Qorxma başın üstə qılınc çəkəndən,Cürətsiz cürətdən danışanda qorx.Ömründə fürsəti əldən verməyən,Kəmfürsət fürsətdən danışanda qorx.

Nə qohuma həmdəm, nə dosta həyan,Özünü düşünüb, özünü yayan.Namusu unudub, arı tapdayan,Qeyrətsiz qeyrətdən danışanda qorx.

Ondakı mənliyə, sifətə bir bax,Birinə quxruqdur, birinə toxmaq.

Həyatda elindən, günündən iraq,Kürsüdə millətdən danışanda qorx.

Ay qağa, neyləyək bu vurhavura,Harda kim yıxıla, harda kim dura.Oğul dura-dura, qız dura-dura,Qaç siyasətdən danışanda qorx.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов