Nola gər qucsa miyanın kəməri-zər küstax,Gətirib çoxları ortayə zər, eylər küstax.

Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan,Xəbər et saqiyə kim, tutmaya sağər küstax!

Rəşk odilə yaxılır rişteyi-canım ki, neçünDəgər ol arizə geysuyi-müənbər küstax.

Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə,Hərəmi-şahə nə layiq girə çakər küstax.

Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çoxKi, düşər gözdənü üzdən sürülər hər küstax.

Həvəsim badeyi-gülgunə bu ümmid ilədirKim, olam məstü tutam daməni-dilbər küstax.

Макта — последний бейт с тахаллусом поэта. Bənzədirsən özünü itlərinə hər saət,Ey Füzuli, ola bilməz sənə bənzər küstax.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине