap da, normal bir adam ol. Vəssəlam! Yoxsa, hər şeydən avara olacaqsan.
14
Rüstəmbəy Xəlilin sözlərini haqlayaraq susdu. Lakin ağlı təsvib edən şeyi dəruni bir başqa qüvvə inkar edirdi. Bu qüvvənin təyini yolunda çox düşündü, “bacarıqsızlıq” – deyə fikrindən keçirdi. Bir də yazıq bir əda ilə Xəlilin üzünə baxıb:
– Bacarıqsızlıq, – dedi, – görürəm, sən deyənlər doğru; ancaq həyata keçirmək üçün bir şeylər lazım... vaxt və bacarıq lazımdır. Bu da ki, məndə yoxdur. Mən təbiətən yalnız bir məqsədə doğru gedə bilirəm, ikiyə ayrılmıram. Dərunimdə bir əsgər var; “arş irəli!” – dedimi, yürüyürəm. Istiqamət dəyişilməz, əfəndim! – deyə Rüstəmbəy güldü,
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.
Стихи других поэтов
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
ای شاه چو کردگار بگشاد ترادر ملک بقای جاودان داد ترا