منم افتاده چو پرگار به سرگردانی
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
منم افتاده چو پرگار به سرگردانیمتصل از حرکات فلک چوگانی
گاه در وادی ادبار ز بیاقبالیگاه در بادیهٔ فقر ز بی سامانی
گاه در کوی بلا با عَلَمِ رسواییگاه در گوشهٔ محنت به غم تنهایی
بخت را با الم سابقهٔ بد، عهدیستچرخ را با دلم اندیشهٔ نافرمانی
دیده در گریه چو ابرست مرا، در غلطمابر را نیست چو چشم تر من گریانی
مردم دیدهٔ من خون جگر خورده بسیکه سرآمد شده در عالم اشکافشانی
مدتی بهر یقین در پی کسب عرفانعمر کردم تلف از غایت بیعرفانی
چون گشودم به یقین دیدهٔ عرفان دیدمکاین متاعیست که دارد همه جا ارزانی
باقی عمر بر اینم که کنم بهر معاشعمر صرفِ تلف معرفت نادانی
ذاتی قدس مرا مرتبه و منزل بودبیشتر از ملکی، پیشتر از انسانی
حالیا از اثر تیرهدلان رتبهٔ منبست بستر ز جمادی شدهٔ حیوانی
طوطی طبع مرا گرچه به هنگام سخنبود در طرز ادا کیفیت روحانی
دور از فهم خسیسان شده نزدیک درانکه شود مضحکه چون لهجه هندُستانی
آه اگر باشدم از مبدا تقدیر رقمخسر الدنیا والآخره در پیشانی
تَرک دنیی جهت راحت عقبی کردمنیست پیدا که میسر شود آن هم یا نی؟
مدد از علم و عمل میطلبیدم عمریگر شوم مستحق مرحمت ربّانی
علمم افسوس که جز شیوهٔ تزویر نشدعملم نیز سوا وسوسهٔ شیطانی
به امیدی عمل و علم نماند آن املمکه کشم رخت به سرمنزل بیعصیانی
دارم امید که بی علم و عمل حبّ علیگیردم دست درین وادی سرگردانی
آن امام همه کز روی رضا طاعت اوهم بر انسی متنحّم شده، هم بر جانی
رای او رافع رایات جهانآرایستشان او منزل آیات عظیم الشانی
نفرت از طاعتش انکار به فرمان خداستانحراف از رهش اقرار به بیایمانی
حکمت از دوستیَش کرده اساس خلقتکه بدان بنیه دگر رو ننهد ویرانی
اهل حکمت به همین واسطه دعوی دارندکه جهان قابل آن نیست که گردد فانی
گر نباشد جهت قوّت ارکان وجوددر کف رغبت او رشتهٔ عالمبانی
هست ممکن که به یک حادثه از هم ایزدخلق را خوانده عموما ز پی مهمانی
میزان کرم او به سر خوان بهشتبنیه شمس جهتی طرح چهار ارکانی
عزم این عالمیان را سوی آن عالم نیستجز صلای سر خوان کرم او بانی
یافت از پرتو صیت صفتش در بغدادانطفا نایره شهره نوشروانی
آری آنجا که برآید سخن از شیر خداچه سگ است آنکه زند دم ز سگ سلمانی
ای شهنشاه قضارای قَدَر قَدْر که هستدرک را دانش تو دایرهٔ حیرانی
در مجالی که کشد موکب اوصاف تو صفوهم را وسعت آن کو که کند میدانی
برتر از بندگیَت مرتبهٔ ممکن نیستبه خدا بندگیت هست به از سلطانی
گر به کیوان رسد از دور به تدریج خللمیرسد هندوی هندوی ترا کیوانی
ور برد حکم قضا شیر فلک را از جامیتوانی که به جایش سگ خود بنشانی
کان کفا! بحر دلا! هست ز یُمن مدحتسخنم به ز دُر بحری و لعل کانی
خواهم از بخت که هم صرف نثار تو شوددُرّ و لعلی که به من داشتهای ارزانی
در عراق عرب امروز منم سلمان رابه صفای سخن و حسن فصاحت ثانی
گرچه در لطف ادا رتبهٔ سلمانم نیستقطرهای را نبود حوصلهٔ عمانی
لیک سلمان همهٔ عمر تلف کرد حیاتدر ثنای نسب فرقه چنگز خانی
من کمین مادح و منسوب به اهل البیتمکار من نیست به جز مدح و مناقبخوانی
به همین محرمی ارباب فراست دانندکه کرا می رسد ار دم زند از سلمانی
دارم امید که تا هست به گلزار سخنبلبل ناطقه را فرصت خوشالحانی
فضل مدّاحی اولاد نبی را دایمدارد ایزد به فضولیِ حزین ارزانی
Məni bir halə salıb ki, fələki-kəcrəftar,
Gəzərəm aləmi sərgəştə misali-pərgar.
Gah səhrayi-səfalətdə qalan bir bədbəxt,
Gah fəqirlik çölünün sakiniyəm bikəsü xar.
Gah bəla kuyini məskən edib, oldum rüsvay,
Gah gizli qəmim etdi məni min dərdə düçar.
Bəxti amalım ilə başladı bədəhdiliyə,
Könlümün istəyinə baxmadı çərxi-qəddar.
Oxşadarsan buluda gözlərimi, doğru deyil,
Ola bilməz bulud olsun bu gözüm tək ağlar.
Bəs ki, içmiş ciyərim qanını göz mərdüməkin,
Qanlı göz yaşı edər çöhrəmə hər ləhzə nisar.
Həqqi tə’yin üçün qılmağa kəsbi-irfan,
Bir zaman ömrümü bihudə itirdim məni-zar.
Mə’rifətlə baxaraq həqqi görüncə bildim
Ki, ucuz əmtiədir, elmə tapılmaz bazar.
Istərəm sərvətü miknət arayım aləmdə,
Sırf nadanlığa sərf eyləyim ömrüm nə ki var.
Pak zatım nə qədər yüksək idi dünyadən,
Nə mələkdə, nə bəşərdə var idi məncə vüqar.
Indi heyvanla cəmadatidən əskik oldum,
Saldı bu halə məni qəlbi qara insanlar.
Hər sözümdə var idi fəlsəfeyi-ruhani,
Tutiyi-təb’imə məxsus idi şirin göftar.
Az qalıbdır sözümü anlamayan nakəslər,
Hindlilər ləhcəsi tək məzhəkəyə qoysunlar.
Axirət xatirinə tərk elədim dünyanı,
O da mümkünmü və ya yox? Məni bu fikr yorar.
Ah, bəlkə mənə təqdir əzəldən yazmış,
Həm bu dünya, həm o dünyada olam bimiqdar.
Bir ömür elmü-əməl damənini tutdum kim,
Xaliq öz mərhəmətini mənə qılsın izhar.
Elmim əfsus ki, təzvirə səbəb oldu mənim,
Şeytanın vəsvəsəsindən əməlim vermədi bar.
Yox ümidim ki, mənə elmi əməl yar olacaq,
Qarşısında məni həqq saymayacaq üsyankar.
Var ümidim ki, Əli eşqi əlimdən tutaraq,
Olacaq elmü əməlsiz məni-avarəyə yar.
O imami ki, olub taəti xəlqə vacib,
Inslə cin yaranmış ol şəhə xidmətkar.
Şahlığın bayrağını rə’yi ilə yüksəltmiş,
Yə’ni şə’ni ucalıq rəmzini qılmış izhar.
Taətindən qaçan Allahına olmuş asi,
Yolunu izləməyən küfrünə etmiş iqrar.
Xilqətə hikmət əsas etdi onun dostluğunu,
O əsasın üzərində bu cəhan tutdu qərar.
Hikmət əhli bu səbəbdən də bu gün heyrandır
Ki, fənasinə cəhanın necə etsin iqrar.
Varlığın rişteyi-təhkimi bir an içrə belə,
O şəhin qüdrət əlindən əgər olsaydı kənar,
Üz verərdi elə bir hadisə kim, qalmaz idi,
Dörd əsas rüknilə bu altı cəhətdən asar.
Döşəmişdir ol kərəm süfrəsini cənnətdə,
Xəlqi də’vət edər öz süfrəsinə şamü nəhar.
Bu cəhan əhli o dünyayə səfər etməz idi,
Etməsəydi o kərəm süfrəsinə meyl izhar.
Söndü şöhrət odu Bağdadda Ənuşirəvanın,
Şöhrəti aləmə səs saldı Əlinin təkrar.
Allahın şirinin ismi çəkilən bir yerdə,
Hansı itdir aça Sasani itindən göftar?
Vəsfinin ləşkəri səf çəksə bütün aləmdə,
Vəhm təslim olar, hiss edərək ərsəni dar.
Ey qəza rə’yü qədər-qədrli sultan ki, sənin,
Elmün idraki təhəyyürdə qoyub dairəvar.
Bizə yüksək şərəf olmuş sənə qul olmağımız,
Qulluğun, səltənətin rütbəsini etmiş xar.
Yetsə tədric ilə Keyvanə xələl, bil ki, sənin
Qulunun bir qulu Keyvanə bərabər tutular.
Gər qəza hökmü fələk şirini məhv etsə, sənin
Bir itin şir əvəzində olacaq çərxə səvar.
Ey əli kan, ürəyi bəhr, sənin mədhində
Hər sözüm lə’li-Bədəxşan idi, dürri-şəhvar.
Bu qədər incini, lə’li mənə sən vermişsən,
Yolunda sərf edərəm mən gər ola bəxtim yar,
Hüsni-göftaridə mən varisiyəm Səlmanın,
Hüsnü-şe’rimdə Iraqi-ərəb olmuş gülzar.
Yoxsa Səlman qədər lütfi-əda məndə əgər,
Qətrə ümman ilə bəhs etsə olar bimiqdar.
Çünki ömrü uzunu firqeyi-Çingiz xani
Vəsfi Səlman özünə qıldı bu dünyadə şüar.
Əhli-beytin olaraq mən də kiçik məddahi,
Mədhdir, mənqəbədir yazdığım hər bir əş’ar.
Bu işə məhrəm olan əhli-fərasət söylər,
Kimə səlmanlıq ilə fəxr eləmək həqqi çatar.
Var ümidim nə qədər bülbüli-xoş əlhanın
Fürsəti var edə söz baği ara vəsfi-bahar.
Bu Füzulini xuda Ali-əba mədhində
Qılsın öz fəzli ilə təb’i rəvan, xoş göftar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qeside-48
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
AriflərEşqin şərabından bir qətrə içən,Əlbəttə, od tutub yanar, ariflər!
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
سخت به حالم ز تو من، ای مدد حال بیافال به نام تو زدم، ای تو مرا فال بیا