Birinci pərdə
Содержание
Страница 8 из 9 · 78%
Mirzə Ruhullah
Xilas ola biləcəyik! Tarix çox məngənələri, zəncirləri qırıq-qırıq eləyib!
Xurşidbanu (coşğunluqla)
Nə vaxt yetişəcək o tarix?!
Mirzə Ruhullah
Azərbaycan oğullarının zəkası, cəsurluğu yaşayır! Tarix bir-iki nəslin ömründən ibarət deyil, Banu bəyim. O böyük azadlığı biz görməsək də, damarlarında bizim qanımız axan gələcək nəsillər görəcək! İndi bizim bu vətən torpağında üst-üstə qoyduğumuz hər kərpic düşmənə bir güllədir! (Çıxır)
Qısa pauza. Daşdəmir gəlir.
Daşdəmir
Seyid Hüseyn hüzurunuza gəlmək istəyir.
Xurşidbanu
Seyid Hüseyn yox, “cənab Seyid Hüseyn!”
Daşdəmir
Bağışlayın, Banu bəyim, cənab sözü yadımdan çıxdı.
Xurşidbanu
Bundan sonra yadından çıxmasın. Qoy buyursun.
Daşdəmir çıxır. Seyid Hüseyn daxil olub təzim edir.
Xurşidbanu
Əyləşin, cənab Seyid Hüseyn.
Seyid Hüseyn (əyləşməyərək)
Banu bəyim, sizin tapşırığınız mövcibincə beş nəfər Rusiyaya, beş nəfər də Parisə təhsilə göndərmək üçün istedadlı gənclər intixab etdik.
Xurşidbanu
Özləri necə baxırlar bu işə?
Seyid Hüseyn
Çox sevinirlər, Banu bəyim.
Xurşidbanu
Bəs valideynləri?
Seyid Hüseyn
Bəziləri əvvəl razı olmaq istəmirdilər, deyirdilər oxutmağa gücümüz çatmaz, fəqət mən onları başa saldım ki, cavanlar onların yox, sizin xərcinizlə təhsil alacaqlar! Ondan sonra məmnuniyyətlə razılıq verdilər.
Hidayət xan daxil olur.
Hidayət xan (Seyid Hüseynə əhəmiyyət verməyərək)
Salam, əmizadə.
Xurşidbanu
Xoş gəlmisən, Hidayət.
Hidayət xan
Bizim Arazqırağı kəndlərimizdəki darğamız bu gün xəbər gətirib ki, guya, sən Arazdan Mil düzünə arx çəkdirmək istəyirsən. Özü də bu arx bizim torpaqlardan keçəsidir...
Xurşidbanu
Bəli, elədir.
Hidayət xan
Məqsədin nədir?
Xurşidbanu
Məqsədim odur ki, min illərdən bəri əkilməyən torpaqlar camaata xeyir versin.
Hidayət xan
Aha... Demək, sən arxı camaat üçün çəkdirmək istəyirsən.
Xurşidbanu
Əlbəttə. Mən böyük el arxı çəkdirirəm.
Hidayət xan
Məgər, sən bilmirsənmi ki, bizim o yerlərdəki rəiyyətlərimizin hamısı köçəridir. Qışlaqda cəmi iki-üç ay olurlar. Qoyun-quzularını bir ay burada otarırlar, bir ay orada... Demək onlara sən düşünən arx lazım deyil.
Xurşidbanu
Su olarsa, onlar da yavaş-yavaş köçərilikdən əl çəkib, oturaq həyata keçərlər. Özlərinə ev-eşik tikib, uşaqlarını oxudarlar, qaraçı günündə yaşamazlar!
Hidayət xan
Əgər, onlar oturaq həyata keçmək istəmirlərsə?
Seyid Hüseyn
Bağışlayın, xan, oturaq həyata keçmək istəməyən o adamlardır ki, hər birinin dörd-beş min qoyunu var. Yüzlərlə at-dəvəsi var. Kasıb tərəkəmələr üçünsə köçəri həyat əzabdır. Köçəri həyat bizim tərəkəmələri müasir mədəniyyətdən, elmdən neçə əsr geri qoymuşdur. Xaricilər bizim köçəriləri tuzem adlandırırlar.
