20
Страница 4 из 4 · 75%
Camaat evə dağılanda gecə yarıdan keçmişdi.
Şoferin yanında əyləşən prokuror qaşqabaqlı halda papiros çəkirdi. O, iclasdan narazı qalmışdı. Ürəyində öz-özünü danlayırdı: "Kosaoğlunun sözünə baxıb kəndə nahaq gəldim. Bundan sonra camaat arasında mənim nə nüfuzum ola bilər?.."
O, kəndə gələndə elə zənn etmişdi ki, rəyasət heyətində görünən kimi camaat qorxuya düşəcək, "prokurorun sözündən çıxmaq olmaz" - deyə onunla hesablaşacaq. O, isə arabir söz atacaq, iclasın gedişinə istiqamət verəcək. beləliklə hər şey qaydaya düşəcək, Kosaoğlu istədiyi adamları əzəcəkdir. Lakin prokurora məhəl qoymadılar.
Arxada, Kazımla yanaşı oturan Kosaoğlu da fikirli idi. O da özünü danlayır, işləri yaxşı qura bilmədiyinə heyfsilənirdi. "Mən bu dağı sinəmdə qoymaram. Onları bircə-bircə dənləmək mənim boynuma. Sən bir o Nəsibə bax, xəlvəti iş görür, ayağımın altını eşir, başına adam toplayır. Gör nə günə qalmışam ki, lüt Kərim də mənim üstümə ayaq alır! Yox, Kosaoğlu, bu işi belə qoymaq olmaz. - O, şoferin yanında dinməz-söyləməz oturan prokurora baxdı. - Bu niyə mısmırığını sallayıb? Özünü də elə çəkir, deyəsən qırx eşşəyi sağına gəlir. Evə də getmir. Eh, neyləyim, əlacım yoxdur. Yoxsa heç sənin üzünə də tüpürmərəm".
Əsədov bu rayona təyin ediləndən sonra Kosaoğlunu ələ keçirmək üçün xeyli fikirləşmişdi. "Yağlı sədrə oxşayır. Onu bir təhər cəngimə sala bilsəm, yeməyimiz-içməyimiz pis olmaz" - deyə düşünmüş və istədiyinə nail olmuşdu.
Bir dəfə onlar qonaqlıqda yanaşı oturmuşdular. Kosaoğlu kirvə olduğu bu evdə heç kəsi saymır, tez-tez sağlıq deyir, əlindəki bədəni yuxarı qaldırıb məclisdəkilərə meydan oxuyurdu.
Əsədov gözaltı onu süzürdü.
Gecə yarıya yaxın Kosaoğlu lap qızışdı. Pencəyini soyunub köynəyinin qolunu çirmədi. Əsədovun gözü onun sol biləyinə sataşdı. Əvvəlcə bu güllə yarasına əhəmiyyət vermədi. Ancaq evə qayıdandan sonra onun beynində çox qəribə bir fikir doğdu. "Bəlkə baş tutdu" - deyə fikirləşdi.
Bir neçə gündən sonra o, Kosaoğlunu yanına çağırtdırdı. Kabinetin qapı və pəncərəsini örtüb qaşqabağını salladı. Kosaoğlu ilə üzbəüz oturub gözünü onun gözünə zillədi. Sükut xeyli çəkdi. Kosaoğlu bir qədər narahat olsa da, özünü sındırmadı.
– Ə, pişik kimi marıtdayıb üzümə niyə baxırsan? Məni yeməyəcəksən ha?
Əsodov halını pozmadan, yavaşca dilləndi:
– Köynəyinin qolunu aç.
Kosaoğlunun bədəninə üşütmə düşdü. Bu hal prokurorun gözündən yayınmadı. O, təmkinlə sualını təkrar edəndə Kosaoğlu özünü sakit göstərməyə çalışaraq ayağa durdu:
– Get özünə iş tap, bala, mənim sənnən oynamağa vaxtım yoxdur.
Onun bu cür soyuqqanlı cavab verməsi Əsədovu çaşdırdısa da, oyunu davam etdirməyi lazım bildi. Qapıya yaxınlaşan Kosaoğlunun üstünə qışqırdı:
– Dayan, sən dustaqsan!
Kosaoğlu geri döndü. Əsədov səsini alçaltdı:
– Əyləş.
Kosaoğlu itaət etdi. Pn)kuror papiros yandırdı.
– Qolunu aç.
– Axı niyə?
– Sonra bilərsən.
Kosaoğlu astaca köynəyinin düymələrini açdı. Əsodov onun bar-raaqlarmı titrədiyini gördü.
– Tuapsedə yaralanınışam.
– Bilirəm. Özü do rayonumuzdakı qospitalda yatıbsan. Xəstəxana-ya gəlınəzdən əvvəl gecə evinizə də gedibsən.
^a 180 ıs<
– Bunları sən hardan büirsən?
Əsodov Kosaoğlunun sifətinə baxıb acı-acı gülümsədi.
– Köynəyinin qolunu aşağı sala bilərsən.
Kosaoğlunun gözünə qaranlıq çökdü. Başı hərləndi. Amma özünü tez toxtatdı. Əsədov stolun siyirməsindən bir kağız çıxardıb oxudu və astadan:
– Fakt yoxlanılıb, bizə hər şey məlumdur, - dedi.
Kosaoğlunun rəngi ölü rəngi kimi saraldı. Əsədov gördü ki, o, stuldan qalxmaq istəyir, amma dizlərində taqət yoxdur. Kosaoğlu ancaq bunu deyə bildi:
– İgid basdığını kəsməz, Əsədov.
Əsədov dərindən nəfəs alıb gülümsündü...
O gündən onlar dost oldular.
İndi Kosaoğlu maşında oturub hirsli-hirsli prokurora baxırdı.
İclasdan sonra o, Əsədovun qoluna girib "gedək evə, - demişdi, - bir əmliyim də var. Xeyli vaxtdır kabab yemirik". Prokuror razı olmamışdı. İş belə olanda Kosaoğlu maşını qapıdan sürdürmüşdü. Kazım bir dəqiqədə əmliyin ayaqlarını bağlayıb maşına qoymuşdu.
– Bizim evdə yemədik, sizdə yeyərik, - deyə Kosaoğlu izah etmişdi. O, Kazımı da özü ilə aparırdı ki, orda lazım olar.
Kazım büzüşüb maşının küncünə qısılmışdı. Bu saat onun gözünə heç nə görünmürdü. Dərd onu aparmışdı. Neçə il idi ki, kənddə əməlli-başlı dolanırdı. Altında at, hara istəsə gedir, kimi istəsə çağırıb işə göndərirdi. O hər səhər kənd arası ilə at çapıb idarəyə gedəndə, yaxud da çöldən evə qayıdanda elə bilirdi ki, dünya ayağının altındadır.
...Kazım fikirləşdikcə gözünün qabağında Zeynəb dayanırdı. "Bütün işlərin kökü ondadır. Suyu bulandıran odur. O olmasa, bəlkə heç İmranın da arası mənimlə dəyməzdi. Pambığın da üstü açılmazdı. Briqadirlikdən də çıxarılmazdım. Qız ola-ola gör mənim başıma nə oyun açır! Yaxşı, Zeynəb, borc olsun. Mən bu qisası yerdə qoysam, kişi deyiləm".
Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü.
– Ay Kosaoğlu, bir az siyasətlə iş görmək lazımdır. Belə getsə, özünü də, məni də biabır elərsən! A kişi, niyə hər şeyi ümumi iclasa qoyursan ki, onlar da sənin əleyhinə qərar çıxardırlar?! İndi nə qayıracaqsan?
– Ə, işində ol, elə qərarları çox görmüşəm. Nə qərarbazlıqdır! Qərar mənəm. Onlara bir toy tutacam ki!..
– Bugünkü kimimi?
Kosaoğlu bir az tutuldu.
– Yox, bu gün səhv elədim.
– Əlbəttə, - deyə prokuror davam etdi: - Gərək hər şeyi maddəyə salasan. Bir akt, üç-dörd adamın da qolu. Sən bunları düzəlt mənə ver, sonrası ilə işin olmasm. Yoxsa məsələ səs-küyə düşüb raykomdakıların qulağına çatar. Onda nə sən bir iş görə bilərsən, nə də mən. Amma əl altdan üç-dörd adamı yola salsan, camaatın da gözü qorxar.
– Elədir, - deyə Kosaoğlu mızıldandı. - Onları bir-bir dənləmək lazımdır.
O yanında dinməz-söyləməz oturan Kazımı dürtmələdi.
– Ə, sənə nə olub?
– Nə olacaq, - Kazım incik halda dilləndi, - yeri əkdirdin, dara düşəndə də yıxdın mənim üstümə. İndi tutub basacaqlar dama.
– Ə, mən ölməmişəm ha! Dalında dağ kimi durmuşam. Lap qırx arşın quyunun dibinə də düşsən, çəkib çıxardaram. Vay o gündən ki, mənim işim dara düşə, onda sən məndən qabaq gedəcəksən. Başa düşdünmü, ay səfeh!
Kazım bir az ürəkləndi. Xeyli sükutdan sonra prokuror geri döndü:
– O qız kimdir?
– Hansı qız?
– Zeynəbdir, nədir, onun əri-zadı varmı?
– Yox, a kişi, nə ər? Yetim qızdır. Deyəsən ağranoma şırvanır.
– Onda işiniz düzələr ki.
Bu söhbət Kazımın yadına yenə Zeynəbi saldı. Birdən onun beynində qəribə bir fikir əmələ gəldi. Kazımın gözləri parıldadı.
– Onun öhdəsindən yaxşı gələrəm, amma Qurban qağamdan qorxuram.
– Ə, mən sənin əlini-ayağını tutmuşam? Nə bacarırsan elə, istəyirsən lap qolundan yapış, apar evinə. Bizim də qulağımız dincəlsin.
– Razı olmur.
– Razı sal.
– Nə təhər?
– Bunun təhəri yoxdur ki. Gecənin birində kəs qabağını, əlini-ayağını sarı, apar evə. Ondan sonra ha çığırsın, harayına kim çatacaq?
"Ağıllı sözdür, - deyə Kazım düşündü, - aparacam evə. Üç-dörd gün saxlayacam. Sonra da dalına bir təpik vurub qovacam. Qoy biabır olsun. Ondan sonra onun üzünə heç tüpürən də olmayacaq. Heç İmran özü də ona yaxın durmayacaq".
– Axı, yoldaş prokuror məsuliyyətə çəkər.
– Qorxma, elə şeylər mənim boynuma. Təki səndə kişilik olsun.
– Çox sağ ol, prokuror qağa.
– Ağlabatan sözdür, - Kosaoğlu yenidən dilləndi. - Sonra da o birilərinə əncam çəkərik.
– Mütləq! - deyə prokuror qətiyyətlə bildirdi. - Elə barmaq keçirməyə balaca yer tapdım, o dəqiqə sanksiya verəcəm. Belə şeylər çətin deyil. Ancaq gərək siyasətin ola. Qoy işləsinlər, sən də üzdə özünü dost göstər. Kolxozun işi nə qədər irəli getsə, sənin adınadır. Dəymə, qoy işləsinlər. Amma yatma...
– Axı onların dediyi ilə getsək acından ölərik!
Maşın körpünü keçib şəhərə girdi. Onlar susurdular. Prokuror papiros çəkirdi. Kosaoğlu şəhərin küçələrinə baxıb düşünürdü: "Onları bir-bir dənləyib, kolxozu təmizləmək lazımdır..."
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-20
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
III fəsil, 3Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
IV fəsil, 1Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.
Стихи других поэтов
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
KömürlənərMərd döyüşəndə namərd qaçar,Dağlar kömür kömürlənər
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,