Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam
İlahi, bu kəmali-inayətindən şərəfi-ixtitama müvəffəq olan nüsxeyi-nami vənəvali-atifətündən səadəti-itmam bulan bu səhifeyigiramidə ibtidadanintihayadək ə’mali-sütudələri məsturü məzkur olan və əf’ali-həmidələri təstirütəhrir bulan ənbiyayi-üzam və övliyayi-giram və şühədayi-zəvi’lehtiramin ki,sakini-süradiqatiqürbü qəbul olmuşlar və məhrəmiyyəti-sərapərdeyi-təqərrübbulmuşlar, məyamini-ərvahi-müqəddəsələrin və bərəkati-nüfusimütəhhərələrin olpadişahi-aləmpənaha bədrəqeyi-təriqi-hidayət qıl. Və tirazi-məhceyi-livayinüsrətayətki, tüğyani-ərbabi-zəlalətü bid’ət Əhli-Beytə məsdud etdigi abi-Fəratanın əyyami-ədalətində fərmani-şərifiylə dəsti-təvəssül daməni-Kərbəlaya urduvə ol zülali-Kövsərmisalın təhəssüründə həlak olanlar ki, ərvahi-şərifləri sirabetməklə çeşmeyi-iltifatı cuybari-mərhəmət yetürdi, şəhənşahi ki, əgər xameyisəbzəövsafi-ədlin səfheyi-gülzara təhrir etsə, övraqi-əşcara nəsimi-təzəlzül güzaretməz və əgər misali-zərnigari-gül tüğrayişərifiylə müvəşşəh olsa, istimrarihökmünətəğəllübi-xəzandan xələli-təğəyyür yetməz. Şe’r:
Ol şəhənşahi-fələkrif’ət ki, kəsb etmiş günəşXakbusi-asitanindən ülüvvi-iqtidar.Ol sərəfrazi-mələksurət kim, almış asimanXidməti-dərgahi-qədrindən sümüvvi-e’tibar.
Yə’ni Sultani-sultannişan və qütbi-dayireyi-əmnü əman Əbulmüzəffər SultanSüleyman bin Səlim-xan "Rəfə’əllahu [bihi’n] nəva’ibə əni’zzəmani ila yəvməyəqumu’l-həşri və yunsəbu’lmizan" və ol xudavəndgari-səadətdəstgahin sayeyi-mərhəmətindənvə ol kamkari-məlayik-sipahin zilli-məkrəmətindən həmişəmütəmətte’ ola və həmvarə intifa’ bula. Ol sərvəri-xücəstəliqa və ol sərdari-sahibrə’yi-mülkara ki, bu nüsxeyi-dilpəzir anın hüsni-işarətişərifiylə siməti-təhrirbulmuş və anın lütfi-ehtİmamiylə müstə’idi-səadəti təstir olmuş, cəhandari ki,pirayeyi-hifzü hərasətlə hövzeyi-İraqi-Ərəb rəngi-nigaristani-Çin dutmuş vəkəmali-hirzü himayəti büq’eyi-Bəğdadı qeyrəti-darül-İslam etmiş. Şe’r:
Güli-gülzari-dövlətü iqbal,Afitabi-sipehri-cahü cəlal,Göhəri-mə’dəni-səxavü kərəm,Zübdeyi-firqeyi-Bəni-Adəm.Məlcə’vü mərcə’i-xəvasü əvam,Ə’zəmü əkrəmi-izamü giram.
Yə’ni kəhfül-füqəra və sədrül-üməra müizzirrif’əti və və’l-izzi və’l-ülaMəhəmməd Paşa "həfəzəhu’llahu əmma yəxafu və yəğşa". Əl-minnətu lillah ki,bu tərzi-məlaləfzayi-qəmənduz və bu nüsxeyicangüdazi-cigərsuz əhsəni-saat vəəyməni-övqatda siməti-ixtitam buldu və məsləhəti-təfhimi-əvam üçüntəkəllüfati-rəsmidən müərra və istiarati-bə’idə və əsca’i-qəribədən mübərratəmam oldu. Təvəqqe’ budur ki, füzəlayi-bəlağətpişə və füsəhayi-diqqət-əndişədənki, binayi-tə’lifinə və tərhi-təsnifinə nəzəri-diqqət buraxdıqdaislahixətasinə iqdamü ehtİmam edələr və mühərrirü müqərririn duayla yad edübqəbuli-üzrlə hər nöqsanın təmam edələr. Şe’r:
Hücumi-möhnəti-dövran məluli,Giriftari-qəmi-aləm Füzuli,Degil ol ləhceyi-göftara qadirKim, ola qabili-səm’i-əkabir.Qılur cəm’iyyəti-dil ləfzi-dilkəş,Müşəvvəş söyləməz illa müşəvvəş.Gəl ey hali-təkəllümdən xəbərdar,Tərəhhüm qıl, təərrüz qılma, zinhar!Xeyrə-yazsun şərrini onun kiramən katibin,Kim dua ilə ana işbu kitabın katibin.Nari-düzəxdən Xuda üqbada azad eyləyə,Bu Hədiqə katibin kim xeyrilə yad eyləyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-hediqetus-sueda-munacat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş,Ağzını derlərdi yox, dediklərincə var imiş.
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandanBudur fərqi, könül, məhşər gününün ruzi-hicrandanKim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Buraxdı xakə hüsnün afitabi-aləmarayiBuraxdı xakə hüsnün afitabi-aləmarayi,Götürdü yer üzündən möcizi-ləlin Məsihayi.
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizuBülbüli-dil gülşəni-rüxsarın eylər arizu,Tutiyi-can, ləli, şəkkərbarın eylər arizu.
Стихи других поэтов
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Ay hayıf-hayıfSəhər tezdən əzmi-gülşən eylədim,Qəm məni çulğadı, ay hayıf-hayıf.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.