Nizami Gəncəvi

Hər kişi İsa kimi bəxş etsə can,Aləmə ədl ilə olur hökmran.Zülm ilə qabilmi cahanbanlıq?..Bulmaq olar ədl ilə sultanlıq.Ədli-rəsul ilə dili şad qıl,Ölkəni insaf ilə abad qıl.Məmləkət ədl ilə olur paydar,Hər əməl ədl ilə qalır bərqərar.Ovlayaraq həzrəti-Nuşirəvan, –Düşdü uzaq kövkəbəsindən haman.Munisi-şahanəsi ancaq vəzir,Başqası yox, xah cavan, xah pir.Rast gəlib bunlara bir nahiyə,Bənzər idi məzbəli-viranəyə.Oldu musadif nəzəri-şəhriyar –Nahiyədə qəryeyi-viranəzar.Qəlbi-ədu misli pərişan idi,Fikri-səfihan kimi viran idi.Gördü iki bayquşu ol lanədə,Ötüşürlər idi şu viranədə.Gördü onu, söylədi Nuşirəvan:“– Eylə bunu şərh, əya nüktədan.Bu iki quşcuqda nədir nalələr?Şərhü bəyan eylə, mənə ver xəbər...”

Vəzir:Zati-vəziraneyi-rövşənxəyalƏmri-şəhənşahə edib imtisal, –Söylədi düsturi-maarifşüar:“– Müntəbeh ol, ey məliki-ruzgar,Same'eyi-ibrətini aç, şəha!Sanma ki, bihudə edirlər nəva!Quşcuğazın biri tələbkardır,Digəri bir mədəri-dildardır.Mədəri-düxtər deyir: Ey xoşnəva!Çənd xərabə olacaq südbəha?Xahiş edirsən düri-yekdanəmi,Şirbəha bircə bu viranəmi?Talibi-düxtər deyir: Ey xeyrəsər!Qəm yemə, zülmi-şəhə qıl bir nəzər.Çox çəkəməz sayeyi-şahanədə –Bəxş edərəm min belə virane də!..”Oldu bu sözdən mütəəssir məlik,Ah çəkib, tökdü gözündən sirişk.Vurdu əlin başına Nuşirəvan.İştə budur meyveyi-zülm, ey cavan!..”Dişlədi həsrətlə əlin padşah,Bax sitəmə, quşlara çatmışdır, ah!Bu işi gördükdə Ənuşirəvan –Tərki-şikar etdi o rövşənrəvan.Şəhrə gəlib, başladı dad etməyə,Qəlbi-rəayasını şad etməyə.Bəst qılıb süfreyi-ədlü aman,Məmləkəti eylədi baği-cinan.Məhv eləyib zülm binasın o zat,Aləmə bəxş etdi gözəl bir həyat.Vasili-rəhmət o şahi-ərcumənd –Oldu. Olarmı o ədalətpəsənd?Ədlü müsavatla sultandır,“Adil” ünvanına şayandır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные