Həmdi-bihədd, ol mütəkəllimi-nütqafərinə ki, səfineyi-ümmidi-sükkani-bihari-bühuri-nəzmi təməvvüci-istiğraqi – “vəşşuərau yəttəbiuhum-ul-ğavun” . müstəğrəqi-girdabi-hirman etmişkən, silsileyi-istisnai-“illəl-ləzinə amənu”. bıraqub, şüərayi-islami səhihü salim sahili-nəcatə çəkmiş və sıpasi-biqiyas ol nazimi-asimanü zəminə ki, bəsməleyi-nəzmin əfsəri-fərqi-fürqan edüb, məzrəeyi-qülubi-əhli-irfanə nihali-məvəddəti-kəlami-mövzun dikmiş.

Qit’ə
Zəhi sane’ ki, lövhi-canə kilki-hüsni-tovfiqi,

Əzəldən iqtizayi-nəzmi-canpərvər rəqəm qılmış.

Kəmali-şe’r kəsbi mümkin olmaz olmadın andən,

Ana minnət ki, təb’i-nəzm lütf etmiş, kərəm qılmış.

Farsi

Mobdə’i kəz xame-ye toufiq-e u darəd rəqəm,

Səfhe-ye edrak-e ərbab-e soxən nəqş-e xəyal.

Təb’-e movzun əz əlamətha-ye lotf-e xas-e ust,

Nist çun elm-e degər məqdur-e kəsb-e in kəmal..

Ərəbi

Nusəbbihu mən ehdiyən-nufusə iləl-məna

Və qəddərə əşkaləl-umuri və həlluha.

Nuqəddisu mən lovla i’anətə fəzlihi,

Lima “əlləməl-əsmaə Adəmə kulləha”..
.

Və dürudi-namə’dud ol müxatəbi-kəlami-mö’ciznizamə ki, fünuni-şe’ri məzmuni – “və ma əlləmnahuş-şi’rə”. mərdudi-təbaye’ qılmış ikən lisani-hikmətbəyani “innə minəş-şi’ri”. təqriri-dilpəzirilə məqbuli-qülubi-əhli-hal etmiş. Və sənayi-biriya ol qafiyeyi-nəzmi-ənbiyayə ki, ədəmi-iltifatlərilə rütbeyi-şe’r payeyi-ihanətdə qalmış ikən, səadəti-intisabi-şəriflərilə filcümlə dərəceyi-e’tibarə yetmiş.

Qit’ə

Ol düri-dürci-“ənə əfsəh”. ki, hikmət dayəsi

Şe’r şəhdilə ləbi-canpərvərin tər qılmamış.

Şe’r bir zivərdir, əmma biz kibi naqislərə,

Ol ki, kamildir, anı möhtaci-zivər qılmamış.

Farsi

Əhməd-e morsəl, anke dər aləm

Hərçe başəd tofeyl-e xelqət-e ust,

Rotbe-ye şe’r həm əz ust bolənd,

Məhək-e couhər-e nobovvət-e ust.

Ərəbi

Usni əla xeyril-ənami Muhəmmədin,

Kəşəfəd-duca bi-ziyai-bədri cəmalihi.

Bisənaihi rufiət mədaricu qədrina

Xəssət təhiyyətuna əleyhi və alihi.

Əmma bə’d raqimi-təsvidati-səhayifi-üsyan, Füzuliyi-natəvan bu tərz ilə bəyani-hal və bu nəhc ilə şərhi-mafilbal edər ki, çün zövrəqi-vücudim badbani-təbiət birlə dəryayi-sahili-idrakü ehsasə yetdi və təhriki-həvavü həvəs birlə atəşi-səbvət işti’al bulub, hərarəti canü cananə tə’sir etdi və rayizi-iqtizayi-kəmali-mə’nəvi inani-tövsəni-iqbalimi canibi-iktisabi-adabə mün’ətif qılub və afitabi-hikmət cövhəri-təb’imə əsəri-təhsili-mə’arif salıb, rəğbəti-kəsbi-ədəb qıldıqda və güli-bəxtim kəsbi-hünər həvasilə açıldıqda, mə’dəni-cəvahiri-iktisabi-kəmalim bir dəbistani-cənnətnişan idi ki, səhni-lətifi süfufi-ğilman ilə xüldi-bərindən xəbər verürdi və mətale’i-əxtəri-hüsuli-iqbalim bir məktəbi-mühəzzəb idi ki, fəzayi-şərifi sərvqəd sənəmlər birlə canə cinan müjdəsin yetürürdi.

Qit’ə

Səhn-e lətif o dər vey xuban neşəste səf-səf,

Didareşan mobarək həmçun sotur-e moshəf.

Xorşidlovh çun məh hər yek nehadə dər piş,

Bərg-e ketab çun qol hər yek gerefte dər kəf..

Əmma hənuz ol növrəslərə nəzakəti-təb’dən tabi-ikti-sabi-dəqayiqi-ülum və taqəti-məşəqqəti-tə’limi-həqayiqi-hüdudü rüsum olmamağın məhfili-behişt asalərində həmişə əş’ari-aşiqanədən qeyri nəsnə oqunmazdı və mütaliə etdükləri ovraqdə cigərsuz qəzəllərdən qeyri bir xətt bulunmazdı.

Beyt

Şe’r bir mə’şuqdür, hüsni-ibarət zivəri,

Canü dildən nazənin məhbublər aşiqləri.

Ol taifeyi-girami müdaviməti-sənaye’i-əş’arlə və müvazibəti-lətaifi-göftar ilə həm hüsn halatindən vüquf bulmuşlardı və həm eşq kəmalatindən xəbərdar olmuşlardı.

Qit’ə

Ey xoş ol kim təb’i-mövzunilə bəhsi-şe’r edüb,

Xubrulər vaqifi-məzmuni-əş’ar olalar.

Demədən fəhm edələr keyfiyyəti-əsrari-eşq,

Aşiqi-biçarə halindən xəbərdar olalar.

Bən ki, səhifeyi-cibillətimdə ruzi-əzəldən kilki-qəzadən məhəbbəti-nəzm rəqəm qılmışdı və hədiqeyi-xilqətimdə bidayəti-fitrətdən tüxmi-məvəddət və mövzuniyyət əkilmişdi, ol məcməin sihabi-imtizacindən nihali-təb’iətim nəm çəküb, izhari-əzhari-iste’dadi-nəzm etdi. Və ol məhfilin həvayi-ixtilatindən sərsəbz olub, məzrəeyi-mizacimdə güli-məzaqi-şe’r bitdi.

Qit’ə

Şahidi-nəzm sərapərdeyi-qüvvətdə ikən,

Qıldı ol nəzmi görüb, fe’l fəzasinə xuram.

Qönçələr könlünü açmağə lətayif birlə,

Bülbülə verdi səba rüxsəti-təqriri-kəlam.

Lacərəm, əndəlibi-şeyda kibi sərməst oldum və ol güllərə qarşı tərənnüm etməgə iste’dadi-fitrətdən rüxsət buldum. Üfüqi-təb’imdə hilali-mövzuniyyət tülu’ edüb, ol xurşidvəşlərdən iqtibasi-nuri-şövq etməgin gün-gündən bir ğayətdə mütəzaid oldu ki, az müddətdə əşi’eyi-ənvari-nəzmimlə çox şəhərlər doldu.

Beyt

Seyti-fəsahət ilə sözüm dutdu aləmi,

Mən məhdi-e’tibardə tifli-zəbun hənuz,

Buyi-xoşimlə oldu müəttər dimağlər,

Mən nafeyi-vücuddə bir qətrə xun hənuz.

Zəman-zəman sevdayi-şe’r sair əf’alimə qalib düşüb və güruh-güruh leylivəşan Məcnun kibi istimai-şe’r üçün başimə üşüb, şairliğim müqərrər oldu. Və avazeyi-nəzmim ilə aləmlər doldu.

Beyt

Təbiət şöhreyi-şəhr olmağa meyli-təmam etdi,

Nə pünhan eyləyim, sevda bəni rüsvayi-am etdi.

Bu halə müqarin, məşşateyi-himmət rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-məarifdən xali, minəsseyi-dəhrdə cilvə qıla və sərrafi-iste’dadi-ülüvvi-rif’ət riza vermədi ki, rişteyi-silki-şe’rim cəvahiri-elmdən ari gərdənbəndi-aləm ola. Zira ki, elmsiz şe’r əsassız divar olur və əsassız divar ğayətdə bie’tibar olur. Payeyi-şe’rimi hilyeyi-elmdən müərra mucibi-ihanət bilüb və elmsiz şe’rdən qalibi-biruh kibi tənəffür qılub, bir müddət nəqdi-həyatim sərfi-iktisabi-fünuni-ülumi-əqli və nəqli və hasili-ömrüm bəzli-iqtinayi-fəvaidi-hikəmi və həndəsi qılmağın. mürur ilə ləaliyi-əsnafi-hünərdən şahidi-nəzmimə pirayələr mürəttəb qıldım və tədric ilə tətəbbü’i-təfasir və əhadis edüb fəziləti-şe’rə məzəmmət isnadi-töhmət olduğunun həqiqətin bildim.

Qit’ə

Şe’r zövqindən olmayan vaqif

Əhli-nəzmi məzəmmət eyləməsün.

Kəndi cəhlinə e’tiraf etsün,

Hər kəramatə sehr söyləməsün.

Əlqissə, əsbabi-ixtirai-fünuni-nəzm cəm’ olub müqtəza zühuri-asar olduğu zəmanlarda ki, hər dəm dəsti-qüdrətim, müxtərəati-məsnuədən gərdəni-kainatə bir həmayil asar idi və hər saət səyyahi-təbiətim hədaiqi-müəlləfati-bədiədən bir gülistanə qədəm basardı. Bir gün bir nigari-mişkinxətt ki, daneyi-xalinə mişki-Çin demək xəta idi və zülfi rəşkindən nafeyi-tatarın ruzgarı qəra idi, sərvi-naz kibi xüraman-xüraman mən üftadəsinə sayeyi-mər¬həmət saldı və şirin-şirin kəlimatlər ilə xatirim sorub, könlüm aldı.
Əsnayi-mühavirət və hiyni-müsahibətdə dedi ki:
– Ey şükufeyi-bustani-fəsahət və ey səbzeyi-novbəhari-hüsni-ibarət, lillahil-həmd iradeyi-tovfiqi-sübhani və mənşəi-tə’yidi-rəbbani məmaliki-fünuni-nəzmü nəsr təsxirin sana müyəssər etmişdir və növbəti-riyasəti-əqalimi tədriclə sana yetmişdir. Əgərçi ərəbdə və əcəmdə və türkdə yeganə kamillər çoxdur, əmma sən kibi cəmii-lsanə qadir, came’i-cəmii-fünuni-nəzmü nəsr yoqdur. Hala ki, miftahi-zəbanin ruyi-ruzgarə əbvabi-feyz açmaqdadır və qəvvasi-təb’in xasü amə dəryayi-fəsahətdən cəvahir çıqarub saçmaqdadır. Əhaliyi-aləmdən bə’zi ləaliyi-münşəat və müəmmayanındən bəhreyi-feyz almışlar və bə’zi məsnəvi qəsaidindən təməttö’ bulmuşlar və bə’zi farsi qəzəllərin zövqinə yetmişlər. Haşa ki, türkzadə məhbublər feyzi-nəzmindən bəhrəmənd olmayalar və taifeyi-ətrak sahibfəraqları bustani-kəlamində şükufeyi-divani-qəzəl bulmayalar. Bu səbəbdən tərhi-binayi-camein qabili-qüsur ola və bu vasitədən bünyeyi-istid’ayi-kəmalin rəxnə bula.

Qit’ə

Qəzəldür səfabəxşi-əhli-nəzər,

Qəzəldür güli-bustani-hünər.

Qəzali-qəzəl seydi asan degil,

Qəzəl münkiri əhli-irfan degil.

Qəzəl bildürir şairin qüdrətin,

Qəzəl arturur nazimin şöhrətin.

Könül, gərçi əş’arə çoq rəsm var,

Qəzəl rəsmin et cümlədən ixtiyar

Ki, hər məhfilin zinətidir qəzəl,

Xirədməndlər sən’ətidir qəzəl.

Qəzəl de ki, məşhuri-dövran ola,

Oqumaq da, yazmaq da asan ola.

Əlhəq bu kəlimati-dilpəziri ki, ol binəzirdən eşitdim, məzmuni-kəlamin məhz nəsihət görüb, icabi-iltimasinə iqdam etdüm. Əmma iqtizayi-zəman kəmali-istiğna rüxsət vermədi ki, sərrafi-xirəd, nəqdi-ovqatı sərfi-təsanifi-mö’təbər etməkdə ikən, bu cüzviyyatə zaye’ edə. Və şəhbazi-təbiət müəzzəm seydləri gözədirkən, bu müxtəsər şikar ardınca gedə. Naçar məhmili-e’tibarimdə bu ilavə lazımdır deyü, zəmani-tüfuliyyətimdə sadir olub, mütəfərriq olan qəzəllərdən bir müxtəsər divan cəm’ etmək səlahin gördüm. Və ol vəqtdə məndən iltimasla alanlardan iltimasla alıb surəti-cəm’iyyəti ixtisar üzrə itmamə yetürdim. Ümmid ki, ər¬ba¬bi-fəsahət və əshabi-bəlağət müşahidə və mütaliə qıldıqda, mənşə’ və mövlidim İraqi-Ərəb olub, təmamiyi-ömrdə ğeyr məmləkətlərə səyahət qılmadığımdan vaqif olduqda, bu illəti mucibi-süquti-e’tibar bilməyələr. Və məhəllü məqamimə görə, rütbeyi-iste’dadimə həqarət ilə nəzər qılmayalar. Zira e’tibari-vətən iste’dadi-zatə tə’sir etməz və topraqda yatmaq ilə tiladən cila getməz. Nə əhli-bilad olmaqla nadan sahibi-qəbul olur və nə biyabanlarda durmaqla dana qəbuli-vəhşət qılur.

Məsnəvi

Əgər omrha mərdom-e bədsereşt,

Bovəd həmdəm-e huriyan dərbeheşt.

Dər an məhfel-e porsəfa ruz o şəb,

Ze Cibril xanəd fonun-e ədəb.

Be an e’teqadəm ke, əncam-e kar,

Nəgərdəd əz u coz bədi aşkar.

Və gər salha gouhər-e tabnak,

Fetəd xar o biqədr bər ru-ye xak,

Bər anəm ke, kəmtər neşinəd ğobar,

Ze xakəş bər ayine-ye e’tebar.

Ço əz xak xizəd, həman gouhərəst,

Şəhanra bərazənde-ye əfsərəst..

Təvəqqö’ budur ümumən əhaliyi-izzü e’tibardən, xüsusən büləğayi-Rum və füsəhayi-tatardən ki, əgər şahidi-hüsni-ibarətimdə ol diyarın əlfazü ibarətlərindən zivər olmasa və müxəddəreyi-nəzmim ol mülklərin lətaifü zərbülməsəllərindən zinət bulmasa, mə’zur buyuralar. Zira hər mülkün əhlinə ariyətdən ar gəlür və hər taifədən hər kim var isə tətəbbö’i-əğyari mucibi-ğeyrət bilür bu diyarın istilahatı qeyrə məqdur olmamaq üzrxahımız yetər. Bihudə təərrüzdən nə bitər. Lillahil-həmd vəl-minnə xaki-Kərbəla sair məmalik cəvahirindən əşrəf olduğu mə’lumdur və rütbeyi-şe’rimi hər yerdə bülənd edən həqiqət də bu məfhumdur.
İlahi! Bu məhəbbətnameyi-nami və bu fərzəndi-dil-bəndi-girami ki, zadeyi-təb’i-füsunsaz və nəticeyi-idraki-sehrpədazımdır, əmtiəyi-əczü niyaz və bədriqeyi-suzü güdaz birlə əziməti-qürbət etdi. Və cəvahiri-mə’ni verib, əqmişeyi-təhsin almağa fəzayi-aləmə məhmili-ticarət yüritdi. Nitəkim, tovfiqi-inayət həmrah edüb məziqi-ədəmdən nüzhətgahi-vücudə gətürdin və tə’yidi-mərhəmət müavin edüb, vadiyi-qeybdən badiyeyi-şühudə yetürdin, nə diyarə getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və meymun və müşahideyi-lətifin xücəstə və hümayun edə-sən. İlahi! Bu məhbubi-zibanı və şahidi-rə’nanı ki, məşşateyi-lütfün rüxsa¬ri¬nə zinət vermişdir və hilyeyi-tovfiqin pirayeyi-hüs¬nün rütbeyi-kəmalə ye¬türmişdir, ümumən cəmi’i-əhli-fəsaddən, xü¬susən üç taifeyi-bəd-nihaddən hisni-himayətində məhrusü məsun edəsən. Biri ol katibi-naqabil və mümliyi-cahil ki, xameyi-müxaliftəhriri tişeyi-bünyani-məarifdir və kilki-küdurəttə’siri me’mari-binayi-zəxarifdir. Gah bir ləfz ilə məhəbbəti möhnət göstərər. və gah bir nöqtə ilə ne’məti niqmət. oqudar.

Ərəbi

Təbbət yəda katibin lov lahu ma xəribət,

Mə’murətun ussisət bil-qələmi vəl-ədəbi.

Ərdət minəl-xəmri fil-ifsadi nusxətuhu

Təstəzhirul-eybə təğyirən minəl-’inəbi..

Qit’ə

Qələm olsun əli ol katibi-bədtəhririn

Ki, fəsadi-rəqəmi suzimizi şur eylər..

Gah bir hərf süqutilə qılur nasiri nar,

Gah bir nöqtə qüsurilə gözün kur eylər..

Farsi

Bad sərgəşte besan-e qələm an bisər o pa,

Ke bovəd tişe-ye bonyad-e məaref qələməş.

Zinət-e surət-e ləfzəst xətəş, leyk çe sud,

Pərde-ye şahed-e mə’nist səvad-e rəqəməş..

Biri ol naqisi-bədsəvad ki, təb’i-namövzunilə məcalisü məhafildə istid’ayi-iste’dad qılub şe’r oqıduqca, nəzmdən nəsri seçilməyə və ədayi-süstlə şahidi-mə’ni cəmalindan niqab açıl¬maya.

Ərəbi

Kəllə[mə]t lisanən səqimən min təsərrufihi,

Və sarət ləali ’uqudin-nəzmi mənşura.

Ə’ril-qəzaya ənil-əşbah məntiquhu

Təsrifuhu qəlləbəl-məzmumə məksura..

Farsi

Boride bad zəbani ke, dər fəza-ye soxən,

Əzu məbani-ye əfkar monhədem gərdəd.

Ze enqelab o təsarif-e ləhce-ye bəd-e u,

Vocud-e hosn-e ebarat mon’ədem gərdəd..

Türki

Binəsib olsun nə’imi-xülddən ol zişt kim,

Namülayim ləhcəsi mövzuni namövzun edər.

Tişeyi-ləfzi binayi-nəzmi viran eyləyüb,

Süst göftari fəsahət əhlini məğbun edər.

Biri ol hasidi-xətapişə və mü’anidi-cəfaəndişə ki, təb’i-namövzunilə də’vayi-şe’r edə, əmma dəqaiqi-əş’arə sahibi-şüur olmaya və idraki-rəkiklə lafi-nəzm ura, əmma həqaiqi-göftarə rahi-təsərrüf bulmaya. Lacərəm, həsəd dideyi-insafın kur edüb idrakinə e’timad edən cahillər hüzurində bihudə-bihudə tə’ərrüzlər edə və hərzə-hərzə dəxllər eyləyə, ta şe’rdən zövqi-istima’ gedə.

Ərəbi

Məasimu hussadil-kəlami ə’zimətun,

Mə’sərətuhum məhzəz-zəlaləti fil-məla.

Təzyi’u mura’atis-sənaye’i beynəhum,

Təsəddudu minhacəl-vusili iləl-’ula..

Farsi
Ah əz an badiyepeyma-ye biyaban-e həsəd,

Ke, nədarəd del-e zolmaniyəş əz erfan nur.

Çun ənakeb be do beyti ke, behəm mibafəd,

Xişra dide beh əz bani-ye beytol-mə’mur.

Eyb başəd həme ca mətrəh-e mədd-e nəzərəş,

Gərdəd əz gərd-e həsəd dide-ye ensafəş kur..

Türki

Xəzandır gülşəni-irfanə hasid

İlahi, hasidi xar eylə daim.

İşidir mə’rifət əhlinə azar,

İlahi, hasidi zar eylə daim.

Rəhməti-İyzəd ol həlalzadeyi-pake’tiqadə ki, bu növrəs şahidlərə müşahidə qıldıqca ə’lasının hilyeyi-təhsinlə cəmali-kəmalinə zinət yetürə və ədnasının şaneyi-mürüvvət birlə zülfi-xətasından iqdi-üyubin çıxarub, ayineyi-qüdrətdən seyqəl ehsanilə nöqsan ğübarin götürə.

Vallahu müstəan, təmam şud dibaçeyi-divani-Füzuli fi yovmis-salis şəhri mühərrəmül-həram min şühuri sənəti səb’ə və səb’inə və tis’əmiəti.

  • Allahın yardımı ilə, Füzuli divanının dibaçəsi doqquz yüz yetmiş yeddinci (977) ilin mə¬hər¬rə¬mül-həram ayının üçündə tamamlandı. (18 iyun 1569-cu il).

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости