Birinci hissə, on altıncı fəsil
Страница 1 из 3
Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:
– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
Aslanzadə belə məqamlarda yumşaq-yumşaq cavab verərdi:
– Qorxma, arvad. Dəniz bu torpağın müqəddəs övladıdı və o, təmizlərə, müqəddəslərə əsla toxunmur.
– Yəni deyirsən səninlə mən müqəddəsik?
– Əlbəttə, mənim Böyükxanımım — o, əsl adı Kiçikxanım olan arvadına evləndikləri gündən bəri həmişə Böyükxanım deyə müraciət etmişdi. — Yoxsa buna şübhən var.? Mən həyatımı təmiz, namusla yaşamışam. İndiyə qədər heç kəsə mərdiməzarlıq etməmişəm, heç bir kəsin paxıllığını çəkməmişəm və ən başlıcası isə, böyüklü-kiçikli heç kəsin qəlbinə toxunmamışam. Səni də özüm kimi görmüşəm. Bax, buna görə, biz müqəddəslərdənik və dəniz məhz buna görə də bizə toxunmaz, mənim Böyükxanımım!
Bağa söz ola bilməzdi. Gen-bol həyətdə hər şey öz yerində idi... Kişi, Kiçikxanım deyən kimi, burada can qoymuşdu. Asudə vaxtlarını yay-qış burada keçirən Aslan, bu bağın həm sahibi olmuşdu, həm fəhləsi. Özü əkmişdi, özü şumlamışdı, özü suvarmışdı. Keçən ilə qədər, bu zəhrimar qan təzyiqi çıxanacan hər işi özü görən kişi, bu ildən fəhlə ümidinə qalmışdı. Pul verib bağı şumlatmışdı, meynələrin dibini bellətmişdi, kəsdirmişdi. Otuz il idi ki, heç bir kurorta-filana getməzdilər. Məzuniyyətini götürən kimi, ər-arvad yığışıb bura gələr, yeyib-içib dincələr, istirahət edərdilər. Azar-bezar da onlardan gen gəzərdi. Kiçikxanım hərdən eşitdirərdi ki, bu il bir başqa yerə gedək. Onda Aslan deyərdi:
– Heç yerə getdi yoxdu, mənim Böyükxanımım. Az qala dünyanın hər yerindən bu quma, bu dənizə görə adamlar ətək-ətək pul xərcləyib bura gəlirlər, biz duraq hara gedək? Əgər meylin çəkirsə putyovka düzəldim — ürəyin hara istəyirsə göndərim, get dincəl, gəz, gəl. Mən isə buradan heç yana gedən deyiləm.
– Elə şey olar, kişi? Mən səni qoyub hara gedə bilərəm?
– Hə, onda, getdik bağa!
Direktorluqdan çıxandan, Nurəddin Osmanzadənin soyuq və biganə, qəlbə dəyən münasibətindən sonra Aslan — bu həssas və qayğıkeş insan yaman sınmışdı. Arvadına bu barədə heç bir söz deməmişdi, çünki o da fikir çəkən adam idi. Dərdini ürəyinə salıb tək özü çəkmişdi. Bu isə fəna nəticə vermiş, onun qan təzyiqinin qalxmasına, halının xarablaşmasına səbəb olmuşdu. Üstünə gələn həkimlər dava-dərman yazmış, bülleten vermiş, dincəlməyi, işləməməyi məsləhət görmüşdülər. İki gün evdə yatandan sonra:
– Arvad, mənim dərmanım bağdadı. Hazırlaş, gedək! — deyərək yay-qış yaşamaq üçün hər şəraiti olan bağa gəlmişdilər. Doğrudan da gələn kimi kişinin halı xeyli yaxşılaşmışdı. Bu isə, Kiçikxanım üçün hər şey idi. Çünki yer üzündə onun Aslandan başqa kimi-kimsənəsi qalmamışdı. Oğul-uşaq, ata-ana yox idi deyə arvad bütün mehrini ona salmış, o, Kiçikxanımın həm ata-anası, həm övladı olmuşdu. Aslanın üstündə əsirdi yazıq arvad. Aşkarda da, ürəyində də, gecə də, gündüz də ona dua-səna eləyir, «allah, onun ölümünü mənə göstərmə, — deyirdi. — Mən onun qabağında ölüm. Onsuz mən neyləyərəm?» — deyirdi. Ərinin kefi, əhvalı yaxşı olanda, o da yaxşı olurdu, yaşının altmışı adlamasına baxmayaraq, quş kimi qıvraqlaşır, deyib-gülürdü. Evə qonaq qara gələndə isə, hər ikisi yerə-göyə sığışmır, gen-bol, süfrə açılır, xörəklər, qutablar bişirdi. Kiçikxanımın yeməkləri bütün ziyalılar
– Aslanın gəl-gedi olan bütün adamlar arasında məşhur idi. Dünyanın ən ləziz xörəyi bu evdə bişərdi. Aslan bu sarıdan da yarımışdı.
