Ol mah vüsalilə xoş et bir gecə halim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ol mah vüsalilə xoş et bir gecə halim,Ey əxtəri-tale’ qoma boynunda vəbalim!
Fəryad ki, bər vermədi bidaddən özgə,Göz yaşı ilə bəslədigim türfə nihalim.
Sınmış müjə tək, xəlq gözündən axıdır yaş,Nəzzareyi-zə’fi-bədəni-muymisalim.
Ol şəm’ xəyalilə xoşam, ola ki, daim,Bu surət ilə cizginə fanusi-xəyalim.
Suzandır odumdan tənimə sancılan oxlar,Pərvanəyəm, ey şəm’, tutuşmuş pərü balim.
Saqi, qəmi-dövran ilə qayətdə məluləm,Bir cami-fərəhbəxş ilə dəf’ eylə məlalim.
Макта — последний бейт с тахаллусом поэта. Lütf eylə, Füzuli, mənim əhvalımı ərz etOl sərvə ki, söyləşməyə qalmadı məcalim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-ol-mah-vusalile-xos-et-bir-gece-halim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üçüncü şəhid Əhli-Beytdən Cə’fəri-Təyyardır. Rəvayətdir ki, Cə’fər cəm’i-səhabəilə Həbəşə canibinə hicrət etdikdə Nəcaşi əleyhir-rəhmə anın irşadilə
Fəsli-şəhadəti-ÜbeydəƏmma Həmzənin şəhadəti bu vəchlədür ki, məsafi-Bədrdən sonra küffarləşkəri cəm’ edüb, üç bin müsəlləh və mürəttəb kafir Mədinəyə təvəccöh qıldılar.
Fəsli-şəhadəti-ÜbeydəKeyfiyyəti-şəhadət oldur ki, çün məsafi-Bədrdə sipahi-İslam və ləşkəri-küffarmüqabilə qıldılar, sipahi-küffar doqquz yüz əlli mübariz və ləşkəri-İslam üç yüz
Fəsli-əvvəl: Şəhadəti-Hürr və bəzi şühədaÇün müttəfiqi-əleyhi-ərbabi-’üqul və mö’təqidi-əshabi-qəbul oldur ki, ədlümuri-mütəvəssiti-mütəsaviut-tərəfeyndən ibarətdür və cövr ifratü təfritdən bir
Стихи других поэтов · О судьбе
خمار آن بهار شوخ و شهر آشوب شمرانم
Mənə qalanKimi yerdən qaldırdımsaDurub məni yerə vurdu.
Həmişə yari-bimehri rəqibə mehriban gördümHəmişə yari-bimehri rəqibə mehriban gördüm,Vəfa tərkin qılıb, zülmü gözəllərdə əyan gördüm.
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.