Страница 4 из 23 · 13%

Səmədin üşütməsini qəfil hərarət əvəz etdi.

– Demək, mənə yalan danışmısan?!

– Bəli, əzizim, əmin, idealın sənə yalan danışdı mehmanxanadan sonrakı söhbətimizdə... Düz deyib sənə Təftiş Abbas! İndi özüm öz acizliyimi etiraf eləyirəm. “Kürüyüb atmaq” nədi?! İnqilab deyilmi bu “kürüyüb atmaq?!” Ən asan qalib gəlmək və ən asan nadanlaşmaq yolu deyilmi “kürüyüb atmaq?!” Səni sakitləşdirməkdən ötrü demişəm mən bu sözləri Qurbana, o da inanıb sözümə, sən də inanmısan!.. Bəli “rumka döyüşdürmüşəm!” Tost demişəm o məclisdə! Ayıq başnan! Tostun içində bircə saat sadə, anlaşıqlı şəkildə Elmi söhbət eləmişəm. Bayaq gördüyün o iki tərəfə işləyən sürməgözlü, hətta o yaramaz Xəlvəti xeyli inandırmışam ki, Elm, idrak, saflıq deyilən anlayışlar mövcuddu bu Bezobraziye dünyasında!.. Gördüm sözüm havayı deyil, az-çox təsir eləyir, coşdum, köyrəldim, “Əziz eloğlularım!” – dedim o yırtıcılara. Utopiyaya yuvarlandım?! Xeyr, məclisin axırına yaxın o heyvan Xaş, o beyinsiz Zorri Gülənov gəlməsəydi, Qudalıların mənnən mehribançılığını görüb təşvişə düşüb Xalıqı məclisə çağırtdırmasaydı və o qatil çaxırın içinə nə isə töküb məni şüurdan məhrum eləməsəydi, inan ki, axırda Elmə aid vəsait verəcəydim ki, oxusunlar o yırtıcılar, azdan-çoxdan insan olsunlar!.. Sahələrdə, pambığın ara-bərəsində dalınca sürünüblər, əmin barışıb, sən də barış deyiblər. “Vərəsə”siz Varisimiz, gözü xançalda olanımız, əlbəttə, barışmaz yırtıcı insannan. Əksinə, Xəlvətin təkidiynən çamadanı, qızılı, diplomu qaytaran Xaşı ikiqat artıq kinnən qarşılayar quyunun üstündə, Xəlvətnən Qıllıda, Piylidə də yenidən kin qaynadar!.. Zor zor yaradır, kin kin yaradır axı, ay oğul! Sonrakı hərəkətlərini xatırlatmağa ehtiyac varmı? Qurban deyib “getməlisən”, onun sözü də çatmayıb sənə: “qovdu” deyirsən... Ələsgər deyib “çıx get burdan!” Dəhşətə gəlmisən ki, Dam direktor ağlayır, “kişiliyi yoxdu”. Elmin Varisi Elm mücahidlərinin sözlərini başa düşmür!.. Sultan Əmirlinin əlində imkan olduğu halda Mədədin qatilinə toxunmur, “toxunmaq olmaz!” – deyir. Niyə dəhşətə gəlirsən? Çünki tanımırsan əmini-idealını! Bəli, sən məni zərrə qədər də tanımırsan, əzizim!

“İdeal” həmin fateh Qrekin təhrif sözüdü. Türkcəsi “Dil”di, OdƏr bəşəriyyətinin OdƏr dili. Əsli – OdƏrcəsi OdƏldi (Həqiqət Əli). Adını Abıdan eşitdiyin BağBağÜÜn Babamızdı Od Əli – Həqiqət Əli! Bağ Atamızın Oğlu, ulu baban Ulu Bağ ƏsƏlMəndi Od Əli! Bağ Atamızın İkinci Oğlu, təhrif “İsay” adıynan tanınan EySar ÜnEvdi Od Əli! (“Noy”, “Nuh” deyiləndi). Bağ Atamızın üçüncü Oğlu, təhrif “Avram” adıynan tanınan EvƏrimdi Od Əli! Bağ Atamızın axırıncı, kiçik Oğlu, təhrif “İisus”, “İsa” adlarıynan tanınan EySardı: “Qalaktika”mızda – QalAğımızda “Əllah” – ƏlAğ EySarımızdı OdƏl – “İdeal!” Mənə “idealım” deyə-deyə, təkcə bu bir kəlmənin, təkcə bu təhrif sözün arxasında necə həqiqətlər olduğunu bilsən, yalnız o vaxt inam və etiqadnan deyərsən “əmim idealımdı”. Hələ idealın deyiləm mən sənin, oğul. Fəlsəfə öyrənirsən, deyirsən: “po Platonu Boq vne mira”. O məşhur Qrekin necə dəhşətli təhrif insan olduğunu biləndən sonra deyəcəksən: “Bağ dünyanın özündə və insandadı”. O vaxt mən özüm də fəxrnən deyərəm: “Varisimiz mənim idealımdı... səcdəgahımdı”.

Eşit və dərk elə ki, “insan” ÜnƏs sözündəndi, yəni Yaradan Ündü. EySarımızın Ününü eşidə-eşidə, Elm əsasında böyük hərfnən kamil İnsan yaradır, SafAğ İnsanın Əli – işləyəni, yaradanı olan ƏlAğ – “Əllah” – “Allah” yaradır. Təhrif Yerin təhrif “cinayət məcəlləsi” əsasında cəza verməknən, əzaba salmaqnan insan yaranmaz! Hər dövlətin bir cür “cinayət məcəlləsi” insanı bir cür pozur. Qurban əmin bilir bunu. Əmma başqa “məcəllə”si yoxdu. Yəni mənim o əzizim də bir cür Zor nəçənnikdi. O şallaqladığı – cəzalandırdığı zənənlər bilirsənmi indi necə kin mücəssəmələridi! Canavardılar indi. Qurbanın özünün də, Təftişin də, Xızr Abının, Ələsgərin, hətta Çürüyün də qanını içərlər! O şallaqların şaqqıltılarını eşitdim mən burda xəstə halımda, daha da xəstə oldum! Xaş nəçənnik nədi, ondan da murdardı indi Qılıncımız!

Qatil Xalıqın dərin-dərin qatil kökləri var, oğul! Kökləri üzə çıxarmaqdan ötrü nə qədər Qılınc ehtirası lazımdı. Əmma işləri korlayan da elə Qılınc ehtirasıdı. “Kopirovalnaya bumaqa” yaddaşı ölüm silahı olmamalıdı! Asmaq, kəsmək olmaz! Bildin?! Qırğınlardan, sürgünlərdən yaxa qurtarmaqdan ötrü bütün planet tanımalıdı Sahiblərimizi. Siyasi-ictimai mühit, insanın bətni tamam dəyişməlidi! Sultan Əmirli, Xızr Abı kimi adamlar az deyil. Hamısı da işləyir!.. Ürəyim şişib mənim, əmma, görürsənmi, hələ də işləyirəm! Ədalət qapısıynan üzbəüz cinayət qapısının açarı kamillikdi!

Səməd saçını daraqlayıb əlini əmgəyinə basdı.

– Mən necə koram, ilahi! Necə ağılsız, şüursuz heyvanam!

Sultan papirosu sümürürdü.

– Nə korsan, nə də şüursuz... Qurbannan söhbətinizi yadına sal. İkicə kəlmə “moy rabotnik” bəs eləyib ki, Çax-çuxun fəaliyyət sferasının genişliyini görəsən. Ağılsız adam bacarmaz belə şeyi. Özünü üzmə, qulaq as, gör nə deyirəm.

İki il bundan əvvəl bu adresə göndərdim mən səni ki, Məhərrəm kələfin ucunu açsın, yavaş-yavaş daxil ol hadisələrə, partiya məktəbini qurtarandan sonra əmiyin bu təşkilatında fəaliyyətə başla, mübarizəyə qoşul. Mənim həyatımda ən böyük nailiyyətim səniydin. Maksimal saf ürəkli, saf vicdanlı oğul yetirmişdim. Xarakteriyin bütövlüyü, həssaslığın, incəliyin – hamısı qarantiya verirdi ki, nümunəvi çekist ola bilərsən. Yəni Alim! Maksimal biliyi olmuyan adama “çekist” demirik biz.

İstəyirəm bir məsələyə xüsusi diqqət yetirəsən: Əslinə baxsan, biz qaçırmamışıq səni rayondan. Öz taleyin sarsıntılara salıb səni. Öz taleyin gətirib çıxarıb səni bu evə. “Dil” kimi, “Tale” də OdƏldi. Sözü Həqiqət Əli EySarın sözünü eşitmirsən sən hələ. Onun sözü təziq eləmir insan beyninə, təsir eləyir. Məhz həmin təsirnən göndərilmisən sən bura. Ələsgərin dediyi “çıx get burdan” sözləri EySarın sözləridi, Ələsgərin beyninə gəlib, Ələsgərin diliynən çatdırılıb sənə. Mədədin dediyi “Sultanı dinlə” sözləri də EySarın sözləridi, Mədədin diliynən çatdırılıb sənə. Alim olmalısan, oğul, Alim! Çekist!

Səməd çox çaşqındı.

– Demək... çekist...

Sultan onun üzündə tərəddüd gördü.