...Salmangil bağa gələndə artıq hava qaralmışdı. Salman şad idi, butün yol boyu deyib danışmışdı, Gülmirəni söymüşdü, Nurəddini isə ürəyi istəyən şəkildə «yağlamışdı». Yerə-göyə sığışmayan bir sevinclə, özünü onlarla müqayisə etmiş:
– Onlar hələ duza gedir, mən isə duzdan qayıdıram, Nadirə xanım! — demişdi. — Məni, görünür, sənin kimi, onlar da hələ tanımır. Mənə də Salman deyərlər, bala! Mən yüz Nurəddinin, İltifatı, Gülmirəni bulaq başına susuz aparıb susuz gətirərəm, Vicdansızlar!.. Özləri əyridi, elə bilirlər hamı elədi. Yox, bala, yox. Salman o qədər də gic, sadəlövh deyil ki, başqasının əsərini götürüb öz adına çap etdirsin və sonra da oturub gözləsin ki, Nurəddin kimi, Gülmirə kimi əclaflar onun başını haçan kəsəcəklər. Sən də ağzına su alıb, əlini əlinin üstünə qoyub susursan. Mən buna təəccüb eləyirəm. Deyəsən sən də inanmışdın, elədimi?
Nadirə xanım arxada oturmuşdu, bayaqdan qulaq asırdı, ancaq əslində fikri Gülmirənin yanında idi. «Gərək bir təhər dilə tutub gətirəydim» — düşünürdü. Sonra xəyalı dolanıb Ceyhunun yanına dönürdü, günorta olan söhbəti xatırlayır, ona haqq qazandırırdı və işdən çıxıb birbaş evə yox, bağa gəldiyinə təəssüf eləyirdi. «Salman tək gələydi gərək. Mən gedəydim uşağın yanına! Oturub yaxşı-yaxşı söhbət edərdik ana-bala, dərdləşərdik.» — Amma gec idi, yol artıq yarıdan keçmişdi. Sonra Nadirə xanım ürəyində xoş bir əhvali-ruhiyyə duymuşdu. Salmana atılan böhtan boşa çıxmışdı. Hər dəfə bu barədə düşünəndə o, əriyib köynək-köynək ət tökmüşdü. Şükür, bu xatadan sovuşdu Salman. Nadirə də gözükölgəli gəzməkdən xilas oldu, — bu nəyə desən dəyərdi. Və ümumiyyətlə, bu gün çox qəribə gün idi — Nadirə gah sarsılmış, əsəbləri gərilmiş, gah da sevinmişdi, qanadlanmışdı. Odur ki, bayaqdan öz daxili aləminə çəkilib, ancaq cismən Salmanla yol gedən Nadirə ərinin ona müraciət etdiyini güclə anışdırmışdı və diqqətini cəmləyib:
– Nə dedin? — deyə soruşanda o:
– Deyirəm ki, deyəsən sən də inanmışdın ki, mən Mirzə Yanarın əsərini oğurlamışam, hə? — deyə sualını bir az da geniş təkrar eləmişdi. Nadirə ah çəkmişdi:
– Nə bilim, vallah. Sən elə adamsan ki, səndən nə desən gözləmək olar.
Salman geri qanrılıb narazı halda arvadına baxmışdı:
– Məni yandıran odur ki, sən heç vaxt məni başa düşməmisən, Nadirə! Bundan sonra isə çətin başa düşərsən, gecdi daha.
Salmanın bu sözləri Nadirənin qəlbində bu gün oğlu ilə olan söhbətdən sonra yaranmış və indi az qala unudacağı fikirləri yadına salmışdı və o, ərinə belə sərt cavab verdiyinə peşman olmuşdu. Birdən-birə dəyişmək onun üçün çətin idi. Az qala yadırğamağa başladığı ərinə təzədən qayıtmaq, isinişmək, xoşqılıq olmaq və mehribanlıq göstərmək əlbəttə, Nadirə kimi bir qadın üçün asan deyildi. Buna baxmayaraq, o, ağlının gücünə sığınıb hələ də içində qaynamada davam eləyən, ancaq getdikcə öləziyib sönən narazılığı boğmuş və gülümsünə-gülümsünə demişdi:
– Salman, qurban olum, elə ki indiyəcən biz yaşamışıq, belə yaşamaq olmaz; bu, həyat deyil. Bu gün mən sanki qəflət yuxusundan ayılmışam. Bilirsən, məni Ceyhun qurban olduğum ayıldıb bu gün. O, günorta mənə elə sözlər söylədi ki, dəymişim qala-qala kalım töküldü. Yapışmışdı yaxamdan ki, hanı sizin ailə? Məgər bu ailədi?.. Biz elə bilmişik o hələ də uşaqdı. Yox, Salman, o daha yekə kişidi. Hər şeyi görür, başa düşür. Bizim belə yaşamağımız onun tərbiyəsini pozur, ailə haqqında təsəvvürünü korlayır... Sən allah, məni düzgün başa düş, həyat ancaq idarədən, işdən, əsər yazmaqdan ibarət deyil, Salman. Sənin ailən var, arvadın, oğlun var — biz səndən qayğı istəyirik» diqqət istəyirik. Sən isə... elə bil mehmanxanada yaşayırsan. Belə olmaz, Salman, qurban olum. Mənim də günahım çoxdu, lap çoxdu. Mən də yaxşı arvadlıq eləməmişəm, analıq eləməmişəm, bunu xüsusən bu gün dərk eləmişəm. Hələ gec deyil, gəl əl-ələ verək, oğlumuzu bir yana çıxaraq, qoy ali təhsil alsın, evləndirək, ondan başqa bizim kimimiz var axı, Salman.
Salman cavab verməyə macal tapmamış maşın göy darvazaya dirənib dayanmışdı. Qapılar açılıb hər ikisi yerə düşəndə Nadirə Salmana yaxın gəlib qəribsəmiş adam kimi başını sinəsinə söykəmişdi, pıçıltı ilə:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.
Üçüncü hissə, üçüncü fəsilDünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Стихи других поэтов
از جان و دلم انده دیرینه برآید
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Uca dağların başındaUca dağların başında,Duman olu, çiskin olu.