Страница 6 из 23 · 22%

“Beyin” təhrif sözdü. OdƏr dilində yoxdu “beyin”, BağÜn var. BağÜn!.. Mən ardıcıl məşğul olammamışam. Əmma Bağ nəslindən çox uzaqlaşmıyan adamlarda irsiyyət güclü olur. Belələri Elm barədə lap cüzi məlumat alar-almaz beyinlərində SafAğ İşıq artır. Əgər İlan mühiti çox sıxmırsa, sən atanı necə görürsənsə, onlar da ikinci doğuluşdan sonra Yupiterdə məskunlaşan əzizlərini eləcə görürlər, səslərini eşidirlər. Heç bir möcüzə yoxdu bu dediklərimdə. İstəyirəm bizim o vəziyyətimiz, Nəcəfoğlunun vəziyyəti bütün aydınlığıynan çatsın sənə, oğul... Naxçıvandan qayıdanda təhlükə başqa cürdü. Onda tərəzinin bir gözünə “Vərəsə” qoyulmuşdu, o biri gözünə bizim həyatımız. Atan getdi, “Vərəsə” qaldı. Mərdəkanda isə mübarizəmiz son həddə çatmışdı. Bizi ideoloji təxribatda taqsırlandırmaqnan Mirqəzəb “şef”inin əl-qolunu açırdı ki, “xüsusi qrup”un təşkilinə əsas verən sənədləri SSRİ prokurorundan istəsin, mənim məktubumu, Məhərrəmin SSRİ prokuroruna yazdığı məlumatı alıb, ideoloji təxribatçıların, siyasi düşmənlərin böhtanları kimi məhv eləsin. Beləliknən, cinayətlərin üstü örtülürdü. Yəni Cənubda iyirmi ikinci ilin, otuzuncu ilin, qırx altıncı ilin hadisələri obyektiv səbəbləri olan məğlubiyyətlər kimi qələmə verilirdi, çoxəsrlik azadlıq hərəkatına zəif hərəkat damğası vurulurdu, mühacirləri ruhdan salırdı, “Pəhləvi hakimiyyəti” adı altında imperializmin “İran”da hökmranlığını möhkəmləndirirdi.

Sənə o qədər çatmır bu söhbət. Bayaq dedim, Pəhləvi Fars deyil. Qədim BağOd EvÜn OdƏrləri əvvəlcə “Paxtavan”, sonra “Pəhləvan” – Pəhləvi adlanıblar, yəni Bağdayı Qrek – Latınların, Suriyalıların basqınlarından mühafizə edən hərbçilər. İrsən indinin özündə də hərbçidilər. Düşmənimiz haqqında rəğbətlə danışıram. Niyə? HəmOdÜnün darvazasında, enişə düşən yerdə ƏsÜz (yaradan məna) deyilən hasarlı bir yer var, indi də durur əlamətləri. BağOd EvÜn sərkərlər (Sar Od-

⁴³ Faciəli röya. Ərlər) həmin ƏsÜzdəcə oturub, Ün eşidə-eşidə əvvəlcədən bilirmişlər ki, hansı düşmən ordu harda, necə hazırlaşır ki, döyüşə, basqına gəlsin. Qreklər “Suz” deyirlər, ƏsÜzə, mənasını da bilmirlər. Biz isə burda Şimalda da o Pəhləvilərimizi görən kimi tanıyırıq. Hələ də hərbçi ifadələri ilə, təhrif OdƏrcə danışırlar. Cənubda əhalinin heç beşdə biri də deyillər. Üzdə özlərini Fars kimi qələmə verirlər. Niyə, bilirsən?

İndiki “Fars körfəzi”ndən bir az bəridə EvƏrSu və ya EvƏrƏs ərazimiz olub. İndiki Pəhləvilər – Pəhləvanların nizami orduları o ərazidə olublar. Bağdayı qoruyublar. Zaman keçdikcə, Qreklər içərilərimizə yeridikcə, dilə də çox pis təsir eləyiblər. BağOd EvÜnə “Paxtavan” dedikləri kimi, EvƏrƏsə “Pers”, “Pars”, “Fars” deyiblər, Farslar da BağOd EvÜnə əvvəlcə “Paxtavan”, sonra “Pəhləvan”, axırda “Pəxləvi” deyiblər. Bunlar çox vacib şeylərdi, təkrar eləyirəm ki, unutmuyasan. Belə şeyləri bilməsən, keçmişimizi dərk eləməzsən, babalarını, millətini, özünü tanımazsan, yoxa çıxarsan, bəşəriyyətin ən ülvi tarixini də özünnən birlikdə həmişəlik məhv eliyərsən. Daha dəqiq desək, bəşəriyyət indi düşdüyü dini əfsanələr selindən də güclü selə düşüb, idraknan yox, stixiyaynan yaşayar, bətnən tamam çürüyər.

İlan bilir bunu. Keşiş Vissarion Cuqaşvili “Stalinə” geniş hərbi dərs deyib bu barədə. Çünki Pəhləvi irsindən hələ də qorxurlar. Tarixi, Elmi öyrənib biznən yenidən birləşsələr, Pəhləvilər Bağdayı bərpa edə bilərlər.

Biz EvƏrEy OdƏrlərini vaxtilə çox sevirmişlər BağOd EvÜn OdƏrləri. Heyif indi çoxu “Bayod” deyir özünə, yəni bizdən tərik düşüblər. İlanın Stalinə ən ümdə tapşırığı bu olub ki, “Yevrey”ə dönən EvƏrEyi, “Pəhləvi”yə dönən BağOd EvÜnü öz kökünə – Bağlara, Türkə qarşı qoysun.

Yadına sal, otuz altıncı ildə nə deyib o Qrek casusu “Stal”: “Vı ne Turki, vı azerbaydjansı”. “Tat”larımız, “Fars”larımız dillərinin kökündəki “Dəri”nin OdƏr dili olduğunu, qədim Tərik – türklüklərini bilə-bilə, “rəhbər”in arzusuynan, həmən otuz altıncı ildən etibarən “Pantürkizmə qarşı” döyüşürlər. Bax buna görə də Stalin, Beriya, Mirqəzəb üçlüyü bir ovuc cahil hərbçi “Pəhləvan”ı – “Pəhləvi”ni lap asanlıqnan qaldırıb çoxmilyonlu OdƏr Türkünün belinə mindirib! İngilislərin arxeoloji materiallarında təhrif “Paxtavan”, “Paxlavan” sözləri Çerçillin ən çox təkrar elədiyi sözlərmiş, məhz o – Çerçill çox çalışıb ki, Stalin Pəhləvi şahına hər cür kömək eləsin, qırx altıncı ildə bizim Demokrat firqəsini məğlub eləsin.

Bizim “xüsusi qrup”dan savayı hələ heç kəsə məlum deyil ki, Stalinin Çerçilnən gizlin müqaviləsi var. O müqavilənin rus variantında çox açıq və kobud şəkildə yazılıb: “Posle pobedı nad Germaniyey çasti Sovetskoy Armii pokinut Yujnıy Azerbaycan, kuda voydut Pexlevidı..”⁴⁴

Bircə o qalıb yazılsın ki, “Pexlevidı perestrelyayut yujnoazerbaycanskix Demokratov”. Yazmayıblar, eləyiblər. Təhrif “Yevrey” adı altında necə ümumbəşəri EvƏrEy – Uca İşıq Evi olduğunu yaxşı bilən Vissarion yetirməsi qədər EvƏrEy – Tərik – Türk qanı içən ikinci hökmdar yoxdu, oğul!... Bədbəxtliyə bax ki, tək russkoyazıçnılar yox, bütün planet “Yevrey”ləri Stalini ən qüdrətli hökmdar kimi sevirlər!.. “Potop” ələ keçsəydi, elə özümüzünkülərin əliynən güllələtdirəcəydi bizi o qaniçən.

Vəziyyətimiz beləydi, qardaşoğlu.

Heyrətnən deyirsən əl qaldırıb mənə səs verənlər Bezobraziyenin tapdağındamı qalsım?!. Bir kəndin, bir rayonun taleyindən yox, vətəniyin, xalqıyın taleyindən danışıram mən sənə. Bir az sonra tamam inanacaqsan ki, EvƏrEy OdƏrləri bəşəriyyətimizin köküdür, deməli, mən ümumən bəşəriyyətimizin taleyi barədə danışıram. “Stal” “kliçka”sında ilandan, hümmətçilərin məhvindən, iyirmi il hakimiyyət başında oturan Mirqəzəbin törətdiyi ümumbəşəri faciədən danışıram. Aparacam səni o məhkəməyə, otur qulaq as, gör kimlər danışırlar tribunadan, nələr açılır tökülür... Nə qədər alimini, şairini, ədibini sürgünlərdə çürüdüb “Stal!” Nə qədər Şeyx, Axund adı altında gizlin “Muğ”larını itirib-batırıb! Qədim OdƏr əraziləri Misirdən, İraqdan başlamış, Türkiyənin özündən, o tay-bu taydan min-min cildlərlə həqiqət kitablarını yığışdırıb yandırtdırıb!.. Bütün olub-keçənlərdən sonra o “ustanovka”ynan yazanların arasında yeganə cəsarətli tarixçimiz vardı, dissertasiyasında Nərimanovun adını saxlamaqdan ötrü şəxsən Kalininə⁴⁵ müraciət eləyib icazə almışdı, o yeganə ləyaqətli tarixçimiz də əldən gedirdi! Ömrünün doqquz ilini “Vərəsə”mizin tədqiqinə verib, doqquz il məhrumiyyətlər içində yaşayan yeganə filosofumuz əldən çıxırdı!

Beləydi vəziyyətimiz, yeganə balam!

Mənim əvəzimdə sən olsaydın, özünü oda vurardın, yandırardın. Əmma mən saxladım özümü.

⁴⁴ “Almaniya üzərində qələbədən sonra Sovet Ordu hissələri (bu hissələr azərbaycanlılardan ibarət olsa da (M) Cənubi Azərbaycanı tərk edəcəklər və Pəhləvilər oraya girəcəklər...”

⁴⁵ SSRİ Ali Sovetinin sədri.

Qulaq as.

O küləkli gecə Mirqəzəb tozanaqnan gəldi, Nəcəfoğlunu maşına basdı apardı. Məəttəl qaldıq ki, bu nə gəlişiydi, nə gedişiydi? Hardan gəlirdi, hara gedirdi? Niyə tək Nəcəfoğlunu apardı? Niyə özü apardı? Kitab niyə stolun üstündə qaldı?!

Məhərrəmnən düz bir ay yediyimizi-içdiyimizi bilmədik. Dostumuz yoxa çıxmışdı. Akademiyada deyirdilər Moskvadadı, Moskvada deyirdilər: “Gəlməyib. Görməmişik”. Rayonu-zadı atmışdım. Bu divarların arasında vurnuxa-vurnuxa, gündə bir versiya fikirləşirdik Məhərrəmnən, axırını bir yana çıxardammırdıq. Yuxusuz, ac-susuz, gah qapıda – palmanın yanında, gah da həyətdə gəzinirdik, Çax-çux gəlib-getdikcə ona fikir verirdik. İndi təsəvvür elə ki, bizim o vəziyyətimizdə, gecənin yarısında Persin maşını ildırım sürətiynən gəlib həyətdə dayanır, Çax-çux maşından atılıb qışqırır ki, “Kişi sizi gözləyir. Tez olun!”

Mən üzünə baxammıram o qatilin, uzaqdan-uzağa qaraltısını görəndəcə qan təzyiqim kəlləçarxa qalxır. Bu səbrin, dözümün sahibi, neçə dəfə kinim coşub, SafAğ Sultanı içərimdə boğub əlimi silaha atmışam. Məhərrəm də mən gündədi. Əmma orda ikimiz də birdən cumduq üstünə ki, Nəcəfoğlu hardadı?!

Başladı ki, “Dostunuz oturub Kişinin kabinetində, Kişiynən qabaq-qabağa konyak vurur!”

Təsəvvür elə ki, getdik gördük doğrudan da konyak vurur!

– Nəcəfoğlu?!

– Bəli, əzizim! Mirqəzəbə gündə min dəfə lənət deyən Nəcəfoğlu, Mirqəzəbnən üz-üzə oturub koynak içirdi, tort yeyirdi! Bizim “Midi”, “qiena⁴⁶ Midi” adlandırdığımız dəhşətli “ustanovka alimi”ynən – falsifikatornan elmi söhbət eləyirdi. “Az ər” – OdƏrdən, Tərik – Türk EvƏrEydən hərtərəfli məlumatı ola-ola, indiki “Yevrey” xalqının keçmişini çox gözəl dərk edə-edə elə bil heç nə dərk eləmiyən bir “yevrey” idi o “Midi”. Qədimlərdə, Misir, İsrayıl tərəflərdə OdƏr dili əvəzinə “EvƏrEy” dili adlandırılan, sonralar o təhrif ərazilərdə tanınmaz dərəcədə dəyişib “İfr”it” adlanan dildə danışırdı o “Midi”, özünü “qorskiy yevrey” adlandırırdı. Mirqəzəbin gizlin məsləhətçilərindəniydi. Məni görəndə qapqara qaralırdı: “Ne “Otar”ı – OdƏri mı s toboy, İudei, mı, Sultan!”⁴⁷ Deyirdim “heç olmasa, ərəbcə “Yəhudi” de, İuda!” Deyirdi “Ərəb dili Qrek dilindən də dəhşətli falsifikasiya dilidi, “Yəhudi” demərəm. Çünki “İudey” qrekcə olsa da, EyOda – Uca həqiqətə daha yaxındı, Sultan, povtoryayu: “mı s toboy İudei!” Bax belə, hər şeyi dərk edə-edə heç nəyi dərk eləməyən dəhşətli bir alimi-biəməliydi o “Midi”, “Qiena”. “Midiyanın ölü dili” yazan, Olamı “Elam”, Ulu Bağı “Lullu bəy” eliyən. BağOd EvÜnü “Pexlevid” yazıb, Bağday ərazisinin ƏrEy – “Rey” vilayətinin də “Pexlevid”ə verən cani falsifikatornan elmi söhbət eləyirdi dostumuz. “İran” nə deməkdi?! İrlər?! Yoxsa, Ərlərdi – Ərəndi o ərazi?!” Belə qışqırırdı, içirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 мин
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 мин
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 мин
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 мин

Стихи других поэтов