Birinci hissə, on altıncı fəsil
Страница 2 из 4 · 25%
Bu, dəhşət deyildimi? Camaatın üstünə elə bil su çilənmişdi, hamı donub mat qalmışdı. Fikirli-fikirli gəzib dolanan, məhkəmə prosesinin nəticələri ilə tanış olub, ayaqları yerə yapışan kənd adamlarına baxarkən, Nəzər, heç kəsin yanında açıq etiraf etməsə də, özlüyündə boynuna alırdı ki, hardasa o günahkardı bir az. Başa düşə-düşə, hiss eləyə-eləyə susmuşdu, lazımi yerlərə, rayon partiya komitəsinə məlumat verməmişdi, deməmişdi. Sonra da özünə bəraət qazandırmışdı ki, axı, onun əlində heç bir faktı, dəlili yox idi, onlar ⎯ yanına gedib söz deməli olduğu adamlar ondan fakt istəyəcəkdilər! «Hiss eləyirəm, duyuram!» ⎯ bu, söz deyil, bu dəlil deyil və buna heç kəs də inanmaz!
Hər halda o özünü günahkar hesab eləyirdi və talvarın altı ilə, ağır-ağır, hər şeyə fikir verə-verə idarəyə gələndə ürəyini çulğamış bu sıxıntılı hissləri, qapıya çıxıb, pillələrin üstündə dayanaraq mehriban-mehriban qımışan Qurbanın gülər üzü bircə anda unutdurdu Nəzərə.
⎯ Xoş gəlmisiz, ay Nəzər müəllim! ⎯ deyərək o, əlini irəli uzatdı, Nəzərlə görüşdü.
⎯ Xoş günün olsun, ay oğul! ⎯ dedi Nəzər.
Qurban orta boylu, idmançıya oxşayan, sağlam bədənli, iti, qaynar baxışlı bir adam idi. Yaşı əllini təzəcə haqlamışdı, ancaq sıx, cod saçlarına hələ də dən düşməmişdi. Qurban, kəndin o adamlarından idi ki, Nəzərin gözünün qabağında böyümüşdü. Haçansa ona dərs də demişdi Nəzər. Traktorçu Şəmsəddinin oğluydu və orta məktəbi bitirəndən sonra, atası vəfat elədiyinə görə, oxumağa gedə bilməmişdi, kolxozidarəsində hesabdar Cəlilin köməkçisi işləmişdi, yazı-pozusuna kömək eləmişdi. Sonra Nəzərin məsləhətiylə, Gəncəyə gedib, kənd təsərrüfatı institutunun qiyabi şöbəsinə girərək aqronomluq oxumuşdu. Və elə burada, öz kəndlərində də uzun illər aqronom işləmişdi. Həmişə çöldə-bayırda, gün altında olan Qurbanın sifəti mis rəngindəydi və ona baxan hər kəs qeyri-iradi olaraq, sağlamlığın insanı necə də gözəlləşdirdiyi barədə düşünməli olurdu. Xüsusilə, Nəzər kimi yaşlı adamlar onu görəndə ötən cavanlıq çağlarının dalınca həsrətlə boylanırdılar və yüngülcə köks ötürürdülər.
Qurbanın mehribanlığı Nəzərin ürəyini dağa döndərdi; kişi qayğılarını, dərdlərini yadından çıxartdı. Onlar Qurbanın otağında oturmuşdular. Qurban öz yerində yox, gəlib Nəzərlə üzbəüz əyləşmişdi. Nəzər onunla danışa-danışa fikirləşirdi ki, yenə səhv eləyib. Gərək o, sədr seçiləndə yanına gələydi, təbrik eləyəydi. Bu da katib deyildi ki, «yaxşı düşməz, fikirləşərlər ki, görəsən nə umacağı var, ya kənardan baxanlar nə düşünə bilər?» ⎯ deyib getməyəydi… Gün-də ən azı iki dəfə bu idarənin yanından keçmişdi, ayağını bir addım kənara qoysaydı, Qurbanın yanındaydı!
⎯ Belə olmaz, müəllim! ⎯ deyirdi Qurban. Elə səmimi və sərbəst danışırdı ki, Nəzər cavab verməkdən çox, dinləmək istəyirdi onu. ⎯ Gəlmirsiz, getmirsiz. Məgər bura özgə yerdi? Məgər bizim sizin kimi ağsaqqallarımızın sözünə-məsləhətinə ehtiyacımız yoxdu?
⎯ Düz deyirsən, Qurban. Ancaq…
⎯ Ancaq nə?
⎯ Ancağı odu ki, səndən qabaq burda elə adam (adam deməyə adamın dili gəlmir) oturmuşdu ki, tək mənim yox, çoxlarının ayağı kəsilib bu idarədən. Və hələ də inanmaq istəmir ki, o, daha burda yoxdu.
⎯ Mikayılı deyirsiz? Ay onun boyunu yerə soxum. Bütün kəndi, kolxozu başıaşağı elədi rayonda. Əsgərabadı elə hala salıb ki, düzəlməsi üçün ən azı üç-dörd il lazımdı.
⎯ Əsgərabadı üç-dörd ilə düzəltmək olar, təsərrüfatı-filanı qaldırmaq olar. Axı, o, adamların inamını öldürüb ⎯ bu inamı sən üç-dörd ilə qaytara bilərsən, dirildə bilərsən?..
⎯ Hə, inamı öldürüb. Bunu yaxşı dediz, müəllim. Mən hərdən yığıncaqlarımızda, iclaslarımızda işimizin, kəndimizin gələcəyindən ürəklə danışıram və camaatın gözünün içinə baxıram; görürəm, hiss eləyirəm ki, inanmırlar. İnanmırlar mənə, Nəzər müəllim! Bu, məni yaman ağrıdır. Hətta bir dəfə, lap təzə vaxtlarımda Mehran kişi ⎯ kəndin ağsaqqalı sözümü kəsib, yerindən dedi ki, avazın yaxşı gəlir, bala, oxuduğun quran olsa Mikayıl da siftə-siftə elə-beləcə, sənin kimi danışırdı. Əmbə hindi məlim oldu ki, oğruymuş, culikmiş!
⎯ Bəli! İnanmıram ki, o kişinin sözünün qabağında söz tapıb deyə biləsən.
⎯ Elədi. Deyə bilmədim. Gördüm inanmırlar. İnamsız isə nə işləmək olur, nə də yaşamaq olur, müəllim.
⎯ Bilirsən, mənim əqidəm belədi ki, vəzifə başına gərək kristal adamlar qoyulsun. Çünki vəzifə sahibinin dediyini, elədiyini camaat dövlətin sözü kimi, dövlətin əməli kimi başa düşür, qəbul eləyir. Çünki bizim adamlarımız əzəldən belə tərbiyə olunub, bala. Əgər sən vəzifə başında yaxşısansa, təmizsənsə, namuslusansa, bu, bizim dövlətin, siyasətin yaxşılığıdı, təmizləyirdi. Vay o gündən ki, sən oğru olasan, yalançı olasan…
⎯ Yalan! Aman allah, yalan bizi dirigözlü yeyib, heç xəbərimiz olmayıb. Bir var, arvadına, dostuna yalan danışasan, bir də var camaata ⎯ sənə inanan, etibar eləyən adamlara və dövlətə yalan danışasan. Mən heç də arvada, dosta yalan deməyi təqdir eləmirəm, Nəzər müəllim, siz məni düzgün başa düşün. Ancaq camaata, dövlətə yalan danışmaq ⎯ bax, bu lap dəhşətdi. Gərək qurd ürəyi yemiş olasan ki, belə bir yola düşəsən. Bax, Mikayıl bu cür qurd ürəyi yemiş adam idi, Nəzər müəllim. Əlbəttə, siz təsərrüfatla az bağlı olan adamsız, bu işin mexanizmini siztam təsəvvür eləməyə bilərsiz. Amma mən… mən bu işin içindəyəm və onun bir çox incə mətləblərini yaxşı qanıram. Mikayıl da gözbağlayıcı idi. O, çox asanlıqla yüz kiloqram pambığı yüz ton eləyə bilirdi. Bir sentner buğdanı qırx sentner eləyirdi. Yaxud, tərsinə, beş yüz hektar torpağı iki yüz əlli hektara döndərirdi asanlıqla.
⎯ Özü də hamınızın gözünün qabağında, hə? Hətta sənin də gözünün qabağında, hə?
⎯ Bəli, hətta mənim də gözümün qabağında!
⎯ Və sən də görmürdün, hə?
Qurban güldü:
⎯ Necə görmürdüm, Nəzər müəllim? Görürdüm, lap yaxşı görürdüm.
⎯ Susurdun, hə?
⎯ Yox, Nəzər müəllim. Bu, elə şey idi ki, susa bilməzdim. Mikayıl mənim özümə yalan danışsaydı, bəlkə də susardım. Lakin o, partiyaya, dövlətə yalan danışdığı üçün mənim susmağa haqqım yox idi, Nəzər müəllim!
Nəzər, idarəyə, Qurbanın yanına gəldiyinə çox şad idi, söhbətləri elə maraqlıydı ki, siqaret çəkməyi də yadından çıxartmışdı. Elə bil, qorxulu və eyni zamanda maraqlı bir nağıla qulaq asırdı. Bunlar o nöqtələr idi ki, vaxtilə Nəzər hiss eləmişdi, duymuşdu, ancaq elə hiss olaraq ürəyində saxlamışdı, sözə, fakta, dəlilə çevrilməmişdi. İndi onları Qurbanın dilindən eşidirdi, Qurban, Nəzərin diqqətlə dinlədiyini görüb, illərlə qəlbində qubar bağlamış dərdini dilinə gətirirmiş kimi, şövqlə, hardasa yana-yana danışırdı:
⎯ Hə, susmağa haqqım yox idi. Əvvəllər özünə çox dedim, az eşitdi. «Belə olmaz, Mikayıl, ⎯ deyirdim. ⎯ Bu, vicdansızlıqdı, kommunistə yaraşmaz. Biletimizi alarlar əlimizdən…!» O isə cavabında bircə söz bilirdi: «Plan, Qurban plan! Yadında qalsın, plan! Gecə yatanda da plan! Qurban, planı doldurmasaq, bax, onda alallar biletimizi!» Görəndə ki, bu yalan maşınının qabağını ala bilməyəcəyəm, onda yazmağa başladım. Əvvəl rayon partiya komitəsinə, katib Cəfərzadəyə yazdım, üstünü vurmadılar. Sonra Bakıya yazdım ⎯ cavab gəlmədi. Belə olanda… neynəsəm yaxşıdı, Nəzər müəllim? ⎯ Qurban nəfəsini dərib gülə-gülə soruşdu.
⎯ Neylədin, Qurban?
⎯ Başladım pambığın da, taxılın da, üzümün də, pambıq qurdunun da dəqiq hesabını aparmağa. Bu il neçə hektar taxıl, pambıq əkmişik; hər hektardan dəqiq neçə sentner məhsul götürmüşük. Nə qədər torpaq əkib, nə qədərinin svodkasını vermişik. Qazancımız nədi, çıxarımız nədi ⎯ hamısını, hətta benzininəcən, salyarkasınacan yazırdım. İlbəil yazırdım Elə hesab elə ki, mən evdə ayrıca bir mühasibat açmışdım. Hesabdar Cəlil idarədə Mikayılın dediklərini yazırdı, mən isə… öz gördüklərimi artırıb-əskiltmədən… Necə var, eləcə…
⎯ Sən qəribə oğlansanmış, Qurban…
⎯ Mən bilirdim, duyurdum ki, bu yolla Mikayıl uzağa gedə bilməyəcək, günlərin birində başının üstünü kəsdirib deyəcəklər ki, oğlan, bu nə təhər olan şeydi? Göstər o fokusunu gözümüzün qabağında görək, necə olan işdi bu? O gün, nəhayət, gəldi. Böyük bir komissiya işə başladı, bunu siz yaxşı bilirsiz!..
⎯ Hə, tufan kimi gəldilər. Gərək ki, Moskvadan da adam var idi.
⎯ Bəli. Məni də kolxozun aqronomu kimi çağırdılar, dindirdilər. Çox haqlı olaraq soruşdular ki, bəs sən, mütəxəssis, kommunist, bütün bu illər ərzində hara baxmısan, yoldaş?! Bax, onda mən yazdığım həyəcan məktublarını, evdəki buxqalteriyamı gətirib tökdüm onların qənşərinə, dedim, bax, mən bura baxmışam, yoldaş nəzarət! Siz, dedim, bu kolxozun dəqiq haqq-hesabını burda taparsız, Cəlilin kağız-kuğuzunun içində yox! Hamısı burdadı, dedim. Gözləri çıxdı kəllələrinə. Moskvadan gələn nümayəndə İvan Yefremoviç qalxıb əlimi sıxdı: «Vot eto zdorovo!» ⎯ söylədi. Mikayılın, Cəlilin zibilləri, yeyintilər onda pırtlayıb üzə çıxdı, Nəzər müəllim! Süleyman müəllimə də əhvalatı danışdılar onlar. Kişi şəxsən məni yanına çağırdı və çox razı qaldığını bildirdi, sonra da, sədrliyi boynuma qoydu…
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Birinci hissə, dördüncü fəsilQəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.
Birinci hissə, beşinci fəsilKimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:
Birinci hissə, altıncı fəsilAraya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Стихи других поэтов
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
دلیل ما شد آن ساقی به دارالعیش میخانهبیا گر آرزومندی به جام لعل جانانه
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.