Страница 3 из 4 · 50%

Usta Əliş

Fərhad Kamalovu yaxşı tanısaydınız, bu sözləri deməzdiniz. Respublika prokurorluğunda mühüm işlər üzrə müstəntiqdir. O, heç nəyi dolaşıq salmır. Əksinə, ən dolaşıq düyünləri açmaqda mahirdir.

Bədəl

Bu fani dünyanın bütün işləri dolaşıqdır. Deyirəm, gedək. Bu cür qan qaraltısından sonra boğazımızdan heç nə ötməz... Eh, Əfqanıstanın padşahı ola bilmədik.

Qonaqlardan bəzisi durub getməyə hazırlaşır.

Əmin

Tələsməyin. Kərim dayı qayıdır.

Usta Əliş

Düzdür, qayıdır, amma rəngi-rufu özündə deyil.

Kərim (çox məyus bir görkəmlə gəlir. Məclisin dağılmağa başladığını görüncə özünü ələ almağa çalışaraq)

Hara, dostlar? Əyləşin! Kim məni istəyirsə, bu halal süfrəmizi öz süfrəsi bilsin.

Fərman

Kərim dayı, axı, o nə istəyir?

Kərim

Deyir ki, mən ondan xəbərsiz heç yana getməməliyəm.

Fərman

Nə üçün?

Əmin (tutularaq)

Sual-cavab sonraya qalsın. Götürün qədəhləri!..

Bədəl (narahatlığını gizlədə bilməyərək)

Kərim qağa, ucdanqulaqdan bir söz demədi?

Kərim

Bu barədə sonra danışarıq...

Bədəl

Əvvəlcədən bilsək pis olar?

Hamı Rəhimliyə baxıb cavab gözləyir.

Kərim

Fabrikdəki yanğın əhvalatını təzədən yoxlayacaq. Belə görünür ki, Cəlal Qaşqay ərizə verib.

Əmin

Necə yəni təzədən? İl yarım bundan əvvəl məhkəmə olub, hökm çıxıb. Cani həbsdədir!.. İndi nəyi yoxlayacaq? Niyə yoxlayacaq? Necə yoxlayacaq?

İkinci şəkil

Kiçik bir otaq. Tək stol. Üç stul. Otağın həyətə açılan pəncərəsindən meyvə ağaclarının çiçəkli budaqları görünür. Kamalov və Rəhimli. Çoxdan başlanmış sual-cavab davam edir.

Kərim

Siz elə danışırsınız ki, guya fabrikin yanmağında müqəssir mənəm.

Fərhad

Xeyr, sizi təqsirləndirmək üçün əlimdə əsas yoxdur.

Kərim

Canım-gözüm, bəs niyə mənimlə belə tünd danışırsınız? Axı, bilmək olmazmı bu həngamə nədən ötrüdür?

Fərhad

Vətəndaş, Rəhimli, sualları mən verirəm. İstintaqın qaydasını pozmayın. Belə getsə, tək mənim yox, elə sizin də vəziyyətiniz ağırlaşa bilər. Sizdən yalnız bir tələbim var.

Kərim

Mənim də sizdən bir xahişim var: qızımı bu işə qarışdırmayın.

Fərhad

Bu mümkün deyil.

Kərim

Nə üçün?

Fərhad

Dedim ki, sualı mən verəcəyəm! Siz Rəfiqə xanımın Cəlal Qaşqayı sevdiyini bilmirdiniz?

Pauza

Kərim

Xeyr, bilmirdim. Bunu sizdən eşidirəm.

Fərhad

Fikirləşin. Bəlkə yadınıza düşdü. Mən tələsmirəm

Pauza

Nahaq əyləşmirsiniz. Sizə əziyyət olar.

Kərim

Yorulmamışam. Lazım deyil... Yenə təkrar eləyirəm: mənim bundan xəbərim yoxdur. Siz yanılırsınız. Rəfiqə, Qaşqayı hansı məziyyətlərinə görə sevməli idi? Dövlətə bu qədər ziyan vurmuş adamı mənim qızım – Kərim Rəhimlinin qızı necə sevə bilərdi?

Fərhad

Demək, qızınızdan Cəlal Qaşqay barədə heç bir söz eşitməmisiniz?

Kərim

Xeyr, Rəfiqə indi də ürəyini mənə açıb söyləməyə utanır. Bizim aramızda hələ pərdə var.

Fərhad

Bəlkə sizdən qorxur?

Kərim

Niyə qorxur? Cin deyiləm, şeytan deyiləm. Mən ona neyləyirəm ki? Utanır. Çünki ismətlidir, həyalıdır... Əgər doğrusunu bilmək istəyirsinizsə, mən ondan qorxuram.

Fərhad

Niyə ki, axı o da cin deyil, şeytan deyil. Nə üçün qorxursunuz?

Kərim

O mənada qorxuram ki, Rəfiqə səndən də, məndən də ağıllıdır. Ona hər sözümü yüz yol ölçüb-biçəndən sonra deyirəm.

Fərhad

Bu başqa məsələ. Deməli, aranızda pərdə yox, uçurum var.

Kərim

Eh, yoldaş Kamalov, siz mənimlə söz güləşdirirsiniz. O mənim yeganə balamdır. Hələ iki yaşında ikən anası rəhmətə gedib. Mən ona həm ata, həm ana olmuşam. Hansı qonşumuzdan xəbər alsanız, bunu təsdiq eləyə bilər... Bakıda, Tibb İnstitutunda oxuduğu zaman, bir gün də onu korluq çəkməyə qoymamışam... İnsafən o qədər tələbkarlığı da yoxdur. Artıq bəzək-düzəkdən də xoşu gəlməz. Ona hər ay müntəzəm pul göndərərdim. Meyvələrin nübarını özümdən qabaq ona yedirərdim. Hər ay da olmasa, iki aydan bir yanına gedib halını-əhvalını öyrənərdim. Onu bura təyin elətmək üçün, səhiyyə nazirinə düz bir saat dil çıxarıb yalvarmışam. Axı, insaf da dinin yarısıdır. Aramızda niyə uçurum olsun?.. Uçurum... Qəribə sözdür...

Fərhad

Mən dediklərinizin hamısına inanıram. Amma yenə də sualımı cavabsız qoydunuz. Rəfiqə xanımla Qaşqayı heç vaxt bir yerdə görməmisiniz?

Kərim

Xeyr,

Fərhad

Bax, bu sözün doğruluğuna inana bilmirəm.

Kərim

Niyə inanmırsınız? Yoxsa mən boyda kişi saçının bu ağ vaxtında yalan danışır?

Fərhad

Vətəndaş Rəhimli, mən sizə yalançı demədim. Bircə dəqiqə bundan qabaq siz özünüz Rəfiqə xanımı necə böyüdüb, boyabaşa çatdırdığınızı yanıqlı-yanıqlı danışdınız. Məlum oldu ki, siz onun hər addımına göz qoymusunuz, onun əhvali-ruhiyyəsində əmələ gələn ən xırda dəyişikliyə diqqət yetirmisiniz. Elədirmi?

Kərim

Elədir.

Fərhad

Bəs onda necə ola bilər ki, qızınızın məhəbbət macərası sizdən gizli qalsın?.. Mən bir hadisəni sizin yadınıza salmaq istərdim...

Kərim

Nəyi?

Fərhad

Cəlal Qaşqay təzə çeşidləri sizə göstərəndə Rəfiqə xanım ordaydı, ya yox?

Kərim (başını aşağı salıb susur)

Ola bilsin ki, ordaydı... Yaxşı xatirimdə deyil.

Fərhad

Rəfiqə xanım, yəqin ki, bu hadisəni çox gözəl xatırlayır. Bu dəqiqə onu çağırım, gəlsin.

Kərim

Yox, yox! Qızımla məni üzləşdirmək? Qəti etiraz eləyirəm!..

Fərhad

Sakit, vətəndaş Rəhimli, sakit! Sizə də, Rəfiqə xanıma da bir nöqtə qədər ziyan toxunmayacaq. (Qapıya sarı gedir, birdən Rəhimliyə üz tutaraq) Lakin şərtim var.

Kərim

Nə şərt?

Fərhad

Ona təzyiq göstərməməlisiniz! (Qapını açaraq) Rəfiqə xanım, bura zəhmət çəkin.

Rəfiqə (gəlir)

Buyurun.

Fərhad

Bilirəm ki, xəstəniz ağır vəziyyətdədir. Getməyə tələsirsiniz. Mən sizi çox saxlamayacağam. Əyləşin! Hələlik məni bir məsələ maraqlandırır: Cəlal Qaşqayla nə vaxt tanış olmusunuz?

Rəfiqə

Yoldaş Kamalov, fabrikin yanmasının buna nə dəxli var?

Fərhad

Bəli, bunun yanğına bilavasitə dəxli yoxdur. Ancaq vətəndaş Qaşqayın taleyini aydınlaşdırmaq üçün mən bu faktı mütləq öyrənməliyəm. Axı siz onu sevmisiniz...

Kərim

Sevmisən, qızım?

Fərhad

Şərtimizi unutmayın, vətəndaş Rəhimli. (Rəfiqəyə) Sualıma cavab verin.

Kərim

Gördünüzmü o dinmir?

Fərhad

Rəfiqə xanım, buyurun cavab verin.

Pauza

Kərim

Yoldaş Kamalov, şahid suala cavab vermək istəmirsə...

Fərhad

Buna onun ixtiyarı yoxdur, vətəndaş Rəhimli.

Kərim

Canım-gözüm siz nə danışırsınız? İndi hansı dövrdür ki, hədə-qorxu ilə ifadə alasınız? Mənim qızımı nə üçün qısma-boğmaya salırsınız?

Fərhad

Hədə-qorxu yolu ilə iş görmək adətim deyil. Əgər belə olsaydı, mən ən böyük nailiyyətimi də adi bir zəiflik nişanəsi sayardım... Mənim buna heç vaxt ehtiyacım olmayıb. Hətta şəxsiyyətə pərəstiş dövründə də... Məni yalnız həqiqət maraqlandırır. (Rəfiqəyə) Vətəndaş Qaşqayı xilas üçün göstərdiyiniz fədakarlıqdan mənə müfəssəl danışdılar. Siz onu operasiya eləyəndə, qeyri-adi bir həyəcan keçirmisniz, deyilmi?

Rəfiqə

Doğrudur.

Fərhad

Yəqin ki, bu həyəcan səbəbsiz deyildi.

Rəfiqə

Vətəndaş Qaşqayın vəziyyəti çox ağırdı. Ürək zirvəsində ilişib qalmış qəlpəni çıxarmaq sizə zarafat gəlməsin. Mənim cüzi bir səhvim nəticəsində xəstə cərrahiyyə stolundan qalxmaya da bilərdi.

Fərhad

Elədir. Siz gecəli-gündüzlü işə can yandırırsınız. Yoldaşlarınız sizinlə ürəkdən fəxr eləyir. İstedadlı bir cərrah kimi mən də sizə hörmət eləməyi özümə borc bilirəm. Ancaq siz həqiqəti gizlətməməlisiniz.

Kərim

Bax, bax, indi də başqa üsula əl atır. Əvvəlcə hədə-qorxu gəldi, gördü bir şey çıxmır. O saat yağlı dilini işə salıb, qızın qoltuğuna qarpız verməyə başladı. Canım-gözüm, axı mən sizə dedim ki, onun Qaşqay adında sevgilisi olmayıb. Mən sizə tamam rəsmi deyirəm!

Rəfiqə

Ata, nahaq əsəbiləşirsən. Səbr elə!

Kərim

Belə müsibət olar? Qızım, bu bizə nə verib, ala bilmir?.. Səhərdən bəri fabrikin işi qalıb bir yanda, siz də başlamısınız caninin birini mənim qızıma calamağa... Dünən xidmətinə görə Lenin ordeni al, bu gün səni salsınlar çək-çevirə... (Əllərini dizinə çırparaq) Pay atonnan, mən bilmirəm niyə bu adam qır-saqqız olub yapışıb yaxamızdan?

Fərhad

Vətəndaş Rəhimli, mən qızınızı ayrılıqda da dindirə bilərdim. Sizə hörmət etdiyim üçün bayıra çıxarmadım. Mənə belə sözlər demək nə dərəcədə ədəb-ərkana uyğundur?

Kərim

Mən mərkəzə protest göndərəcəyəm!..

Fərhad (qrafindən stəkana su töküb, Kərimə uzadır)

Buyurun, için.

Kərim

Mən çiy su içmirəm. (Əlini ağzına tutaraq) Yaxşı, mən kiridim.

Rəfiqə

Mən getməliyəm, yoldaş Kamalov. Əgər Cəlal Qaşqayın taleyi sizi bu qədər maraqlandırırsa, izin verin gedim, kömək eləyim. Onun vəziyyəti indi də ağırdır.

Fərhad

Yaxşı, buyurun.

Rəfiqə

Atacan, mən inanıram ki, müstəntiq yoldaşı yalnız həqiqət maraqlandırır. Hələlik... (Gedir)

Fərhad (Rəfiqənin ardınca baxa-baxa, fikirli)

Qızınız doğrudan da tərifəlayiqdir. Xoşbəxt olsun!.. İndi siz... (Bu anda pəncərədən içəriyə daş atırlar. Fərhad Kamalov cəld addımlarla o tərəfə yönəlir, amma heç kəsi görə bilmir. Daşı götürür. Ona sapla bir kağız parçası bağlanmışdır. Fərhad kağızı açıb, səssizcə gözdən keçirir. Son dərəcə təmkinlə Kərim Rəhimliyə müraciət edir) Deyin görüm, məni hədələyən kim ola bilər, hə?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 мин
Çölün düzündə

Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.

35 мин
Çölün düzündən bülbül ötür

Saata baxdım. Əqrəb beşi göstərirdi, ancaq hələ də gün doğmamışdı. Üfüqdəki qızartılar nəhəng bir yanğını xatırladırdı. Bizim gəldiyimiz torpaq yoldan burula-burula qalxan toz dumanı, düşərgəmizə sürətlə yaxınlaşırdı. Əlbəttə, maşın gəlirdi. Bərk acmışdım. “Yəqin çörək gətirirlər” deyə sevindim.Qadının xorultusundan başqa heç bir səs eşidilmirdi. Toz dumanı isə üfüq boyu uzanaraq, göy üzünü bozumtul bir pərdəyə bürüyürdü.

31 мин
Günlər

Səhər tezdən hələ gün doğmamış şeypur səsinə yuxudan oyanan adamlar, çörək paylarını alıb, dəstə-dəstə tarlaya və arx qazılan yerə işləməyə gedir, yalnız axşam, qaranlıq düşəndə qayıdırdılar. Düşərgədə heç kimə imtiyaz verilmirdi. Hərə bir sahədə öz bacarığını göstərirdi. İşdən yalnız xəstələri azad eləyirdilər. Son günlərdə Sədi Kamalın xahişi ilə divar qəzeti buraxmaq üçün və dram dərnəyinin məşqlərində iştirak etmək üçün ayrılmış bir neçə nəfəri işdən üç-dörd saat tez buraxırdılar. Mən Niyazovun, vəd elədiyi tikintini gözləyə-gözləyə, mətbəxdə, şorba bişirən qadınlarla bərabər kartof soyurdum. (Əlbəttə, mən “şorba” sözünü şərti işlədirəm, çünki bu xörəyi adicə bulanıq sudan fərqləndirmək üçün hamıdan, o cümlədən də məndən zorba qazanın künc-bucağında üzən xırda-xuruş kartof parçalarını görmək bacarığı tələb olunurdu). Düşərgəmizdə hələ Niyazovdan narazılıq eləyən yox idi. O, bizə firavan həyat vəd eləmirdi və biz də ondan bu cür həyat gözləmirdik. Günlərin birində xəbər çıxdı ki, hardasa, kim isə Niyazovun ünvanına yeddimərtəbəli söyüş yağdırıb, düşərgə əvəzinə istirahət evi açdığına görə qəzəblənmiş və qoca vaxtı xəriflədiyini söyləmişdir. Bu xəbəri əvvəlcə şayiə adlandıranlar oldu, ancaq iki-üç gündən sonra Sədi Kamalın dilindən başqa bir söz eşitdik:– Niyazovu burdan götürürlər. Yerinə də bilirsinizmi kimi yollayıblar?

25 мин

Стихи других поэтов