– Böyük faciədi, dözülməz müsibətdi ki, uzun illər ərzində göz bəbəyimiz kimi qoruduğumuz “Vərəsə”miz belə birdən-birə əldən getdi. Əmma çox şey verib bizə “Vərəsə”miz, danışacam, biləcəksən. Təkrar, təkrar eşit: Elm lazımdı bizə, oğul. Tarix, həqiqət lazımdı... Vəsiyyətə sadiq olmaqdan ötrü əvvəlcə orqanda işləməlisən. Böyük miqyaslı siyasi kamillik, soyuqqanlı mühakimə qabiliyyəti qazanmalısan...

Səməd dözə bilməyib, çox kobud şəkildə əmisinin sözünü kəsməyə məcbur oldu:

– Bəs o cəmaat?! Əl qaldırıb mənə səs verənlər Bezobraziyenin tapdağında qalmalıdılar?!

Sultanın qaşları pırpızlandı.

– Sözümü kəsmə! Fikrimi haçalandırma!..

Kolxoz nizamnaməsiynən ədalət yaratmaq istəyirsən. Bir kənddə Ədalət!.. Belə şey mümkündüsə, Silsilə alimlərimiz niyə dünya dolusu qışqırırlar ki, “məhdud ərazidə Ədalət yaranmaz!” Budu SafAğ Elminin müddəalarından biri. Elmimiz hələ qədimlərdə, sonra Xaç müharibələri dövründə dünyanı dolanıb gəlib Marksa, sonra Plexanova da az-çox çatmışdı. Məhz buna görə Leninlə heç cür razılaşmırdı Plexanov: “Sosializm yaranmaz!” – deyirdi. Yəni kapital dünyası bir ölkədə dərhal boğar sənin sosial ədalətini! Boğmadımı?! Kim öldürdü Lenini?! Dinin, kapitalın sağ əli Stalin! Kim öldürdü Doktorumuzu? Stalinin sağ əli Serqo Orcenikidze! Lenin faciəni görürdü, eyni zamanda Qılınc Qurbanların silahına güvənirdi. Bir az sonra dərk elədi ki, doğrudan da məhdud ərazi daimi təhlükə olur. Nərimanov da işə qarışandan sonra Lenin ərazi miqyasını genişləndirməyə başladı. Bütün Orta Asiyanı sovetləşdirdi, Türkiyəni sovetləşdirdi. Əmma materialistliyindən əl çəkə bilmədi. Hər yerdə silah işləyirdi.

Bu gecə SafAğ Elminin əsas müddəalarını çatdırmalıyam mən sənə. Çətindi bu, çox çətindi! Əmma əminəm ki, ƏlAğımız kömək eləyir mənə. Sözümü kəsmə!..

Nəcəfoğlunun ölümünü danışmaq istəyirdim. Daha doğrusu, ölümünün səbəbini. Lenini məhvə aparan səbəbdi bu!

Səməd əlini əmgəyindən çəkmədən, aram-aram, asta-asta deyirdi:

– Danış... danış... Bağışla, əmi, həyəcanlandırıram səni. Çalışaram sakit dinləyim. Danış...

Sultan da nisbətən sakitləşdi:

– Nəcəfoğlunun nəyə görə, necə öldürüldüyünü sən hökmən bilməlisən. Çünki sənin ətrafındakı hadisələr o hadisənin dəvamıdı.

Fikir ver, “dəvamı” deyirəm.

Abı deyib sənə, biz “Vərəsə”ni Şeyx Xorasan məqbərəsinə aparanda Çax-çux izimizə düşmüşdü, Mirqəzəbə çatdırmışdı. Nəcəfoğlu kitab yazırdı onda. Bağday tarixinin xronikasını düzəldirdi ki, “Vərəsə” əlimizdən getsə, xronika qalsın. Çax-çux buna da öyrənmişdi, çatdırmışdı.

Mirqəzəb nə “Vərəsə”yə toxundu, nə də Nəcəfoğluna. “Tarixi” “ustanovka”ynan yazanlar məsləhət görmüşdülər ki, imkan ver, kitabxananın məğzini çıxartsın. Mirqəzəb də imkan verdi. Kitabı əllinci ilin yanvarında yazdı qurtardı Nəcəfoğlu. Adını “Posle potopa”⁴¹ qoydu.

Ümidimiz Moskvayaydı. Mərdəkanda, axırıncı söhbətimizdə belə qərara gəldik ki, dostumuz əvvəlcə öz kitabını aparsın Moskvaya. Bakıynan, biznən, Elmimiznən bağlı olan türkoloqları, şərqşünasları, dilçiləri Akademik Marrın evinə yığsın, hamısı oxusun. Ümumi razılıq olsa, xəbər versin, “Vərəsə”ni mən özüm aparım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 мин
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 мин
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 мин
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 мин

Стихи других поэтов