Həmişə dustum oldur, derəm ki, mal verib,

Qılır təbiətimi bəsteyi-əlaqeyi-mal.

İbadəti-həqü kəsbi-ülum içün mütləq,

Qomaz mülahizeyi-zəbti-mal məndə məcal,

Müdam düşmən ona söylərəm ki, malım alıb,

Mənə müyəssər edər ne’məti-fərağəti-hal.

Hüzuri-qəlb verər rövnəqi-ibadəti-həq,

Fəraği-xatir olur mucibi-hüsuli-kəmal.

Fəğan ki, dustumu düşmənimdən etmən fərq,

Kəmali-cəhl ilə ovqat sərf olur məhü sal.

Bu cəhl ilə özümü əhli-mə’rifət sanıram,

Zəhi təsəvvüri-batil, zəhi xəyali-məhal!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов