Təsəlli
İki sözü var dünyanın,Biri doğru, biri yalan.İki gözü var dünyanınBiri gecə, biri gündüz.İki yolu var dünyanınBiri əyri, biri də düz.Dünyayla bir yaranıbdı,Bu çəkilər, bu bölgülər.İki günü var dünyanın,Biri ağlar, biri gülər.Bir təsəlli var dünyada,Biri gedər, biri gələr...
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-teselli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Demişdim bir kəz bəli ey yar səndən dönməzəm
Demişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.