Страница 2 из 3 · 33%

– Yəqin kəndimizdə sənə də bu cür şer qoşan qız var.

– Hələ ki, şer qoşulası bir iş görməmişəm.

Rəhmətliyin oğlu, qız neyliyir sənin işini? Görür yaxşı oğlansan, demək qurtardı. İndi sən kimdən askiksən? Kəndimizdə kimi istəsən sənə gələr. Ürəyini sıxma, özüm burda deyiləmmi? Havaxt toy eləmək istəsən, mən hazır.

– Qurban qağa, - deyə İmran utana-utana cavab verdi, - hələ toydan əvvəl görüləsi işlərimiz çoxdur.

Kosaoğlu azacıq fikrə getdi.

– Düz deyirsən, bala, əvvəla, gərək ev-eşiyi sahmana salasan. Atan çoxdan rəhmətə gedib. Anan da ki, neyləsin, qoca arvaddır. Səni ancaq oxutdu. Amma ükir eləmə. Özün bilirsən ki, hökumətimiz qərar çıxarıb ki, ağranomlara kənddə ev-eşik tikilsin. İndi sən də bizim ağranomumuzsan. Gərək hökumətin qərarını yerinə yetirək. Bir də, sən özgə deyilsən ki, öz uşağımızsan...

– Çox sağ olun, mənə ev lazım deyil.

– Niyə lazım deyil? Bir sağmal inək də verərik,

– İnəyimiz var. Evimiz də ki, pis deyil, hələlik dolanarıq. Sonrasına baxarıq.

– Bunun sonrası yoxdur ki... Yoxsa kəndimizi bəyənmədin, ə? Bəlkə çıxıb getmək fikrindəsən, elə ona görə ev-eşiyə yapışmaq istəmirsən?

– Yox. Qurban ağa, mən heç yana gedən deyiləm. Gəlmişəm, burda da işləyəcəm. Amma kəndimiz doğrudan da xoşuma gəlmir.

– Niyə? Hamı bizim kolxozu, bizim kəndi tərifləyir, nə oldu ki, sən bəyənmədin? - Kosaoğlu yavaş-yavaş əsəbiləşdiyini və səsini ucaltdığını duymadı.

İmran isə çox soyuqqanlılıqla dedi: - Mən də elə onu bilmirəm ki, bizim nəyimizi tərifləyirlər?

– Necə nəyimizi, bala? Planı hamıdan qabaq yerinə yetiririk, hamıdan çox bizim kolxoz mükafat alır. Biz milyoner olmuşuq.

– Bütün bunların faydası azdır. Qonşuluğumuzdakı kəndlərin çoxu bizdən az qazanır, amma yaxşı dolanır. Bizdə isə köhnə hamam, köhnə tas.

– Bəs sən nə istəyirsən, oğul?

– Çox şey!.. Deyin görüm... Bax, kolxoz plan doldurur, mükafat alır, camaat gecə-gündüz əlləşir, nədən ötrü? Hökumətimiz kənd haqqında bu qədər qərar çıxardır, maşınlar buraxır, kənd təsərrüfatını mexanikləşdirir. Bunların hamısı kimdən və nədən ötrüdür?

Sual, əlbəttə, çox adi sual idi. Kosaoğlu qarnı qalxa-qalxa güldü.

– A bala, bunların hamısı plandan ötrüdür. Bəs sən hələ bunları bilmirsənmi? Doğrudan da uşaqsan. Hamısı ondan ötrüdür ki, plan dolsun, hökumətə də, camaata da plan lazımdır. Plan doldu, hamının gözünün işığısan. Dolmadı, hamının səndən zəhləsi gedəcək.

– Demək, planı doldurdun, hər şey qurtardı?

– Bəs nə?

– Yox, Qurban qağa, elə dörd burasındadır ki, biz nədən ötrü işlə-diyimizi yaxşı bilmirik. Belə getsə, kommunizmə keçə bilmərik.

– Ele keçəcəyik ki!.. Lap oğul balası kimi. Özü ds hamıdan qabaq mənim kolxozum keçəcək. Kommunizmi əvvəlcə mən quracam.

İmran özünü gülməkdən saxlaya bilmədi.

– Necə keçəcəksən?

– Lap hava kimi. - O ciddi bir kəşf etmiş kimi İmrana doğru əyildi.

– Kommunizmə keçmeym birinci şərti odur ki, kolxozçu gərək qapı-bacadan, mal-qaradan əl çəksin. Elədirmi?

İmran dinmədi. Kosaoğlu əlini döşünə vurdu:

– Bax, əgər mən istəsəm, elə günü sabahdan hamı mal-qaranı gətirib kolxoza verər. Xüsusi mülkiyyətdən əl çəkər.

İmran maraqlandı:

– Nə təhər elərsən?

– Bu sirdir, heç kəsə demərəm, - Kosaoğlu özünü çəkdi.

– Burda heç bir sirr olmamalıdır. Ümumi qayda-qanun var.

– Ümumi qanun öz yerində, Kosaoğlunun qanunu öz yerində, bildin?

– Mən bircə şeyi bilirəm ki, bizim kolxozda bu mümkün deyil.

– Məni hirsləndirmə. Sabah briqadirlərə tapşıraram, norma mallarını kolxozun yerində otarmağa qoymazlar. Görüm onda malları necə saxlayacaqlar? Ot-ələf də olmayanda malı qırmayacaqlar ki? Əlacları kəsiləndə qulağından tutub özləri könüllü gətirib fermaya təhvil verəcəklər.

Əvvəlcə İmrana elə gəldi ki, Kosaoğlu zarafat eləyir. Lakin sədrin qürurla, İmranı yuxarıdan-aşağıya kinayə ilə süzməsi göstərdi ki, o heç də zarafat eləmir; bu onun qənaəddir və imkan tapsa, elə sabahdan işə başlayar. İmran Kosaoğlunun az savadlı və kobud olduğunu bilirdi, ancaq belə kütlüyünü ağlına gətirmirdi. O bir daha Kosaoğluna baxdı. Sədr gözünü aqronoma zilləyib gülümsünür, sanki "hə, görürsənmi, dünyada nə ağıllı adamlar var!" demək istəyirdi. Birdən İmranı gülmək tutdu. Kosaoğlu da ona qoşuldu. Bayaqdan onlara qulaq asan Şahnaz da özünü gülməkdən saxlaya bilmədi. Süfrəni yığışdırmağa gələn Sayalı təəccüblə dayandı:

Ə, nə olub, otağı başınıza götürübsünüz?

– Heç, - deyib Kosaoğlu üzünü İmrana tutdu. Gördün ki, oğul, işi necə görürlər! Sən Kosaoğlunun kəndçi olmasına baxma, çox oxumuşları yorub yolda qoyar. Kitab oxumaq azdır. Gərək bir az özündə də olsun.

İmran Şahnazın gətirdiyi çayı qabağına çəkib təmkinlə dedi:

– Kitabı oxumaq azdır, gərək oxuduqlarını başa düşəsən, həyata tətbiq eləyəsən. Amma xatirinizə dəyməsin, siz nə kitab oxuyursunuz, nə də deyilənləri başa düşürsünüz, ona görə də qaş qayırdığınız yerdə vurub göz tökürsünüz!

Bayaqdan İmranın onunla razılaşdığını zənn edən Kosaoğlu, birə sancmış kimi yerində qurcalandı.

– Necə?

İmran sözünə sakitcə davam etdi:

– Siz kolxozçuların vəziyyətini yaxşılaşdırmaq əvəzinə, zorakılıq etmək istəyirsiniz. Bu nə nizamnaməyə sığar, nə də qayda-qanuna.

– Demək, mən nizamnaməni bilmirəm, bala? Kosaoğlu saç-saqqalını kolxoz işində ağardıb, indi nə oldu ki, məktəbdən dünən gələn bir uşaq ondan çox bildi? Bugünkü sərçə dünənkinə cip-cip öyrədəcək!

– Sözün düzünü deyəndə acığınız niyə gəlir? Əgər siz qəzetləri oxuyub, partiya və hökumətin qərarlarını yaxşı öyrənsəydiniz, belə sözlər deməzdiniz.

– O qərarlarda nə yazılıb ki, biz bilmirik?

İmran Kosaoğlunun səsindəki istehzanı duyub ciddiləşdi:

– Orda yazılıb ki, kolxoz kolxozçuların norma heyvanlarına örüş və ələf verməlidir.

– Bəs onda onlar xüsusiyyətçilikdən əl çəkərlər?

– Çəkərlər. O bizim necə işləməyimizdən asılıdır.

– Onda bir bizi başa sal görək, necə işləmək lazımdır, yoldaş aqronom?

– Baş üstə, yoldaş sədr, - İmran da kinayəyə kinayə ilə cavab verdi, - gərək elə eləyək ki, kolxozçu qapıda inək saxlamağa ehtiyac hiss eləməsin.

– Bunu nə təhər eləmək olar?

– Var-dövləti artırmaqla. Deyin görüm əməkgününə yağ-pendir paylayıbsınızmı?

– Nə? Yağ-pendir? Başına söz qəhətdir? Ə, o qədər yağ-pendir hardadır ki, hazırlığı da ödəyək, əməkgününə də paylayaq?

– Demək, pis işləyirik. Anbarda yağ da, pendir də, ət də, y umurta da, lap alma-armud da olmalıdır ki, kolxozçular əməkgünə alsınlar. Bax, onda kolxozçu qapı-bacadan əl çəkəcək. İnəyi gətirib kolxoza təhvil verəcək və deyəcək ki, alın bunu məndən, onsuz da hər şeyi hazır alıram. Amma siz neyləmək istəyirsiniz? Kolxozdan heç nə vermirsiniz, normalarını da əllərindən alırsınız. Bəs camaat nəylə dolansın? Sizin belə hərəkətiniz hökumətin, partiyanın siyasətinə ziddir.

– Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Ə, bunları hardan alım?

– Kolxozumuzun ferması varmı? Bağımız varmı?

– Var ey, nə olsun, lap arı yeşiklərimiz də var.

– Çox yaxşı. İndi deyin görüm, yayda bostan əkməyə altmış-yetmiş hektar torpaq ayırmaq olarmı?

– Ə, hardan alım, heç pambıq əkməyə yer çatmır.

– Çatar. Özüm hamısını yoxlamışam. Yarı arxın altında sulu yrr var.

– Onda işin olmasın. O yeri zapas saxlamışam.

– Nə zapas?

Kosaoğlu duruxdu. Əvvəlcə İmranla açıq danışmaq istədi, ancaq etibar eləmədi. "Beləsinə sirr vermək olmaz" - deyə düşündü.

– Nə bilim, dedim, ora qalsın... dincə qoymuşam. Gələn il əkərik, - Kosaoğlu İmranın fikrini yayındırmaq üçün sözü dəyişdi: - Yaxşı, bala, fermanı, bağı nədən ötrü soruşursan'?

İmran fikirli-fikirli cavab verdi:

– Bilmək istəyirəm görüm, bunların məhsulu hara gedir'?

– Necə yəni hara gedir? Hara lazımdırsa, ora da gedir.

– Yox, Qurban qağa, - deyə İmran eyni ciddiyyətlə davam etdi, -biz kolxozçuların zəhmətini itirib-batırırıq. Əgər biz yaxşı işləsək, yağ-pendir bir yana, əməkgünə meyvə də paylarıq. Pismi olar, arı pələklərinin sayını artıraq, əməkgünə bal da bölək'? Toyuq ferması da onun kimi.

– Balam, sən lap kefdən danışırsan...

– Niyə danışmayım? Əlimizdəki imkanlardan niyə istifadə etməyək? Heç gecələr kəndə fikir veribsinizmi?

– Nə olub ki?

– Nə olacaq, günün qulağı batan kimi hamı evə çəkilir. Bir əyləncə yox, kino yox, konsert yox.

– Klubumuz ki, var!

– Elə klub kimə lazımdır? Qapının dabanı çürüyüb, qıfılı pas atıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 17

Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

19578 мин
Üçüncü hissə, 18

Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

19578 мин
Dördüncü hissə, 1

Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.

195710 мин
Dördüncü hissə, 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

195710 мин

Стихи других поэтов