Страница 2 из 2 · 50%

Erməni. Allah səni öz pənahında saxlasın. Tavahqa eləyirəm zəhmət çəkib yoldaşlarınla mənim ğızımın toyuna gələsən.

Bədəl. Yox toya gələ bilmərik. Ancaq hər kəs səndən soruşsa ki, bu bir belə pulu sənə kim verdi, deginən Allahqulu oğlu Bədəl.

Erməni. Başığa dönüm, o Bədəl deyilən sənsən? Bəs səni bir yaman ğaniçən adam söyləyirlər?

Bədəl. Qan içdiyimi gördün. Di get, nağıl elə.

Erməni. Muraxas olum.

Bədəl. Xoş gəldin.

Er məni (gedə-gedə). Hər bazar günü sağa dua eləyəcəyəm.

Bədəl. Get, nə qədər kefİndir dua elə.

Erməni gedir. Abdulla xan iki nəfərlə daxil olur.

Abdullaxan. Bədəl sənsənmi?

Bədəl. Bəli, mənəm. Mənə görə qulluğun nədir, xan?

Abdullaxan. Xahiş edirəm burada səndən və məndən başqa adam qalmasın.

Bədəl (yoldaşlarına). Kənara çəkilin.

Hamı gedir.

Abdullaxan (adamlarına). Siz də gedin, o yanda məni gözləyin. (Adamlar gedirlər, Bədələ) İmdi əyləş söhbət eləyək.

Hər ikisi daş üstündə əyləşirlər.

Abdullaxan. Bilirsənmi mən sənin yanına niyə gəlmişəm?

Bədəl. Buyur xan.

Abdullaxan. Buraya gəlməkdən qəsdim, səndən özümə kömək istəməkdir.

Bədəl. Xan, mən bir balaca adamam. Beş-on yoldaşla sənə nə kömək verə bilərəm?

Abdullaxan. Sənin igidliyin hər yerdə söylənir. Pərviz xanın əlindən rəiyyəti cana doyub. Hər dəqiqə onun üstünə hücuma hazırdırlar. Ancaq başbilənləri yoxdur. Sənin kimi bir igid onların qabağına düşsə, hamısı onun dalınca gedərlər. Odur ki, sənin mənə çox köməyin dəyə bilər. Mənim beş yüzdən ziyada atlım var. Hamısının da sərkərdəliyini sənə verərəm. Sənin ürəyin Pərviz xandan dağlanıb. Mən də gərək onun həftad püştünə od vuram.

Bədəl. Sizin aranızda, ədavət olduğunu mən eşitməmişəm.

Abdullaxan. Üç il bundan qabaq o mənə bir yara vurub, hələ də sağalmır.

Bədəl. Necə yara?

Abdullaxan. Bu əhvalatı hamı bilir. Mən Abdulla xan olam, hamı bəylərin, xanların yanında mənim hörmətim olsun, amma Pərviz xan mənim köpəyimi öz köpəyinə boğdursun? Mən bu binamusluğu heç vaxt yeyə bilmərəm.

Bədəl. Ay xan, iti boğulmaq nə böyük işdir?

Abdullaxan. Sən bilmirsən, oğul. Biz xanların arasında adamın ya iti boğuldu, ya özü, heç təfavütü yoxdur. Mən gərək Pərviz xanın özünü it kimi boğam.

Bədəl. Xan, sənin bu təklifin ürəkdəndir, ya dildən?

Abdullaxan. Abdulla xan yalan danışmaz. Mən sənə xalis ürək sözümü dedim. Əlini mənə ver. Sən mənə köməkçi, mən də sənə.

Bədəl (bir az fikir edib). Al, bu da mənim əlim. Hazıram.

Abdullaxan. Mən gedirəm, hər hazırlığımdan hər vaxt səni xəbərdar edəcəyəm.

Bə dəl. Çox gözəl, etibar elədiyin adamlardan bir neçəsini dilənçi, ya çərçi sifəti ilə sal Pərviz xanın kəndlərinə, camaatı hazırlasınlar.

Abdullaxan. Gözəl məsləhətdir, elərəm. Salamat qal. (Əl verir.)

Bə dəl. Xoş gəldin, xan. Yaxşı olardı, əyləşəydin bir quzu kəsdirəydim.

Abdullaxan. Çox sağ ol. Sənin mənimlə birləşməyin özü bir böyük qonaqlıqdır. (Gedir.)

Bədəl (onu ötürüb qayıdır). Yoldaşlar, buraya yığılın. (Yoldaşları

cəm olurlar.) Qardaşlar, az keçər ki, hamımız yenə evlərimizə qayıdıb

kasıbçılığımızla məşğul olarıq.

Şirin. Yoxsa, Pərviz xan bizim taqsırımızdan keçib və Abdulla xanı da buraya təvəqqe üçün göndərib?

Bədəl. Yox, Abdulla xan bizimlə bir yerdə onun üstünə gedəcək.

Şirin. İnanma, Bədəl. Adam xana inanmaz. Xan xanın ayağını basmaz. Axırda yenə hər nə toxunsa bizə toxunacaq.

Bədəl. Yox, elə deyil. Bizim birimizin bacısını çəkiblər, birimizin qızını çəkiblər. Kiminin atasını öldürüblər, kiminin oğlunu atasının gözünün qabağında satıblar. Bunlar çox böyük zülmdür. Amma Abdulla xana dəyən zülm bunların hamısından yamandır.

Yoldaşlar. Nə zülm? Nə zülm?

Bədəl. Pərviz xanın köpəyi Abdulla xanın köpəyini boğubdur.

Yoldaşlar gülüşürlər.

Şirin. Doğrudan da böyük zülmdür. Xanın iti boğula, hayfını çıxmaya? Onda gərək xanlığından əl çəksin.

Bədəl. Həqiqət, zarafata salmayın, yoldaşlar, xan iti boğulmaq böyük işdir.

Səfi və bir nəfər yoldaşı Mirzə İsmayılla Rəcəb kəndxudanı qolu
bağlı gətirirlər.

Bədəl. Bəh!.. Bəh!.. Nə gözəl qonaqlarımız gəlirlər! Bu böyüklükdə qurbanları hardan ovladınız?

Səfi. Doğrusu, axır günlərdə biz sənin üzünə baxa bilmirik. Səni bikef gördükcə ürəyimiz qana dönürdü. Axır fikirləşdik ki, gedib buna bir yaxşı peşkəş gətirək, bəlkə kefi açıla. Gecə, xəlvət gedib girdik kəndə. Uşaqlardan bir neçə nəfər götürüb, gedib Mirzə İsmayılın yatdığı yerdə ağzını bərk bağlayıb, evindən çıxarıb çəkdik xanlıq dəyirmana. Orada qoyub, getdik Rəcəb kəndxudanın üstünə. Birbaş girdik evinə, “kimsən” deyib, qalxan kimi iki tərəfdən tüfəngi dayadıq qabırğasına. Səsini orada kəsdi. Onu da apardıq dəyirmana. Orada hər ikisinin qollarını qıs-qıvraq bağlayıb gətirdik qulluğuna. Bundan sonra bunların ixtiyarı sənin əlindədir. Istərsən öldür, istərsən dirilt.

Bədəl. Çox razı oldum sizdən, qardaşlar. Belə qulluğa candan keçmək

deyərlər. Həqiqət, dəyərli peşkəş gətiribsiniz. (Mirzə İsmayıla) Mirzə İsmayıl! Əhvalın necədir, salamatsanmı?

Mirzə İsmayıl. Daha mən nə söyləyim, əhvalımın necə olduğunu görürsən.

Bədəl. Görürəm, yaxşı görürəm. Bəs bilmirdinmi ki, xan evində yediyin plovu bir gün burnundan tökərlər? Güman edirdin ki, həmişə xan qulluğunda qalıb, yeyib yatacaqsan?

Mirzə İsmayıl. Ay Bədəl xan...

Bədəl. Xan özünsən, hər bir quldura xan deməyə dilin öyrənib. Mənim atamı xana çuğullayıb, boğazından çəkdirəndə, bacımı sürüyüb xanın yatacaq otağına salanda mənə xan demirdin, İmdi nə olubdur?

Mirzə İsmayıl. Biz ata-babadan xan evində, xan qulluğunda, xan çörəyi ilə böyümüş adamlarıq. Sədaqətlə xanlara xidmət eləmək bizim vəzifəmiz olubdur. Başqa qulluğu nə görmüşük, nə də eşitmişik. Biz rəiyyəti xanın qapısında gəzən dördayaqlıdan ayırmamışıq. Bu taqsır da bizdə deyil. Bizə ata-babadan verilən tərbiyədir.

Bədəl. Bəli, sənin sözünü eşitdik. İmdi, Rəcəb kəndxuda, buyur görək sənin üzrün nədir? Bu kişi at-babadan, necə ki, söylədi, xan qulluğunda olub. Xana doğruluqla qulluq eləyir. Sən ki, ay yekəbaş heyvan, kəndli oğlusan, kənddə yeyib, içib böyümüsən, sənə nə düşübdü bu müftəxorlara qoşulub, rəiyyəti xanın ayağına verirdin? Kənddə qız qalmadı çəkib aparıb xana verməyəsən. Kəndin neçə igidlərini güdaza verdin. Tfu sənin sifətinə! İmdi özün de görüm, sənin cəzan nədir?

Rəcəbkəndxuda. Bədəl, əmioğlu, Qurbanın olum, bir qələtdir eləmişəm. Başımı daşın böyüyünə döymüşəm. Məni Allahqulu əminin goruna bağışla. Burada məni yanında saxla, sənə it kimi qulluq eləyin.

Bədəl. Sənin qulluğun mənə lazım deyil. (Yoldaşlarına) Çəkin bunu daşın dalına rahat eləyim.

Rəcəbkəndxuda (Bədəlin ayaqlarına yıxılır). Atam, anam sənə

Qurban, Bədəl. Mənim balalarımı yetim qoyma.

Bədəl. Sən özün az balalar yetim qoymayıbsan. Sürüyün bunu buradan! (Rəcəb kəndxudanı sürüyüb aparırlar.) Mirzə Ismayıl, İmdi sənin axır sözün nədir?

Mirzə İsmayıl. Mənim bir sözüm yoxdur. Mənim ixtiyarım sənin əlindədir. Öldürmək, ya bağışlamaq səninlədir. (İki güllə səsi gəlir.) Xahiş elərsən, sənin yanında qalıb, sədaqətlə xidmət elərəm. Sənə bir savadlı adam lazımdır... Rəcəb kənxudanı aparanlar qayıdırlar.

Bədəl. Necə oldu? Yoldaşlardan biri. Sağ-salamat göndərdik atababasının yanına.

Bədəl. Çox gözəl. (Mirzə İsmayıla) Biz öz başımızın çarəsini özümüz eləyəcəyik. Qarnı xanlıq aşpazxanasının qazmağı ilə dolu olanlardan bizə fayda çatmaz. (Yoldaşlarına) Uşaqlar, bunu da aparın Rəcəb kəndxudanın yanına. Bunları bir-birindən ayırmaq günahdır.

Mirzə İsmayılı aparırlar.

Qarovul. Yuxarıdan bir nəfər atlı, tərkində bir qız, çaparaq buraya gəlir.

Bədəl. Yəqin hər kəs isə, qız götürüb qaçıb, bizə pənahlanmağa gəlir, qoy gəlsin görək. (İki güllə atılır.) Bəli, Mirzə Ismayıl da təşrif apardı. İmdi növbət Pərviz xanındır. Qardaşlar, doğrudur, hər yerdə məni igid söyləyirlər, amma İndiyədək heç kəsin nə malına və nə canına qəsd eləməmişəm. Yanımda toyuq başı kəsiləndə üzümü kənara tutmuşam. Amma bu məlunların ölümü mənə ləzzət verir. Qaçaqlardan biri. Niyə, bir oymağın adamları deyilikmi? Səni kim tanımır?

Rəşid, yanında Gülsənəm, daxil olur.

Gülsənəm. Ölümüm ayağının altında olsun, ay qardaş! Yüz şükürlər olsun ki, səni gəlib sağ-salamat tapdım. (Özünü Bədəlin üstünə atır.)

Bədəl (onu qucaqlayır). Əziz bacım, xoş gəldin. Daha mənim bir qeydim qalmadı. Bəs bu səni gətirən oğlan kİmdir?

Rə şid. Mən Pərviz xanın pişxidmətlərindənəm. Adım Rəşiddir. Bu qızı gətirdilər xanın evinə. Baxdım ki, hərəmlər bunu, gözəlliyinə görə, öldürəcəklər. Doğrusu, mən özüm kəndli balasıyam, bir kəndli qızının mənim gözümün qabağında öldürülməsini namusum götürmədi. Bunu qapıda görüb dedim, bacı, sən buradan qaçmasan, səni öldürəcəklər. Gəl mən səni qaçırım. Qız razı oldu. Pərviz xanın atlarının bir yaxşısını yəhərləyib, minib, bunu da tərkimə alıb qaçdım. Hara qaçdığımı özüm də bilmirdim. Kəndbəkənd gəzib orada, burada gizləndik. Sonra sənin Rəhim xanın yanından yoldaşlarınla qaçdığın xəbəri yayıldı. Bu ağlayıb özünü öldürdü ki, gərək məni qardaşıma yetirəsən. Budur, mən də gətirdim.

Bədəl. Çox razıyam, qardaşım. Adın Rəşiddir, yəqin özün də Rəşid sən.

Rəşid. İzin olsa, mən də həmişəlik burada, sizin yanınızda qalaram.

Bədəl. Çox yaxşı olar. Qardaş, sənin bu yaxşılığın əvəzində sənə bir layiqli ənam verəcəyəm. Onu da Pərviz xanın nəşinin üstündə alacaqsan. Yoldaşlar, buraya yığılın! (Yoldaşlar cəm olurlar.) Yoldaşlar daha biz burada qala bilmərik. Pərviz xan, Mirzə İsmayılın və Rəcəb kəndxudanın oğurlandığını eşidib, yəqin gəlib kəndi dağıdacaq. Ona görə gərək özümüzü kəndin köməyinə yetirək. Kənd və bizim gəlməyimizi gözləyir. Hazırlaşın, qaranlıq düşən tək gərək buradan tərpənək. (Rəşidi göstərir). Bu oğlan da ki, mənim bacımı əsirlikdən qurtarıb, bizim yoldaşımız və qardaşımız olacaq. Az keçər, qardaşlar, Pərviz xan xaraba qoyduğu yerlərdə abadlıq görərsiniz. Camaatımız xan caynağından qurtarıb öz əlinin əməyini rahat yeyib yaşayar. İmdisə, yoldaşlar, bir qədər kef çəkməyin eybi yoxdur. Bir az çalıb-oynayıb yola düşərik.

Balaban çalınır. Cavanlar oynayırlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов