Страница 2 из 4 · 25%

– Camaatı mən yox, sən ələ salırsan, ay Kosaoğlu. Sən burda hədə-qorxu gəlincə, işimizdən damşsaydın yaxşı olardı.

– Nə iş?

– İşmi? iş çoxdur. Əgər istəyirsən mən deyim, sən qulaq as.

– Kərim kişi üzünü yenə camaata tutdu. - A başınıza dönüm, məni qınamayın, ürəyim doludur. Ona görə sizə başağrısı verirəm. Özünüz bilirsiniz ki, belə iclas xeyli vaxtdı olmurdu. İndi ki dərdim açılıb, hamısını deyəcəm. Bizim Kosaoğlu elə plan deyib durur, heç camaatın dərdinə qalmır. Nə vaxtında pul alırıq, nə də taxıl paylayır. Heç bilmirsən bizim dövlətimizi kim alıb, kim satır.

– Konkret danış!

– Danışacam, a bala, a Kazım, sən yerindəcə rahat otur, hə, mən əvvəlcə bizim anbardardan, hesabdardan danışacam. Onlar kolxozçunun haqq-hesabını özünə çatdırmır. Bir anbardarımız var, heç aylarla üzünü görmək olmur. Bir ayağı Tiflisdədir, bir ayağı Bakıda. Kefi istəyəndə anbarın ağzını açır, istəməyəndə yox. Söz soruşanda da adamın üstünə xoruzlanır. Kosaoğlu da ona dil verir. Sən gərək bunlardan danışaydın, ay sədr.

– Sənin peşən elə qarın davası eləməkdir, bu dünyaya ac gəlib, ac da gedəcəksən.

– Haqqımı sənin kimiləri yeyəndə, əlbəttə, mən ac qalaram. Amma yadında saxla, el malı ilan sümüyü kimi şeydir, boğazında qalacaq.

Kosaoğlu hirslə ayağa durdu. Üzünü Nəsib dayıya tutdu:

– Sən do adam tapdın söz verməyə?! Bu ki köhnənin demaqoqudur. Xalq işdən-gücdən danışır, bu da qarın davası döyür.

Yenə yerlərdən qışqırmağa başladılar: "Yalan danışır". "Ona söz verməyin". "Niyə bağırırsınız? Qoyunkişi sözünü qurtarsın". Nəsib dayı camaatı güclə sakitləşdirdi;

– Yoldaşlar, çox xahiş edirəm, iclasın qayda-qanununu pozmayasınız. Məni sədr seçibsiniz, sözümə də qulaq asın. Hamıya deyirəm, sözüm rəyasət heyətində oturanlara da aiddir. Kim bizə mane olsa, xahiş edəcəyəm çıxıb getsin. Buyur, Kərim dayı.

Kosaoğlu donquldandı:

– Sən də söz danışdın!

– Qurban, bura iclasdır!

Kərim kişi həyəcanlanmışdı. Fikrini toplayıb sözünü deməkdə çətinlik çəkirdi.

– Görürəm mənim danışığımı xoşlamayanlar var. Eybi yoxdur, qoy olsun. Ancaq mənim dediyim odur ki, kolxozda bir qayda-qanun yaradılsın. Təftiş komissiyası işə düşsün, hamıya bir gözlə baxsınlar. Birini doğma, o birini ögey hesab eləməsinlər. Heç kəs bizə ağalıq satmasın. Nəsib dayı qocanın susduğunu görüb dilləndi:

– Bəs yeni üsulla becərmədən ağlın nə kəsir?

Kərim kişi bir az duruxdu. Sonra adəti üzrə boynunu yana əydi.

– Yeni üsulla becərmə yaxşı şeydir, qədrini bilən olsa.

– Bəs deyirlər pisdir, əməkgünü az olur, kolxozçu ac qalır. - Qalmaz, haqqımızı düz bölsələr, elə olmaz. Nə pulumuzu düz verirlər, nə taxılımızı. Elə bizim aşıq Alı yaxşıca deyib:

"Anbardarın nənəsi,

Vurdum çıxdı çənəsi,

Altmış ton buğdadan

Qalmadı bir dənəsi..."

Kərim kişi asta-asta aşağı endi. Kazım ayağa durdu. Söz alıb xitabət kürsüsünə qalxdı.

– Yoldaşlar, bu Kərim kişi ki var, köhnənin araqarışdıranıdır. Onun dabbaqda gönünü tanıyıram. Gözümü açandan onu belə görmüşəm.

Elə boş-boş danışır, ortada da heç nə yoxdur. Axı o nəçidir ki, bu iclasda belə çıxış edir? Onun arı-namusu olsa, camaatın gözünə görünməz. Kərim kişi bizim kolxozda ən tənbəl kolxozçudur. Onun heç minimum əməkgünü də yoxdur.

Kazımın xırıltılı səsi klubu ağzına götürdü. Kosaoğlunun yanında oturan prokuror yerində qurcalandı.

– Minumum əməkgünü olmayanları kolxozdan qovmaq qanunidir.

– EIə mən də bunu demək istəyirəm, yoldaş prokuror, Kərim kişi kimilərini kənddən qovmaq lazımdır. Mənim təklifim var: onu nəyinki kolxozdan, lap kənddən çıxartmaq lazımdır.

Yerlərdən səs-küy qalxdı:

– Düzdür, qoy çıxıb getsin.

– Niyə, sözün düzünü deyəni kənddən qovarlar?

– Bircə onu görməzsiniz, camaat qırılmayıb ha.

– Demaqoqdur, materialbazdır.

– Deyəsən, sənin də yağırına toxunur.

Kazımdan sonra hesabdar söz aldı. Kərim kişinin cəmi yetmiş beş əməkgünü olduğunu söylədi. Daha sonra anbardar danışdı. O da Kərim kişini böhtançı adlandırdı. Onu hətta məhkəməyə verməyi təklif etdi.

Zala yenə uğultu düşdü. Nəsib dayı bir neçə dəfə ayağa durmağa məcbur oldu. İndi hamı əl qaldırıb söz istəyirdi. Gözlənilmədən elə bir canlanma əmələ gəlmişdir ki, ağız deyəni qulaq eşitmirdi. "Yaralar təzələnib, qoy ürəklərini boşaltsınlar", - deyə Nəsib dayı düşündü. O yenə camaatı sakitləşdirdi.

– Kim danışmaq istəyir?

– Daha nə danışmaq, hər şey aydındır. Təklifləri səsə qoy, - deyə Kosaoğlu yerindən dilləndi.

Nəsib dayı sakitcə ona cavab verdi:

– Yoldaş Kosaoğlu, bir az səbr elə, qoy camaat sözünü desin.

İclas davam edirdi. İndi də Zeynəb danışırdı:

– Heç kəsin Kərim kişini kolxozdan qovmağa ixtiyarı yoxdur. Onu deyən qulağının dibini görər. Hələ siz gərək ona mükafat verəsiniz ki, qoca ola-ola kolxoza kömək eləyir. Kərim dayının yaşı altmışı ötüb, hökumətimizin də qərarı var. O, işləməməlidir. Amma işləyir! Heç olmasa ildə yetmiş beş əməkgünü alır. Bəs sənin arvadın neçə əməkgünü alır, yoldaş Kosaoğlu, hə? Minimum əməkgünü varmı? Əgər kənddən adam sürgün olunmalıdırsa, birinci sənin arvadını sürmək lazımdır.

Yenə səs-küy qalxdı.

– Düz deyirsən, dilinə qurban olum.

– Ay gözünə dönüm, qız deyil ki, od parçasıdır.

– Od olsa da özünü yandıracaq.

– Yandırmaz!

– Görərsən!

Nərgiz müəllimə diqqətlə Zeynəbə qulaq asırdı. Onun qorxmazlığı, kişi kimi sinəsini gərib danışması müəlliməni valeh etmişdi. O hətta ürəyində Zeynəbə qibtə edirdi: "Kaş ondakı cəsarətin yarısı məndə olaydı. Gör necə də camaatın üzünə şax baxır. Doğrudan da oddür".

Nəsib dayının ürəyi dağa dönmüşdü. İmran isə sakit qıza baxırdı. Bayaqdan azacıq həyəcanlanan aqronom indi Zeynəbi görüb sakitləşmişdi. Camaat nəfəsini çəkib onun sözünə davam etməsini gözləyirdi.

– Mən heç kəsin əvəzinə işləmək İstəmirəm. Qoy hər kəs gəlib normasını becərsin. Bizim kolxoz sədri dinəndə geroyluqdan danışır, elə fikri-zikri odur ki, bir təhər eləyib döşünə ulduz taxsın.

– Bəs sən istəmirsən?

– İstəyirəm, niyə istəmirəm! Ancaq fırıldaqla yox, namusla!

– Nə fırıldaq?

– Bu saat, heç darıxma, hamısını bir-bir ovcuna qoyacağam. Bizim kolxoz sədri hər briqadirə tapşırıb ki, əlavə pambıq əkin ki, planı artıq dolduraq.

– Yalandır! - deyə Kazım yerindən xırıldadı.

– Heç atılıb düşmə, bu saat sübut eləyəcəm. Elə İmranla Kosaoğlunun davası da bunun üstündədir. O deyir artıq yer əkəcəm, İmran deyir qoymaram, elədirmi?

İmrandan qabaq traktorçu Əli dilləndi:

– Düzdür, mən özüm bu işin şahidiyəm.

– Bax, mən bu cür qəhrəmanlığı istəmirəm, yoldaş Kosaoğlu.

– İstəmirsən, istəmə. Elə bir-ikisi səni geroyluğa təqdim edirdi.

– Sənin kimilərinin təqdimi də lazım deyil. Amma bir yolluq başa düş, daha bəsdir, əvvəlcə öz gözündəki tiri gör, sonra xalqın gözündə tük axtar.

Kosaoğlu özündən çıxmışdı. Hirsindən az qalırdı stolun üstündəki qrafini götürüb qızın başına çırpsın. "Çəpərin dilinə bir bax! Təqsir məndədir, sənin dilini kökündən niyə qopartmıram ki, sən də belə edirsən. Yaxşı, borc olsun".

Nəhayət, İmrana söz verdilər. O, təmkinlə ayağa durdu. Xitabət kürsüsünə yaxınlaşdı:

– Mən sözümü Zeynəbin toxunduğu məsələdən başlamaq istəyirəm. Bizim kolxozda plandan əlavə artıq pambıq əkilmişdır. Bu işin müqəssirləri cəzalanmalıdır.

– Ortaya başqa söz salma, əvvəlcə cavab ver görək bizim bu pulları niyə MTS-in hesabına keçirdibsən? - deyə küncdə oturmuş bir kolxozçu İmranın sözünü kəsdi.

İmran sualı başa düşmədi:

– Hansı pulu?

– Hökumətin verdiyi avans pulunu.

– Avans pulunu heç kəs MTS-ə verməyib və belə bir qanun da yoxdur.

– Bəs onda nə üçün bizim hərəmizdən beş yüz manat pul tutublar?

– Kim?

– Bilmirəm. Deyirlər sən eləmisən.

– Elədir. Məndən də tutublar.

– Mən də o gündəyəm.

– Ə, nə olsun. Özümüz razılaşıb vermişik.

– Yalandı, zorla qol çəkdiriblər.

– Xahiş edirik bu məsələni aydınlaşdırasan.

– Mənim heç nədən xəbərim yoxdur.

– İndi biz kimə inanaq, sənə, yoxsa Kosaoğluna?

– Kim düz deyirsə, ona.

– O pulları MTS-ə yox, traktorçulara vermişik, - deyə anbardar yerindən dilləndi.

– Hansı traktorçulara?

– MTS-in traktorçularına verdik ki, yeri yaxşı əkib səpsinlər.

– Yalandır! - traktorçu Əli arxadan dilləndi. Camaatı yara-yara irəli keçdi. Anbardarla qabaq-qabağa dayandı. - Bu sənin üzün, bu da mənim, de görüm, bizə nə vaxt pul veribsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

III fəsil, 2

Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.

19953 мин
III fəsil, 3

Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.

199515 мин
III fəsil, 4

Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".

19954 мин
IV fəsil, 1

Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.

19954 мин

Стихи других поэтов