Страница 2 из 2 · 50%

Ya bunun heç bir əqidəsi yoxdur, hər danışığını məclisin ovzasına bağlayır”. Xülasə, ağadan əlimi üzüb, Bakıdan – bir az da genə qız məktəbindən söyləyək. Bəli, Hacı Zeynalabdin ünas məktəbini bina elədi. Dünyada bir murdar ad qalmadı ki, Bakı camaatı o məktəbə qoymasın. Qulağım belə sözlər eşidirdi ki, bütün bədənim titrəşirdi. Tək bircə nəfər Bakı əhlindən iki qızını o məktəbə qoydu, qalan qızlar Şəkidən, Gəncədən, Dağıstandan və sair yerlərdən gəldilər. Bir müddət keçdi! Bakı şəhər idarəsi müsəlman qızları üçün bir məktəb açdı. Məktəb açılan günü ağzınadək uşaq ilə doldu. Bir il keçdi, ikinci məktəb açıldı, o da doldu. Bir il də keçib, üçüncü məktəb açılıb, genə doldu. Bundan sonra sair şəhərlərdə, hətta kəndlərdə başladılar qız məktəbləri açmağa. Bu halda bir tək Bakı məktəblərində oxuyan qızların hesabı yüzdən artıqdır. İndi izin verin, bir söz soruşum: əvvəldə Tağıyevin örtülü məktəbinə qız verməyib, İndi qızlarının əllərinə kitab verib şkolaya göndərən atalar nə tərəfdarlarıdırlar? Bir vaxt olacaq, – çox uzaq da çəkmiyəcək, – görəcəksən təsəttüri-nisvanın ən mütəəssib tərəfdarı, məsələn: bir nəfər Kərbəlayı Fərzalı qızının qolundan yapışıb küçə ilə aparır və yolda öz dükan qonşusu Məşədi Meydanəli rast gəlir. Məşədi xəbər alır: “Kərbəlayı, bu uşağı haraya aparırsan?”

Kərbəlayı: “Neyləyim, ay məşədi, Allah zəmanəni dağıtsın! İki qızım evdə böyüyüb qalıblar, hər kəs yaxınlarına düşmür, qardaşım oğluna istədim verəm, almadı, dedi: “Mən gərək oxumuş qız alam”. Gedib bir yəhudi qızı alıb gətirib. Bacım oğlanlarına yalvardım, onlar da özün bilərsən, biri bir nemka deyirlər, nə millət deyirlər alıb, biri də bir rus qızına uyub. Kənardan da gəlib istəyən yoxdur, çünki, əvvəla, cahillərimiz xarab olub və bir də deyirlər: “Əgər Kərbəlayı Fərzalının qızları yaxşıdırlar, niyə əmiləri, dayıları oğlanlarına getmirlər?” İndi əlacım kəsilib, aparıram o dağılmış şeytan yuvasına, bəlkə heç olmasa bu qız evdə qalmıya.

Deməli, bu yerdə zərb zəgövkədən yağ çıxardır.

Yuxarıda ərz etdim ki, mən nə qədər Islam ölkələrində səyahət etdim, bir əqidənin, bir məsləkin möhkəm tərəfdarını görmədim. Ona görə izin istəyirəm ki, burada bir haşiyə çıxım, sonra mərsiyəxanlar demiş, qarelərimə dua eləyim.

İrin inqilabı, Səttar xan, Bağır xan, Mirzə Haşım, Cahangir xan, Tağızadə, Mir Həsən Müctəhid, Şeyx Fəzlullah... filan-filan... Azərbaycanda tökülən qanlar... hamının yadındadır. Kimi hürriyyətimüsavat, ədalət tərəfdarı olmuşdu, kimi istibdad; eşitdiyimiz istilahlar qulaqlarımızı dəng etmişdi: “İctimayuni-amiyun”, “Irticayun”, “İnqilabiyun”, “İsasiyun”, “Etidaliyun”... Nə bilim nə... işlər dəyişildi, Hacı Səməd xan Azərbaycana şah oldu, haman məşrutə yolunda canfəşanlıq edənlər hamısı bir dəfə bəstə girib məclisi-milli intixabını boykot etdilər və keçmiş “inqilabiyun”, “minqilabiyun” əvəzində İndi ancaq bir firqə görüb, o da “Cibişdaniyuni-amiyun”. İndi hər kim deyə bilər biz firqə, əqidə tərəfdarı olmağı bacarırıq, – buyursun: bu meydan, bu şeytan. Odur ki, eşidəndə filan məsələ üstündə firqələr əmələ gəlib, mənim gülməyim tutur və qəzetlər vuruşmasını da görəndə deyirəm: “Heyf kağız və qələm!”. İndi yəqin bildiniz ki, niyə mən bu barədə bir şey yazmaq istəmirəm.

Bu haşiyəni burada qoyub, mətləbimizi tamam edək.

İki il bundan əqdəm Tiflisdə. Şeytanbazarda “Müsəlman cəmaət evinin” (Narodni domin) rəsmi-güşadı idi. (Xəbər var ki, o da allahın rəhmətinə vasil olub). Orada bizim ədiblərdən Haqverdiyev cənabları bir uzun nitq ilə “Camaət evinin” açılmasını təbrik edib, nitqinin axırında dedi: “Həzərat! Insan elmin qüvvəti ilə cəmi yerin və göyün bəliyyətinin qabağına sədd çəkib və onlardan özünü mühafizə edir; amma təqazayi-zəmanənin qabağına sədd çəkmək olmaz; necə ki, elektrik qüvvəsi öz üburində uğraşdığı haili yandırıb keçir. Elə də təqazayi-zəmanənin qabağına sədd çəkmək istəyənləri əzib keçəcək”. Biz nə qədər danışaq, nə qədər vuruşaq, zəmanə öz işini görəcək və övrət məsələsini də layiqincə həll edəcək. Necə ki də edir; ildə bizə altı yüz ana verən haman zəmanədir. Ona görə övrət məsələsini bir yandan zəmanəyə buraxmalı. Və bir yandan da övrətlərin özlərinə vagüzar etməli, onlar özləri öz məsələlərini axırda bizdən yaxşı həll edəcəklər, çünki biz kişilərdən karvarbasdı olmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci pərdə

Pərviz xanın sarayında bir otaq. Hərəmlər, hərəmxana əmələləri çalıb oynayırlar.*Xacə** (daxil olur). Xan təşrif gətirdi. Özü ilə də bir maral gətiribdir ki, yemə, ismə, xəttü-xalına, gül camalına, tamaşa elə.

13 мин
Üçüncü pərdə

Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək*bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir.*

14 мин
Dördüncü pərdə

Pərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı*çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur.*

7 мин
Qurbanəli Şərifova

Dust mehriban!Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam.

1 мин

Стихи других поэтов