Страница 4 из 4 · 75%

⎯ Sağ olun, Nəzər müəllim… Bunu yaxşı dediz… Mən ayıq olmalıyam. Yoxsa… bir də görərsən…

Nəzər, Qurbanın əvvəlki sözünün üstünə qayıtdı:

⎯ Əlbəttə, Qurban! Mən çoxdan bu fikrə gəlmişəm və neçə dəfə də iclasda-filanda demişəm ki, işləyəni yaşatmaq lazımdı. Yaşatmasan, həvəsləndirməsən ⎯ işləyən olmaz. Zornan qulu da işlətmək olmur, bala. Və dəfən-dəfən bunu da demişəm ki, kəndlərimizə sədr qoyanda camaatın öz içindən seçib qoymaq lazımdı, kənardan gətirmək lazım deyil. O qərib hiss eləyir özünü, köçəri, gedəri hiss eləyir özünü, üç il, beş il işləyir, sonra papağını götürüb gedir. Lap katib qoyanda da yerli adamlardan qoysan, böyük xeyri ola bilər. Gərək kəndin, rayonun böyüyü bu torpağı sevsin, adamlarını tanısın, xasiyyətini bilsin camaatın. Təzə gələn bilmir, öyrənməsinə isə azı bir il vaxt gedir. Elə hesab elə ki, o bir il sənin cibindən düşüb itdi ⎯ fərli-başlı bir iş görmək olmur belədə!..

⎯ Düz deyirsiz, Nəzər müəllim. Sevməsən, ürəyin yanmasa, gördüyün işin faydası olmaz.

⎯ Bir də qeyrət lazımdı, oğul, vicdan lazımdı. Sən Nikitinin kolxozunda olmusan?

⎯ Hə, olmuşam, Nəzər müəllim. Elə onu gedib görəndən sonra ayıldım mən də.

⎯ Əşi, o kolxoz deyil, şəhərdi. Ritmik, nizamla yaşayıb işləyən canlı bir orqanizmdi. Keçən il getmişdim, baxmışdım, ağzım açıla qalmışdı. Bir tərəfdən ürəyim dağa dönmüşdü ⎯ o kişinin işi, səliqəsi, zabitəsi, ağsaqqallığı, müdrikliyi, adamların gün-güzəranı məni valeh eləmişdi; kommunizm deyirik ⎯ o kişi bunu qurub da, yaradıb da. İnanmayan, kommunizmin nə olduğunu gözlərilə görmək istəyən zəhmət çəkib gedib o kolxozda bir həftə, on gün qalsın. Hər kəs öz işinin, öz taleyinin ağasıdı. Cavanları da heç yerə getmir. Qızları da var, oğlanları da. Evlənirsən ⎯ buyur, bu sənin hazır evin-eşiyin. Sən istirahət günləri də işlədirsən camaatı, elə deyil, a Qurban?

⎯ Hə.

⎯ Amma o yox. Sovet hökumətinin qanunu var. İşləyən istirahət eləməsə, nə yaxşı işləyə bilər, nə də yaxşı yaşaya bilər, bala. İstirahət günü ⎯ istirahət günüdür. Hər kəs öz işində, evində, qonaqlığında, kefində-damağında. Bu, göydən düşməyib, bala. Bunu o kişi özü yaradıb. Nədən ki, təşkilatçıdı, böyük mədəniyyət sahibidi, adamlarla işləməyi, rəftar eləməyi bacarır.

O biri tərəfdən də ürəyim ağrıdı ⎯ niyə o biri kolxozlarımız belə deyil, niyə o biri sədrlərimiz elə deyil?.. Bu da məni yandırır ki, deyək biz ordan bir az uzağıq, görmürük, götürmürük, bəs elə o rayonun başqa, lap böyründə, qulağının dibində olan sədrləri də elə deyil axı?!

Bu zaman stolun üstündəki ağ telefon səsləndi, Nəzər susdu, Qurban dəstəyi götürüb:

⎯ Alo, bəli, eşidirəm!.. ⎯ dedi və nə dedilərsə, tələsik əlavə elədi ⎯ Baş üstə, hökmən gələrəm! ⎯ dəstəyi asandan sonra üzünü Nəzər müəllimə tutaraq:

⎯ Axşam büro var! ⎯ dedi, ⎯ yəqin yığımın vəziyyəti müzakirə olunacaq!

Nəzər müəllim dillənmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, üçüncü fəsil

Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.

33 мин
Birinci hissə, dördüncü fəsil

Qəribə, əzablı və eyni zamanda şirin, maraqlı bir nağıla bənzəyən bu gecəni demək olar ki, səhərəcən çimir eləyə bilməyən, öz uzun, təzadlı, şirinli-acılı, sarsıntılı və rahatlıqla dolu ömür yolu kitabını fikrinin, xəyalının barmaqları ilə asta-asta varaqlayıb alt-üst, ələk-vələk edən, ən gizli, bir Allahın, bir də özünün bildiyini zənn etdiyi xatirələrini belə iyirmi-otuz illik mürgüsündən oyadıb təzədən «görmək», «yaşamaq» istəyən Aslan, gözləri qızarmış, başı qazan kimi şişib ağırlaşmış halda sübh tezdən oyanmışdı, yorğan-döşəyini səliqəyə salmış, üzünü təraş etmiş, çaydanı doldurub pilətənin üstünə qoymuşdu. Və sonra xeyli fikirləşib Pəhləvana ⎯ dəniz qırağındakı kababxananın müdiri, yaxın dostu olan və onun belə məclislərini çox az bir vaxt ərzində quş südündən başqa, hər cür naz-nemətlə bəzəməyi özü üçün böyük xoşbəxtlik sayan, cüssəli, bazburtlu, dünyagörmüş bir kişi olsa da, uşaq kimi mehriban, əliaçıq və səmimi olan Pəhləvana zəng eləmək yadına düşmüşdü və özünü danlamışdı ki, bunu niyə axşam xatırlamayıb, sonra Leylanın o qəribə söhbətlərinin, möcüzələrinin onu yamanca çaşdırdığını xatırlayıb gülümsünmüşdü və bir növ «öz günahını» bağışlamışdı. Pəhləvanın dəniz qırağındakı bu kababxananı açmasında Aslanın böyük xidməti olmuşdu, icazəni o almışdı və neçə il idi ki, Pəhləvanın bu kababxanası yay, qış bütün şəhərdə yeyib-içən, kefkom oğlanların, kompaniyaların seçib bəyəndiyi və tez-tez gəlib-getdiyi bir istirahət guşəsinə çevrilmişdi: Pəhləvan az bir müddət içində sərvətlənmiş, özünü yaxşıca tutmuşdu, ancaq bəzi görməmişlər kimi, qudurub harınlayıb cızığından çıxmamış, elə əvvəlki sadəliyi, mehribanlığında qalmışdı. O, müştərilərini elə gülərüzlə, elə səmimiyyətlə qarşılardı, xidməti elə yüksək səviyyədə elətdirərdi ki, bir gələn, bir də gəlmək istəyərdi, axırda, məclisin sonunda haqq-hesab çəkiləndə də kimsə qəpik-quruş söhbəti eləməzdi. Milis də, katib də, oboxees də ona dəyib-dolaşmaz, haqq almazdı; çünki Pəhləvanın kababxanasının üstündə qeyri-rəsmi Aslanın adı vardı. Ancaq Pəhləvan ora gəlib-gedən adamları elə qarşılayıb elə yola salırdı ki, onlar da Pəhləvanı öz adamları sayırdı və üstəlik pul da almaq istəməməsini görüb ondan çox razı qalırdılar. Bir sözlə, Pəhləvan bütün dostlarının içində birinci yerdə Aslanı qoymuşdu və onun bir xahişini iki elədiyi, onun, nə bunun yadına gəlməzdi. Aslan, o biri otaqda yatan Leyla səsini eşidib yuxudan ovgər olub ayılmasın deyə Pəhləvanla yavaşcadan danışırdı.⎯ Pəhləvan, qonağım var. Hə? Bir nəfərdi, yəni ikimizik. İki gün də burdayıq. Yaxşı, nəyin varsa, təşkil elə, siqareti unutma ha. Özün gətir, hə. Yaxşı. Sağ ol. Bacardıqca tez elə.

52 мин
Birinci hissə, beşinci fəsil

Kimsənin tribunadan onun adını çəkərək qışqırdığını da sanki eşidən kimi oldu. «Daha mən burda qala bilmərəm elə olsa!» ⎯ fikri ildırım sürətilə beynində yanıb-söndü, qurulu evi, bu cəh-cəlallı bağı gözlərinin qabağında dəhşətli bir zəlzələdən uçub dağılan xaniman kimi toz dumanı içində itib batdı və sanki elə o anda uçurulmuş, viranə qalmış evlərin sahibləri gözləri önünə gəlib yox oldu. Yazıq-yazıq Leylaya baxıb:⎯ Yaxşı, bu hadisə haçan gözlənilir, Leyla? ⎯ deyə xəbər alanda o, sakitcə:

2 мин
Birinci hissə, altıncı fəsil

Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»

2 мин

Стихи других поэтов