زبان خوشست که توحید حق کند به بیاناگر چنان نبود در دهان مباد زبان

زهی مکون کامل که هست در کونینرقم کشیدهٔ او نقش کایناً ما کان

کمال صنع قدیمش خجسته دهقانی‌ستکه در حدیقه تن کرده جاری آب روان

فضای قدرت بی‌علتش چو دریایی‌ستکه چشم عقل در او زورقی‌ست سرگردان

هزار تحفه صلوات بر روان کسیکه برگزیدهٔ آن حضرتست از انسان

نبی امی مکی محمد قرشیملاذ نوع بشر مقتدای خلق جهان

بس است در صفت ذات او همین تعریفکه هست به نعم او حضرت شه مردان

ولیّ والی والا علیّ عادل دلنظام دور فلک ناظم زمین و زمان

شه سریر سلونی امام انس و ملککه وصف او چو صفات خداست بی‌ برهان

کنون روایتی از معجزات او بشنوکه تازه می‌شود از استماع او دل و جان

روایتست که چون آن امام کافی رایشد از مدینه برون کوفه را گرفت مکان

ز هر دیار نهادند روی جانب اوبه درد خویش ازو یافتند همه درمان

میان مردم بصره در آن زمان بودندمحب و معتقد شاه اولیا دل و جان

دو نورسید کامل دو نطفهٔ طاهردو مخلص متشرع دو طالب ایمان

به اصل هردو برادر دو گوهر از یک بحربه فصل هردو برآورده گل ز یک بستان

به عزم دولت پابوس آن سر آمد دهرشدند جانب کوفه ز شهر بصره روان

قضا رسید در اثنای ره ز رنج سفرتن برادر مه را نماند تاب و توان

بدان رسید که جان از تن فسرده اوبرون رود چو خدنگی که بگذرد کمان

گشود لب به برادر وصیتی فرمودکه ای مراد دل و کام دیده نگران

دو غنچه بودیم از گلبن وفا زده سرامید بود که خواهیم شد گل خندان

تو بهر تحفه درگاه شاه باقی باشکه ناشکوفه بهار مرا رسیده خزان

دو لعل بودیم در رنگ خود به مرتبهسوی خزانه شاهی نهاده روی از کان

ز سنگ حادثه بر من چنین شکست رسیدتو بهر هدیه آن گنج مستدام بمان

ولی وصیتم اینست بر تو ای همزادکه چون رسی تو به درگاه خواجهٔ سلمان

مرا ز گوشه خاطر بسی فرو مگذارنیاز من بگذار و سلام من برسان

مشو ز لوح دل خویش نقش نام مراحکایت من گم‌گشته پیش او برخوان

بگو که ای شه فرخنده‌رای فرخ‌رخبه خاک آروزی درگه تو برد فلان

به یاد خاک درت داد زندگی بر بادچنانکه بود به یاد تو زنده مرده بان

بمرد و آرزوی دیدن تو در جانشبرفت و جان و دلش سوی وصل تو نگران

هنوز درد دل خود نکرده بود تمامکه کرد مرغ روانش ز دام تن طیران

همای اوج وفا بود کرد پروازیز دشت محنت غم سوی روضه رضوان

چو شد برادر مهتر اسیر دام اجلدل برادر کهتر بسوخت در هجران

بسی ز گردش ایام برفشاند سرشکبسی ز بی کسی هجر برکشیده فغان

ز هول غربت و رنج ره و مهابت مرگجوان سوخته مانده بود بس خیران

که شرط دفن برادر چه سان به جای آردچگونه گنج جهان را کند به خاک نهان

که ناگه از طرفی طرفه راکبی چون خضررسید تیزتر از آب چشمه حیوان

خجسته ناقه‌سواری که پای ناقه اوبه قطع بادیه فیض داشت طی مکان

هزار صالح و ویس قرن نهاده جبینز پای ناقه او هرکجا که مانده نشان

نقاب بسته به رخ لیک از مهابت اودر آسمان شده خورشید ذره‌سان لرزان

زبان گشوده به او از خوبی لفظ فصیحچه گفت گفت ای رنج دیده دوران

مرو مرو ز خود از غایت غم و اندوهبیا بیا ز من این لوح پاک را بستان

دمی بدار به پیش دماغ مردهٔ خودکه از روایح آن مرده تو یابد جان

جوان به موجب فرموده لوح را بستدبداشت پیش دماغ جوان مرده روان

جوان مرده ازان لوح یافت فیض حیاتز جای جست به نوعی که کس ز خواب گران

چو در برادر مهتر برادر کهترحیات دید بشد غرق بحر ذوق چنان

که رفت از سر او هوش و بی‌خبر افتادبه روی خاک به سان سرشک خود غلتان

غریب واقعه دست داده در یکدمکه مرد زنده و از مرگ یافت مرده امان

چو هردو چشم گشودند بعد از آن احوالز لوح و ناقه و ناقه نشین نبود نشان

جوان حقیقت احوال با برادر گفتز مردن از اثر لوح و شخص فیض رسان

دمی به حیرت آن واقعه فرو رفتندکه این نتیجه خوابست یا خیال گمان

زدند بار تحیر کنان قدم در رهبه شهر کوفه رسیدند خرم و خندان

قدم به مسجد کوفه نهاده با صد ذوقبه روی شاه گشودند چشم اشک‌فشان

خوشا کسی که پی آرزوی بی‌ غایتخوشا کسی که بس از اشتیاق بی‌ پایان

به روی دوست گشاید به کام دل دیدهکند مطالعه صفحه رخ جانان

امام انس و ملایک علی بو طالبپس از نمودن رسم نوازش و احسان

خبر ز کیفیت سرگذشت ره پرسیدغرض که راه نهان را کند به خلق عیان

رموز مردن و آن لوح و شخص ناقه‌نشینحدیث یافتن درد و دیدن درمان

چو از برادر کهتر همه به عرض رسیدامیر جمله مردان علی عالی‌شان

میان خلق بدان نوجوان چنین فرمودکه ای نموده خدا مشکل ترا آسان

گرت فتد به همان چشم بار دگرشناختی بتوانی ز غایت عرفان

جواب داد که بالله تصور آن لوحمراست نقش پذیرفته بر صحیفه جان

بگو چسان نشناسم خجسته لوحی راکه داده است مرا از غم زمانه امان

روان ز جیب همان لوح را برون آوردامین تخت نجف سرو سایه سبحان

جوان چو دید همان طرفه لوح را بشناختبه خاک پای شه افتاد اضطراب‌کنان

که یا امام زمان اعتقاد ماست درستتویی که هست صفات تو برتر از امکان

بجز تو کیست که هم حاضرست و هم غایببجز تو کیست که هم سرورست هم سلطان

تویی که روح رسول الهی سر خداتویی که اصل حدیثی و معنی قرآن

معاون دم جان‌بخش عیسی مریممقوی ید بیضای موسی عمران

خداست مظهر علم تو و تو مظهر اوترا چگونه جدا از خدا کند نادان

روایت است که بسیار کس به آن معجزز جام صدق کشیدند شربت ایمان

علی‌ست آن که جهان را همه مسلمان ساختبه ضرب تیغ و به تأثیر حجت برهان

علی‌ست آن که دل دیدهٔ محبانشمنزه است ز خبث و شرارت شیطان

دلا ز سر بگذر در ره وفای علیکه مردنست درین ره حیات جاویدان

هزار شکر که از جان و دل فضولی زارهمیشه هست علی را کمین مناقب خوان

نهاده روی به درگاه آل پیغمبرگرفته خوی به نفرین آل بومروان

امید هست که تا هست گردش گردونامید هست که تا هست گنبد گردان

همیشه از کرم مرتضی شود ممدودظلال سلطنت و جاه پادشاه زمان

Dil yaxşıdır ki, Allahın birliyini söyləsin,Əgər elə olmasa, ağızda dil olmasa yeydir.

Eşq olsun o kamil yaradana ki, iki aləm də,Onun cızmış olduğu kainatın əbədi naxışıdır.

Əzəli sənətinin kamalı şanlı bir əkinçidir Ki, bədən tarlasında ruhum suyunu axıtmışdır.Illətsiz qüdrətinin fəzası bir dəniz kimidir Ki, ağıl gözü o dəryada sərgərdan bir qayıqdır.

O şəxsin ruhuna min səlavat olsun.Ki, İnsanlar içindən o həzrətin seçilmişidir.

Nəbiyyi-ümmi, Məkki, Məhəmmədi-Qurəşi,Bəşər növünün pənahı, dünya xalqlarının başçısı.

Onun zatı sifətinin tərifində bu yetər Ki, onun damadı həzrəti-şahi-mərdan (Əli)dır.Vəli,valı, vala, adil ürəkli Əli,

Dövri-fələyin nizamı,Yeri və zamanı nəzmə salan.Səltənət təxtinin şahı, İnsan və mələk imamı Ki, onun vəsfi, sözsüz, Allahın sifətləri kimidir.

Indi onun möcüzələrindən bir rəvayət eşit Ki, onu eşitməklə könül və can təzələnir.Deyirlər ki, o rəyi kafi olan imam elə ki,

Mədinədən çıxıb Kufədə sakin oldu,Hər bir diyardan ona sarı axışdılar,

Öz dərdlərinə hamı ondan dərman tapdı..O zaman Bəsrə xalqı arasında var idi,

Övliya şahını canu dildən sevən və etiqad bəsləyən.İki yetkin cavan, iki pak nəsil,

İki xalis müsalman, iki inam axtaran.Hər iki qardaş əslində bir dənizdən iki inci,

Hər iki qardaş bir mövsümdə bir bostanda açılmış çiçək.O dünya sərvərinin ayağını öpmək şərəfinə nail olmaq niyyətilə.

Bəsrə şəhərindən Kufəyə sarı yollandılar.Qəzadan yol əsnasında səfərin ağrısından Böyük qardaşın canında tabü təvan qalmadı.

Oraya çatdı ki, az qaldı onun yorğun bədənindən Yaydan ox çıxan kimi canı çıxsın.Ağzını açıb qardaşına bir vəsiyyət elədi:

Ey könlümün muradı və nigaran gözümün istəyi!Vəfa fidanindən baş qaldırmış ilk qönçə idik,

Ümid var idi ki, xəndan gül olacağıq.Sən şahın dərgahına töhfə üçün yaşa,

Mənim açılmış şükufəmin baharı xəzan oldu.Iki özünə görə rəngi olan ləl idik,

Şahın xəzinəsinə sarı mədəndən yollanmışdıq.Hadisələr daşı mənə dəyib, beləcə sındırdı,

Sən o xəzinəyə hədiyyə olmaq üçün daim yaşa.Lakin vəsiyyətim budur ki, ey qarındaşım.

Sən Səlmanın ağası dərgahına çatdıqda,Məni unudub könlündən çıxarma.

Mənim niyazımı çatdırıb, salamımı söylə.Könlünün lövhəsindən adımın naxışını silmə,

Onun yanında mən itkinin macərasını söylə.De ki, ey şanlı fikirli və mübarək simalı.

Filan adam sənin dərgahının torpağı arzusunda idi,Qapının torpağı yadı ilə həyatını badə verdi.

Səni yad etməklə yaşadığı kimi, yadınla da öldü.Öldü, səni görmək arzusu canında qaldı.

Getdi, canı və könlü sənə çatmağa nigarandır,Hələ ürək dərdini söyləyib qurtarmamış,

Ruhunun quşu bədənimdən uçub getdi.Vəfa zirvəsinin hüma quşu idi, pərvaz edib,

Qəm-qüssə səhrasından behişt bağına yönəldi.Böyük qardaşın ürəyi hicranda yandı.

Dövranın belə dolanmasına göz yaşı axıtdı,Hicranın yalqızlığından sızladı.

Qürbət qəmi, yolun əziyyəti, ölüm vahiməsi Cavanı çulğalayıb heyran qoymuşdu.Qardaşını necə dəfn etməyi düşünürdü,

Dünya xəzinəsini necə torpağa tapşıra idi.Birdən Xızır kimi bir atlı bir yandan Abi-həyat bulağından daha iti yerişlə çatdı.

Dəvəyə minmiş mübarək bir kəs ki, onun dəvəsinin ayağı,Feyz çölündən keçmək üçün hərəkətdə idi.

Onun dəvəsinin ayağından iz qalan hər yerə Min Saleh və Veysi-Qərən alnını qoymuşdu.Üzünə niqab salmışdı, lakin onun heybətindən Göydə günəş zərrə kimi titrəyirdi.

Dil açıb ona fəsahətlə ləfz ilə Nə dedi, dedi ki, ey dövrandan əzab çəkmiş,Qəm-qüssənin şiddətindən huşunu itirmə.