Hidayət xan (kəskin istehza ilə Xurşidbanuya)
Əmizadə, yoxsa, bu fikri də sənin başına bu təzə vəzirin salmışdır?
Xurşidbanu
Bu nə sözdür, Hidayət?
Seyid Hüseyn
Xan, mən vəzir deyiləm. Və heç bir zaman da vəzir olmaq fikrinə düşməmişəm. İnsanların qaraçı həyatından əl çəkib elmə, mədəniyyətə sahib olması tarixin tələbidir!
Hidayət xan
Elə isə, qoy tarix özü o zamanı gətirib yetişdirsin, daha sənin kimiləri ortalığa düşüb, vaxtsız xoruz kimi banlamasın!
Xurşidbanu
Hidayət, mən ixtiyar vermirəm ki, sən bizim müəllimlə bu cür rəftar eləyəsən!
Seyid Hüseyn
Mən sizi başa düşürəm, xan. Qoyunçuluqla məşğul olan köçərilərdən aldığınız vergilər, xaricə satdığınız yundan gələn mənfəət sizi belə danışmağa vadar edir!
Hidayət xan (əlini xəncərinin qəbzəsinə qoyub qışqırır)
Sənə dedim ki, burnunu soxma!
Xurşidbanu (qəzəblə)
Hidayət!
Hidayət xan
Xəbərdarlıq eləyirəm səni, Banu bəyim, mən qoymayacağam o arx bizim torpaqlardan keçsin! Eşitdinmi, qoymayacağam!
Hidayət xan hirsli halda çıxır.
Seyid Hüseyn
Siz məyus olmayın, Banu bəyim.
Xurşidbanu (əsəbi coşğunluqla)
Məyus olmaq? Yox! Mən öz taleyimə qalib gəlmək istəyirəm! (Eyni əsəbiliklə zəngi səsləndirir. Daşdəmir gəlir) Mən Muradalını çağırmışdım.
Daşdəmir
Muradalı hüzurunuza müntəzirdir.
Xurşidbanu
Qoy gəlsin. Özün də bu saat mühəndis Əbdürrəhim Talıbzadənin yanına gedib deyərsən ki, mən arxın layihəsini gözləyirəm, tələssin!
Daşdəmir
Baş üstə. (Çıxır)
Seyid Hüseyn
Mühəndis mənə dedi ki, layihə hazırdır.
Muradalı daxil olub təzim edir.
Xurşidbanu (eyni əsəbi əhvalla ona xitabən)
İki aydan sonra Parisdə ən qaçağan atların yarışı keçiriləcək. Bizim Qarabağ atlarının da o yarışda iştirakını arzu edirlər.
Muradalı
Biz hazır, Banu bəyim.
Xurşidbanu
Yaxşı hazırlaşın! Gərək bizim atlarımız o yarışda birinci çıxsınlar. Eşidirsənmi, birinci! Qoy görsünlər Azərbaycanın yaxşı kişiləri yaxşı atları mərd oğullara tapşırıb gediblər!
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-xursidbanu-natevan-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ən çox xətrini istədiyim adamlardan biri də doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o, müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənəsində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşsifət bir kişi idi, hələ mən bu dünyaya gəlməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o, müalicə edərmiş. Ona görə də anam, hətta Fatma nənəm də ona ev adamı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşadığı üçün azərbaycanca təmiz bilirdi. Həmişə bizə gələndə, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet gətirərdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizə ceyran, kəklik, turac gələndə, anam mütləq doktor üçün də pay göndərərdi...Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zarafatlaşa-zarafatlaşa anamı müayinə eləyib deyərdi:
İmaşla Güllü necə qaçdılar...Dayım şəhərdən fışdırıq çala-çala kefikök gəldi, hətta mənə baxıb gülümsədi də. Sonra artırmada, stulda oturub:– Güllü, su gətir, – deyə çağırdı.
Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağıYay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.
QaracaMən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.