Əgərçi izhari-silsileyi-siyadət daxili-əhvali-Kərbəla və şərhiibtilayi-ənbiyaolmayub, bu nüsxədə iradı münasib degil, əmma tətəbbö’i-məzmuni-"Rövzətüş-şühəda"təriqi-icmalla təqririnə iqtiza qılmağın, öylə ki, "Şəvahidün-nübüvvət"də məsturdur ərz olunur: "Bilmək gərək ki, əsəhhi-rəvayətdə Həzrəti Əmirəlmö’mininƏli ibn Əbi Talibin otuz altı övladı olub, ol cümlədən on səkkiznəfər zükur və on səkkiz nəfər ünasdır. Və bə’zi rəvayətdə on doqquz oğlan vəon yeddi qızdır. Ol cümlədən altı nəfər əyyami-həyatında mütəvəffa olub, altınəfər Kərbəlada şərbəti-şəhadət nuş etdilər. Əmma məşhur olanlar İmam Həsənvə Hüseyn, Möhsin və Yəhya, Əbdullah və Məhəmməd Hənifə, Əbu Bəkr vəÖmər, Osman və Əvn, Cə’fər və Əbbas. Və’llahü ə’ləm.

Həzrəti-İmam Həsən əleyhissəlam əkbəri-övladi-Zəhradır, ikinci İmamdır.Viladəti-şərifi Rəməzan ayının on beşinci günündə hicrətin üçüncü yilində vəvəfatı Səfər ayının on toquzuncu gecəsində, hicrətdən əlli yil keçdikdə. Vəmüddəti-ömri-şərifləri qırx altı yil, altıay və on beş gün idi. On altı nəfər övladı olub, on biri zükur və ol cümlədənməşhur olan Zeyd və Hüseyn və Təlhə və İsmail və Əbdullah və Həmzə vəƏbdurrəhman və Ömər və Qasİmdir. Və’llahu ə’ləm.

Həzrəti-İmam Hüseyn üçüncü İmamdır. Viladəti-şərifi hicrətin dördüncüyilində və mürzi’əsi Ümmül-Fəzl idi, zövcəyi Əbbas bin Əbdülmüttəlib vəövladı Əliyyi-Əkbər və Əliyyi-Övsət və Əliyyi-Əsğər və Əbdullah və Məhəmmədvə Cə’fərdir. Və’llahu ə’ləm.

Həzrəti-İmam Zeynəlabdin dördüncü İmamdır. Viladəti-şərifi hicrətin otuzaltı yilində vaqe’ olub, vəfatı yetmiş beşinci yilindədir. Övladı on səkkiz nəfərolub, ol cümlədən övladi-zükur doqquz nəfər və övladi-ünas doqquz nəfər idi.Əmma övladi-zükurdan məşhur olan Məhəmməd Baqir və Əbdullah Bahir,Zeydi-Şəhid və Öməri-Əşrəf və Hüseyni-Əsğər və Əliyyi-Əsğər idi. Və’llahuə’ləm.

Məhəmməd Baqir beşinci İmamdır. Künyəti Əbu Cə’fər, ləqəbi Baqir vəviladəti-şərifi Mədinədə cümə günü Səfər ayının üçüncü günündə, hicrətin əlliyeddinci yilində vaqe’ olub. Yeddi övladı olub, ol cümlədən məşhur olan Cə’fərvə Əbdullah və İbrahim və Əlidir. Və’llahu ə’ləm.

Həzrəti-İmam Cəfəri Sadiq altıncı İmamdır və viladəti-şərifi Mədinədədüşənbə günü Rəbiül-əvvəl ayının on yeddinci günündə, hicrətdən səksən yilkeçdikdə. Və əksəri-ülumi-qəribə ana mənsubdur: cifri-əhmər, cifri-əbyəz vəmüshəfi-Fatimə kibi və cifricame’ kibi. Və yeddi övladı [olub] İsmail vəƏbdullah, Musa və Ishaq, Məhəmməd və Əbbas və Əli. Və’llahu ə’ləm.

Həzrəti-İmam-Musa Kazim yeddinci İmamdır. Viladəti-şərifi-yekşənbə günü,hicrətdən yüz yigirmi yeddi yil keçdikdə Harunərrəşid həbsində vəfat etdi.Altmış nəfər övladı olub, ol cümlədən otuz yeddi ünas və yigirmi üç zükur.Məşhur olanlar Əbbas və Harun və İshaq və İsmail, Həsən və Riza və İbrahim vəMurtəza və Məhəmməd və Cə’fərdir. Və’llahu ə’ləm:

Həzrəti-İmam Əli İbn Musa ər-Riza səkizinci İmamdır. Viladəti-şərifiMədinədə pəncşənbə günü, nisfi-Rəbiül-axir, hicrətdən yüz əlli yil keçdikdəvaqe’ olmuş. Və ol Həzrətin beş nəfər övladı olmuş: Məhəmməd və Həsən vəCə’fər və İbrahim və Hüseyn. Və’llahu ə’ləm. Həzrəti-İmam Məhəmməd Təqidoquzuncu İmamdır. Viladətişərifi cümə günüu nisfi-şəhri-Rəcəb, hicrətdən yüzdoqsan beş yil keçdikdə vaqe’ olmuş. Mö’təsim əyyami-xilafətində zəhrləşəhadətbuldu. İki nəfər fərzəndi-səadətməndi olmuş: Əliyyi-Hadi və Musa. Və’llahuə’ləm.

Həzrəti-İmam Əliyyən-Nəqi onuncu İmamdır və viladəti-şərifi MədinədəRəcəb ayının on üçüncü günündə vaqe’ olmuş. Müstənsir əyyami-xilafətindəşəhid olmuş. Üç oğlu olub: Həsən və Hüseyn və Cə’fər. Və’llahu ə’ləm.Həzrəti-İmam Həsəni-Əskəri on birinci İmamdır. Viladəti-şərifiMədinədə. Ol həzrətin Məhəmməd Mehdidən qeyri fərzəndi yoxdu. Və’llahuə’ləm.

Həzrəti-İmam Məhəmməd Mehdi on ikinci İmamdır. Məzhəbi İmamiyyəmüqtəzasincə və silsileyi-İmamət anda xətm olur. Və’llahu ə’ləm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке