Страница 4 из 7 · 43%

Necə ki, mərhum yazır: "İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm və biri fərəh. Ağlamaq--əlaməti-qəm olduğu kimi, gülmək də əlaməti fərəhdir. İnsana bir müsibət üz verəndə qəmnak olur, əgər müsibət ağır isə ağlayır və biləks, ona bir şadlıq və fərəh üz verəndə gülür və könlü açılır. İnsanın gülməyinə və ağlamağına fərəhin və müsibətlərin təqrir və təhriri dəxi səbəb ola bilər. Təqrir və təhrir surətində giryə və xəndəyə ümdə müəssir vəzi-hekayətdir. Əksər övqat namərğub vəz ilə zikr olunan müsibətdən adam mütəəssir olmaz və lakin haman müsibət özgə pəsəndidə vəz ilə nəql olunduqda kəmayənbəği təsir bağışlar, necə ki, naqis və kamil mərsiyəxanların məclislərində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik. Əgər nəqli-müsibət və ya behcət təbai və əxlaqi-bəşəriyyəni kəmafilvaqe [bəyan] etmək ilə təbiəti-müstəmiə məqbul və müəssir dusdu, haman nəqlin vazeinə və musənnifinə həkimi-rovsənrəvan və arifi-təbaeyi-insani deyərlər və naqilinə suxənguyi-qabil...."

Burada naqili-süxənguy və raviyi-şirinməqal ilə bizim işimiz olmuyub da, müsənnifi haqqında, yəni mərhum Mirzə Fətəli barəsində kamali-cürət ilə deyə bilərik ki, onun komediyalarını oxuduqda bizə yəqinlik hasil olur ki, bunların müsənnifi əlhəqq "həkimi-rövşənrəvan və arifi-təbaeyi-insanidir". Çünki bizim komediya yazanların heç biri Mirzə Fətəli kimi nə ürəkdən güldürür və nə də doğrudan ağladır. Bu məharət və qabiliyyət və təbaeyi-insana bələdiyyət ancaq o mərhumun komediyalarında görünür. Mərhumun dramnəvislikdə izhar qıldığı mərifət və kamal doğrudan da vəsfə gələsi deyil. Onun təmsilatından hansı birisini ələ alıb oxuduqda, olduğumuz övza və zamanı bilaixtiyar unudub, özümüzü Mirzəyi-mərhumun yazdığı zamanda, vəsf qıldığı övza və dəsgahın içində dərk edirik, əfradi-məclis guya bir-bir gözümüzün önündən və əlvan libaslarında gəlib keçirlər. Biz onların hərəkət və sükunatını, necə ki, var, müşahidə edirik, danışdıqları söhbəti eşidib, gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq.

Timsal üçün Axundovun baş komediyası hesab olunan "Sərgüzəşti-mərdi-xəsis" adlı təmsilatı ilə ki, başqa ibarə ilə "Hacı Qara" adlanır, oxucularımızı tanış edib, Hacı Qaranın qaçaqlığa getməkdən qabaq arvadı Tükəz ilə danışdığı söhbəti necə ki, var--məqamında yazırıq! Bu əcibə komediyanın keyfiyyəti beş məclisdə bəyan olunur.

Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar böyük bir palıd ağacının dibində, aydınlıq gecədə. Heydər bəy yoldaşları ilə bir yerdə istəyir gedib nişanlısı Sona xanımı götürüb qaçsın. Bu barədə Səfər bəy ilə danışır.

Heydər bəy qoçaq bir oğlandır ki, öz el və obasının içində igid adlanır, dava-döyüşdə, soyquntu və basqıntıda ad çıxarıbdır. Amma onun pulu yoxdur ki, toy edib, nişanlısı Sona xanımı gətirsin. Heydər bəy təəssüflə keçmiş zamanı yadına salıb deyir: "Hanı o gözəl vaxtlar ki, hər ayda bir karvan çapmaq, bir ordu dağıtmaq olurdu. İndi nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü. Əgər qoşuna getmək istəsən də gərək çıplaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmət ilə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq və bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı osmanlı və qızılbaş döyüşü ki, bir vaxt Qarabağı qızıl-gümüşə boyamışdı. Belə bir döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən olum, bir hünər göstərim ki, Rüstəmi-dastan da göstərməmiş olsun".

Sonra naçalnikin ona etdiyi buyruğu yadına salıb deyir: "Qulaq as, gör naçalnik mənə nə deyir: "Heydər bəy, rahat otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə!" Peşiman olub dedim ki, bu əmrə biz də rağib deyilik. Amma siz cənaba lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Naçalnik mənə deyir ki: "Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə".

Naçalnikin bu təklifi Heydər bəyin damağına bərk dəyir və o, Səfər bəyə şikayət təriqi ilə deyir: "Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya lənbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm!"

Heydər bəyə yoldaşı Səfər bəy məsləhət görür ki, Sona xanımı götürüb qaçsın və toy xərci aralıqda itsin. Bu xüsusda Heydər bəy dostu Əsgər bəyi də məsləhətə çağırıb imiş ki, məsləhət olsa, gedib bir yerdə Sona xanımı götürüb qaçsınlar. Amma bu işdə Heydər bəyin könlü yoxdur. Əvvələn, ehtiyat edir ki, qızın ata və anası gedib naçalnikə ondan şikayət eləsinlər və o yenə təzədən qaçaq düşsün və saniyən, Heydər bəy tay-tuşun və el-obanın tənindən qorxur ki, desinlər Qurban bəyin oğlu toy etməyə pul tapmayıb, öz nişanlısını götürüb qaçdı.

Əsgər bəy də qızı götürüb qaçmağı yoldaşının şəninə layiq görmür. Onun məsləhəti ilə sözü bir yerə qoyurlar ki, ağcabədili Hacı Qaradan müamiləsi ilə pul götürüb, gedib İrandan qaçaq malı gətirsinlər və onun qazancı ilə toy eləsinlər. Bu məsləhəti Heydər bəy öz nişanlısı Sona xanıma deyir. Heydər bəyin sözləri əvvəlcə Sona xanımın əqlinə yerləşmir ki, onun pulu olmaya-olmaya qaçaq malını nə ilə alacaqdır və təkid edir ki, haman gecə onu götürüb qaçsın. Amma sonradan anasının səsini eşidib, tələsik Heydər bəy ilə ayrılır və onun qaçaq malı almağa getməyinə razı olur.

İkinci məclis vaqe olur Ağcabədi kəndində. Xəsis Hacı Qara dükanında oturub, bazarın kəsadlığından və malın satılmadığından şikayət edir. Şuşa qalasında ona çit, qədək, bez satanın qarasınca söylənib, ağzına gələn nifrin və bədduanı haqqında edir ki, ona çürük mal satıbdır. Bu halda Heydər bəy yoldaşları ilə Hacının yanına məlum mətləbdən ötəri gəlirlər. Hacı Qara onları müştəri hesab edib sevinir və neçə dəqiqə bundan irəli pislədiyi çürük malı başlayır tərif etməyə. Əsgər bəy deyir ki, biz parça almağa gəlməmişik, başqa bir mətləbdən ötrü gəlmişik. Bu sözlərdən xəsis Hacı məyus və mükəddər olub, istəyir ki, bir növ bunları başından rədd eləsin. Sonra mətləbdən xəbərdar olub və az vaxtın içində yüz manat qazanc etmək sözünü eşidib sevinir və bəylərin təklifini qəbul edir. Hacı özü də onlar ilə Təbrizdən qaçaq malı almaq fikrinə düşür və sözü bu məqamda qoyurlar ki, hazırlaşsınlar və Hacı lazım olan qədər pul götürsün ki, haman gecə yola düşsünlər. Hacı Qara cəld dükanı bağlayıb evinə gəlir. Əlində açar sandığın ağzını açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb, əlahiddə kisələrə qoyur. Sonra gedir tüfəng-tapancasını, xəncərini, qılıncını gətirir yığır qabağına. Bu halda arvadı Tükəz yetişir.

T ü k ə z--A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?
H a c ı Q a r a--Səfərim var, yola çıxacağam.
T ü k ə z--De görüm, hara gedəcəksən?
H a c ı Q a r a--Sənə deməli deyil.
T ü k ə z--Necə, deməli deyil? Quldurluğa ki getmirsən, məndən gizliyirsən?
H a c ı Q a r a--Elə bir elə zaddır.
T ü k ə z--Bəs elə zad isə heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır).
H a c ı Q a r a--Dükanı allah batırsın, malı yoxa çıxsın, satılır məgər? Qoymazsan başımın çarəsin görüm?
T ü k ə z--A kişi, başına nə gəlibdir ki, çarəsin görəsən? Nə danışırsan?
H a c ı Q a r a--Dəxi nə gələcək, evim yıxılıb gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir!
T ü k ə z--Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə eyləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən?
H a c ı Q a r a--Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! (Əlini uzadıb tüfəng, tapancanı dartıb alır).
T ü k ə z--Yəni sən bu yaraqları qurşanıb, olar ilə adam qorxudacaqsan? Bu tüfəng, tapancanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmaram. Torpaq sənin başına! (İki əlli başına qarıyır).
H a c ı Q a r a--Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün. İtil burdan!.
T ü k ə z--Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm. De görüm hara gedirsən?
H a c ı Q a r a--Cəhənnəmə, gora! Əl çəkməzsən?! Nə istəyirsən məndən?
T ü k ə z--Kaş, cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi, toy-bayram edim. Çifayda, əzrailin yolu yumrulsun, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır.
H a c ı Q a r a--Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə zərər yetirməmişəm. Mən niyə murdar oluram?
T ü k ə z--Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən. Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib içirsən, nə ailənə məsrəf edirsən. Sən ölsən heç olmasa arvad-uşağın doyunca çörək yeyər.
H a c ı Q a r a--Arvad-uşaq zəhirmar yesin!
T ü k ə z--Sənin evində zəhirmar da tapılmaz. Olsaydı onu da qıyıb bizə verməzdin....

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Yusif Nabi

Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:

192520 мин
Ağahüseyn "Arif" təxəllüs

Məhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.

19252 мин
Ağabağır

Yusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:Bir belə mövsümdə, bahar çağdə

19251 мин
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs

Mərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.

192527 мин

Стихи других поэтов