Gəl, gəl bu pak lövhü məndən al,Bir an öz ölünün burnuna tut ki,

Onun rayihəsindən sənin ölün cana gələr.Cavan, buyurduğu kimi lövhü aldı,

Ölmüş cavanın tez burnuna tutdu.Ölmüş cavan o lövhdən həyat feyzi tapdı,

Ağır yuxudan oyanan adam kimi yerindən qalxdı.Böyük qardaşda kiçik qardaş elə ki,

Həyat gördü, sevinc dəryasında elə qərq oldu ki,Huşunu itirib, özündən xəbərsiz düşdü.

Torpaq üzərində özünün göz yaşı kimi gilləndi.Bircə anda qəribə hadisə baş verdi,

Diri öldü, ölü nəcat tapıb dirildi.O əhvaldan sonra ikisi də gözlərin açdıqda Lövhədən, dəvədən, dəvə minəndən iz-əsər yox idi.

Cavan hal-qəziyyəni qardaşına söylədi:Onun ölməsindən, lövhün əsərindən, kəramətli şəxsdən.

Bir anlığa o hadisənin heyranı oldular,Görəsən bu uyğunun nəticəsi idi, ya xəyalın və gümanın.

Heyrət içində yenə də yola düşdülər,Şənlik və şadlıqla Kufə şəhərinə çatdılar.

Yüz şövq ilə Kufə məscidinə qədəm qoydular,Göz yaşı axıda-axıda şahın üzünə göz açdılar.

O adamın xoş halına ki, hədsiz intizardan sonra,O adamın xoş halına ki, sonsuz arzudan sonra,

Gözünü ürəyi istədiyi dostunun üzünə aça,Cananın üzünün səhifəsini mütaliə edə.

İnsan və mələklər imamı Əli Əbu Talıb,Nəvaziş edib, ehsan rəsmini yerinə yetirib Yolun sərgüzəşti keyfiyyətindən xəbər aldı.

Qərəzi bu idi ki, gizli yolu xalqa göstərsin.Cavanın ölümü, o lövh və dəvəyə minmiş şəxs,

Dərdə düçar olub dərman tapmaq hadisəsi Elə ki, kiçik qardaş tərəfindən danışıldı,Bütün kişilərin əmiri şanı-yüksək Əli,

Xalqın arasında o yeniyetməyə belə buyurdu;Ki, ey müşkülü Allah tərəfindən asan olan,

Əgər bir daha o lövhü görsən,Arifcəsinə tanıya bilərsən?

Gavab verdi ki, billah, o lövhün təsəvvürü Mənim can səhifəmdə nəqş bağlayıbdır.De necə elə bir mübarək lövhü tanımayım ki,

Zəmanə qəmindən məni xilas etmişdir.Nəcəf təxtinin əmini, pak sərvin kölgəsi Cibindən haman lövhü cəld çıxartdı.

Cavan o qəribə lövhü görcək tanıdı,Şahın ayağının torpağına düşüb həyəcanla dedi:

Ya imami-zaman bizim etiqadımız dürüstdür.O sənsən ki, sifatın imkandan üstündür.

Səndən başqa kimdir ki, həm hazırdır, həm qayib,Səndən başqa kimdir ki, həm sərvərdir, həm sultan,

Allahın Rəsulunun ruhu, tanrının sirri sənsən,Hədisin əsli və Quranın mənası sənsən.

İsiyi-Məryəmin ruh bağışlayan nəfəsinin yardımçısı,Musiyi-Imranın işıq saçan əlinə güc verən.

Sənin elminin məzhəri Allahdır və sən də onun məzhəri,Səni nadan adam Allahdan necə ayıra bilər?

Rəvayətdir ki, o möcüzdən çoxlu adam,Sidq ilə iman şərbəti camını içdilər.

Əlidir ki, bütün dünyanı müsəlman etdi,Qılınc zərbəsi və dəlil-sübut təsiri ilə.

Əlidir ki, onu sevənlərin könlü və gözü Hər cür xəbislik, pislik və şeytanlıqdan uzaqdır.Ey könül, Əlinin vəfası yolunda başdan keç,

Çünki bu yolda ölmək əbədi həyatdır.Min şükür ki, yazıq Füzuli canla, könüllə Həmişə Əlinin aciz mənqəbəxanıdır.

Üzünü Peyğəmbər övladının dərgahına qoyub,Mərvan övladına lənət deməyə adət edibdir.

Ümid var ki, dolanan günbəz durduqca,Ümid var ki, dövran gərdişi davam edincə,

Zamanın padşahının cahü cəlalı kölgəsi,Həmişə Murtəza kərəmi sayəsində bərqərar olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные