Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdamMeydə təşviri-hərarət, neydə tə’siri-səda.

Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdirKim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.

Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmiAşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda.

Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?

Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqəKim, ola sabit həq isbatında nəfyi-maəda.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, intihasız zövq buldun eşqdən,Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви