Страница 2 из 2 · 50%

Bunları fikirləşdikcə Nadirə heysizləşir, ayaqlarını zorla sürüyürdü. Köşkdən evlərinə qədər olan yol uzaq deyildi, ancaq ona uzaq və yorucu görünürdü. Blokun qapısına çatdı.

Bu ara qulağının dibində eşidilən tanış səs onu ağır düşüncədən ayırdı.

– Nadirə xanım, salaməleyküm!

Bu, qonşu həkimin səsi idi.

– Salam, doktor, — Nadirə qanrılıb onun həmişə ən ağır dəmlərdə belə gülümsər görünən üzünə baxdı.

– Sizə nə olub, kefsizsiniz?

– Yox.

– Mənim canımçın, qorxuzdunuz məni.

– Elə bir şey yoxdur.

Nadirə taqətsiz addımlarla pillələri qalxmağa başlayanda həkim onun qoluna girib dayaq durdu.

– Nadirə xanım, sizdən bir şey soruşum.

– Buyurun.

– Bugünkü qəzetdə çıxan məqalə sizindi?

– Məqalə?.. hə, hə, mənimdi.

– Elə şey olmaz, mənim canımçın.

– Olanda olur!— deyə Nadirə köks ötürdü.

– Mənim canımçın, oxudum məqaləni, gözüm çıxdı kəlləmə. Dedim, mənim canımçın, bu bizim Nadirə olmaz. Dedim, mənim canımçın, bu ayrı Nadirədi.

– Yox, mənəm.

– Professor özü bilir?

– Hələ oxumayıb.

– Mənim canımçın, kişi dilxor olacaq.

—…

O yenə zarafatından qalmayıb əlavə etdi:

– Mənim canımçın, bu nə aşağıdan tənqiddi, nə də yuxarıdan, necə deyərlər, bu böyürdən tənqiddi, mənim canımçın.

Nadirə qəmli-qəmli qımışdısa da, həkimin sözlərini cavabsız qoydu. həkim öz qapısının ağzında ondan ayrıldı.

Nadirə özünü zorla evə saldı. Qəzetləri stolun üstünə atıb yataq otağına keçdi. Divanda oturub kitab oxuyan Ceyhun o biri otaqda çarpayının cırıltısını eşitdi. Dikəlib kitabı bir yana ataraq qəzetləri qabağına çəkdi. Mütaliə eləməyə başladı. Dəqiqələr əriyib ötür, Ceyhun idman xəbərlərini, xarici xəbərləri nəzərdən keçirir, qulağına arabir o otaqdan çarpayının cırıltısı gəlirdisə də, əhəmiyyət vermirdi.

Başlığı iri, qara hərflərlə yazılmış məqalənin ortasında təsadüfən «professor Salman Qurbanzadə» sözlərinə rast gələn Ceyhunu maraq götürdü. Elə həmin cümləni bütöv oxumağa başladı: «Professor Salman Qurbanzadə bugünkü Azərbaycan şerinin qarşısında duran tələbləri tamamilə unudaraq, sənət aləmində hələ ilk titrək və qorxaq addımlarını atmaqda olan gənc həvəskar şair İlhamın şerlərini yersiz, heç bir ədəbi-estetik ölçüyə uyğun gəlməyən bir şəkildə tərifləmiş, göylərə qaldırmış, beləliklə də obyektivlik hissini itirərək müasir şerimizin ümumi vəziyyətini təhrif etmiş, ən ümdəsi isə, İlhamın özünə böyük pislik və bədxahlıq etmişdir. Məqalənin müəllifi gənc bir ədəbiyyatşünas olsaydı, biz bəlkə də belə kəskin danışmazdıq, amma təəssüf ki...»

Ceyhunu sanki ildırım vurdu. O, məqalənin kim tərəfindən belə yazıldığına baxmayaraq, qəzeti qapıb yataq otağına qaçdı.

– Ana, atamı yenə qəzetdə tənqid ediblər,— deyə həyəcanla qışqırdı.

Çarpayıya üzüqoylu düşən Nadirə isə heç qımıldanmadı da.

– Özü də böyük məqalədi.

—…

Ceyhun məqalənin altına — müəllifin imzasına baxdı. «Nadirə Qurbanzadə» sözlərini oxuyanda nitqi batdı. Gözlərinə inanmırmış kimi, bir də oxudu. Yox, bu, həqiqət idi, həqiqət idi.

Ceyhun elə qapının ağzında dayanıb məqaləni başdan-ayağa oxumağa başladı. Məqalənin kəsərli, tutarlı sözləri Ceyhunun da ürəyini sıxırdı. Doğrudan da, burada acı, tikanlı sözlər vardı. Bu sözləri yazana onun acığı tutmaya bilmirdi. Amma bunu yazan anası idi, doğma anası!

Nadirə handan-hana çevrilib Ceyhuna baxanda oğlan oxuduğuna, gördüyünə inanmayan sayağı təzədən xəbər aldı:

– Bunu sən yazmısan?

Nadirə başını tərpətdi.

– Niyə?

Sual Nadirənin acığına gəldi və o, əsəbiliklə uşağın üstünə qışqırdı:

– Sən hər yerə başını soxma, yeri get dərslərini hazırla.

Ceyhun təəccüblə anasına diqqət yetirib başını qaşıdı, qapının ağzından çəkildi, sonra yavaşca sivişib həyətə— uşaqların yanına oynamağa getdi.

Salman çiynində qoşalülə, belində patrondaş, əlində «veşmeşok» şad, gülərüzlə içəri girdi. O, ovdan əlidolu gələndə belə şad olurdu. Çoxlu quş vurmuşdu.

– Nadirə! — deyə o, qapının açarını cibinə qoyub dəhlizdə səsləndi.

Nadirə rəngi ağarmış, gözləri dolmuş halda yataq otağının qapısı ağzında göründü. Həmişə deyirdi: «Ovun qanlı olsun». İndi dinmədi. Salman onun vəziyyətindəki çaşqınlığı görüb nigaranlıqla dilləndi:

– Nə olub?

—…

– Ceyhun hanı?

—…

– Uşağın başında nə var?— deyə o Ceyhuna nəsə olduğunu düşünüb süstləşmiş halda soruşdu.

– Heç nə!— dedi.

– Bəs axı nə olub, tez ol de. Ürəyimi partlatmaq istəyirsən?

Nadirə çaşqınlıq içərisində, bu dəqiqə dəhşətli bir hadisənin baş verəcəyini gözləyən adam təki qorxu içində dedi:

– Məqalə çıxıb.

– Nə? Hansı?

– O da... — Bu yarımçıq nida qurtarar-qurtarmaz Nadirəni yaş boğdu. Salmana hər şey məlum oldu. O, elə ov paltarında divana çökdü. Elə bil, dünəndən quşlara, ceyranlara, cüyürlərə atdığı güllələr dönüb onun özünün ürəyinə, bədəninə sancıldı. O, iniltili bir ah çəkdi. Alacalanmış gözlərini Nadirənin yaşarmış gözlərinə dikəndə dünən sinəsinə güllə dəydiyindən yıxılıb can verərkən ağlayan cüyür balasını xatırladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, doqquzuncu fəsil

Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:

28 мин
Dördüncü hissə, birinci fəsil

Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.

6 мин
Dördüncü hissə, ikinci fəsil

Yaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.

12 мин
Dördüncü hissə, üçüncü fəsil

Buxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:

8 мин

Стихи других поэтов