8
Страница 3 из 3 · 67%
– Gedən yoxdur, mən neyləyim?
– Axı nəyə getsinlər, gərək orda bir əyləncə olsun ki, camaat da getsin. Yoxsa boş divarlara tamaşa eləməyəcəklər ki!
Kosaoğlu söhbətin dərinləşdiyini görüb susdu. Fikirli-fikirli çayını qabağına çəkdi. "Bu gədə, deyəsən, hər şeyə başını soxur. Bağ belə gəldi, bostan elə getdi... Onun nəyinə lazımdırki, anbarda yağ-pendir var, ya yox... Ağranomdur, getsin ağranomluğunu eləsin. Əkinində-biçinində olsun, başını dolandırsın. Yoxsa müfəttiş kimi hər şeyi göz qoyur. Yox, deyəsən, bununla ayrı cür danışmaq lazım gələcək. Bəlkə tamahı var? İnsandır, nə desən olar. Belə olsa hər şey düzələr. Amma ürəyini necə bilim? Nə soruşursan axırını gətirib qanuna, qərara çıxardır". O bir az da susdu. Qurtum-qurtum çay içdi.
– Yaxşı, bala, indi sən nə istəyirsən?
– Mənə heç nə lazım deyil, - deyə İmran sakitcə cavab verdi,
– kəndimizdə camaatın dolanacağı yaxşı olsa...
– Olar, olar, - Kosaoğlu onun sözünü kəsdi. - Amma bir şərtim var.
Gərək heç kəs heç kəsin işinə qarışmasın. Bax, sən ağranomsan, get öz işini gör. Pambığını becər. Mən də sədrəm, sədrliyimi eləyim. Yoxsa sən işini-gücünü buraxıb anbar yoxlasan, klubu gəzsən, onda nə sən deyən olar, nə də mən deyən. Gərək hər evin bir başbiləni olsun. Yoxsa dolanmaq olmaz.
– Demək, mən gərək kolxozun başqa işləri ilə maraqlanmayam?
– A bala, səni bura təftiş qəmisyəsi göndürməyiblər ha, - Kosaoğlu söhbəti zarafata salmaq istədi, - nə deyirlər ona qulaq as də.
– Yox, mən onu bacarmayacam. Kolxozun hər işi mənim işimdir.
– Demək, köhnə bazara təzə nırx qoyacaqsan? – deyə Kosaoğlu ürəyində yığılıb qalan sözləri açıb tökməyə başladı. - Səndən əvvəl ağranom yox idi? Atını minib səhərdən axşama qədər çölləri gəzərdi.
Bir şey lazım olanda da gəlib anbardan alıb aparardı. İlin başında da ki, pulu pul idi, taxılı taxıl. Kefi kök dolanırdı. Bəs sən nə istəyirsən?
Sənə də dolanmaq lazım deyilmi? Ev deyirsən, tikdirək. Taxılın yoxdur, verim. Yağ lazımdır, onu de. Bəs nə gündə lazımıq? Bilirəm, cavan oğlansan, əyər-əskiyin çoxdur. Hələ ev-eşiyini sahmana salmayıbsan.
Gəl əl-ələ verək, işləyək.
– Ə kişi, niyə işləmir, - samovarın yanında oturub çay süzən Sayalı sözə qarışdı. – Özgəsi ha deyil. A bala, ay İmran, and olsun o yeri-göyü yaradana, düz deyirəm. Məktəbi qurtarıb kəndimizə gəldiyini eşidəndə elə sevindik ki, dedim, şükür yaradana, Tükəzban muradına çatdı. Axır ki, İmranı böyüdüb boya-başa yetirdi. Elə Qurban qağan da sevindi. Dünən deyirdi, ay Sayalı, gərək ona kömək eləyək, tək oğlandır, arxa duraq. Allaha and olsun, o səni atadan az istəmir. İndi nə olar, sən də ona oğulluq elə, böyükdür, sözünə bax, məsləhətə yat. Dağ boyda kişidir, sənə söz deyir, sən də uşaqlığına salıb kəcinə çəkirsən.
Ağıllı ol, bala, əl-ələ verin, işləyin,
– Sayalı xala, mən buraya işləməyə gəlmişəm. Nə qədər bacarıram, işləyəcəm. Qaldı ki, mənə hörmət eləməyiniz, çox sağ olun, çox razıyam. Ancaq... - İmran tutulub qızardı, - mənə heç nə lazım deyil.
Özüm özümü dolandıraram.
– Ona kim nə deyir ki...maşallah, sənin tayların üç-dörd ev saxlayır. Ancaq ağzı bir olsanız yaxşıdır.
– Mənə qulaq asmayan xeyir tapmaz, bala, - deyə Kosaoğlu qaş-qabaqlı halda dilləndi. - Yenə deyirəm, köhnə bazara təzə nırx qoyma.
Orda-burda ağzına gələni danışma. Nə qədər ki, burda kolxoz sədri mənəm, mən deyən də olacaq. Eşitdinmi? Səni çağırmaqda da məqsədim odur, deyəm ki, başıni aşağı sal, işində ol. Ağranomsan, ağranomluğunu elə. Daha o yan-bu yana əl atıb, ona-buna qoşulma, sonar peşman olarsan. Gözünü sil, mənə düz bax, mənə Kosaoğlu Qurban deyərlər! Kosaoğlu artıq hədəyə keçmişdi. Qəribə bir vəziyyət əmələ gəlmişdi. Nə qonaq qonağa bənzəyirdi, nə də ev sahibi qonaq sevənə.
İmranın pərt olduğunu görən Şahnaz sözə qarışdı:
– Ay dayı, sən Allah, qoy görək, evdə də iclas açmasan olmur? İmran, sən ona fikir vermə. Dayımın xasiyyətidir. İdarədə o qədər dava salır ki, evdə də dinc dura bilmir.
– Düz deyirsən, a bala, - deyə Sayalı onun sözünü təsdiq etdi, - bu kişi lap xarab olub. Patefondan-zaddan oxutdur.
Şahnaz dərhal valları İmranın qabağına tökdü.
– Yaxşı havalardan seç.
Lakin Şahnazın səyi hədər idi.
İmran durub paltosunu geydi. Bununla belə, Şahnaz yenə geri çəkilmədi, qapının ağzında sinəsini qabağa verib onun yolunu kəsdi.
– İti açmışam, heç yerə gedə bilməzsən.
İmran qızın yanından keçib həyətə çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-8
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?
Üçüncü hissə, 18Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.
Dördüncü hissə, 1Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Dördüncü hissə, 2Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.
Стихи других поэтов
Qələmələr gümüşü,Yollar isə dolayı.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Aşıq Valehlə Məsum Əfəndinin deyişməsiMəsum ƏfəndiKəndinə laf edib, şairəm deyən,
KişilərBiz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.