Страница 3 из 10 · 20%

Kəhər at səkərək, qonşu evin həyətində göründü və bir göz qırpımında uçub Cəmilin qarşısında dayandı. – Yallah, Cəmil, yallah. Yenikəndin igid oğlu Tahirdən Bakının neft qəhrəmanı Cəmilə salamlar! – deyə Tahir diri ceyran balası ilə bərabər atdan yerə sıçradı və ceyranın boynuna bağlanmış uzun ipin bir ucunu kəmərinə bənd eləyib Cəmillə qucaqlaşdı. – Xoş gəlmisən, buyur, ceyran kababına qonaq ol!..

3

Cəmil ceyranın kəsilməyinə razı olmadı. Tahir onu gətirib balkonun küncünə bağladı. Ceyran adamların hər bir hərəkətindən və qulağına dəyən ən xəfif bir şıqqıltıdan belə səksənir, qumral və iri gözlərini daha da geniş açıb tez-tez dartınırdı.

– Kəsəcəyəm! – deyə Tahir zorba bıçağını cibindən çıxaranda anası da narazılığını bildirdi:

– Lap körpədir ki, ay oğul, – dedi, – ətinin heç dadı-duzu olmaz.

Cəmilin, Gülsənəm xalanın sözləri Tahirə zərrə qədər də təsir etmədi. O, haradansa bülöv daşı tapıb gətirdi və bıçağın tiyəsini itiləməyə başladı.

– Ana, – dedi, – Cəmil kimi dostum mənə qonaq gəlib, nə olur-olsun kəsəcəyəm.

Cəmil:

– Aşna, – dedi, – yaman tərssən ha! Əgər qonaq mənəmsə istəmirəm, sağ ol. Bir bax, lap yazığım gəlir.

Doğrudan da ceyran balası elə yazıq-yazıq boylanırdı ki, Tahirin gözü ona sataşanda, əlləri boşalıb yanına düşdü.

– Yaxşı, qoyun siz deyən olsun, – deyə bir qədər sükut edərək başını buladı və bıçağını qatlayıb cibinə qoydu. Sonra gəlib balkonda qoyulmuş balaca yemək stolunun dalında Cəmillə yanaşı oturdu. – Hə, indi danış görüm, Bakıda nə var, nə yox? Nə vaxt sənə qəhrəman adı verirlər?

– O məndən asılı deyil ki?

Tahir, sərt bir hərəkətlə əlini qaldırıb-saldı:

– Hər şey adamın özündən asılıdır. Doğrusu, mən də yaman həvəsə düşmüşəm, Cəmil. Mən də neft qəhrəmanı olmaq istəyirəm. Dəniz buruqları barədə çox oxumuşam. Sən də orada işləyirsən, eləmi? Yaxşıdır, hə? Mən də bacararam?

– Mən əvvəllər o qədər həvəsnən işləmirdim, amma indi Bakıdan ayrılmaq istəmirəm. Dəniz buruğu başqa aləmdir.

– Mən getsəm, işə götürərlərmi? – Tahir nəfəsini çəkmədən səbirsizliklə dostundan cavab gözlədi.

– Niyə götürmürlər? Könüllü gedən cavanlara daha çox hörmət eləyirlər.

– Elə isə mən də getdim! – deyə Tahir yenə əlilə havanı yardı.

Balkonun o başında yemək hazırlamaq üçün ocaq qalayan Gülsənəm arvad çiyni üzərindən, qaşları çatılmış halda oğluna baxdı. Onun narazılığını büruzə verən bu hərəkəti Tahirin də, Cəmilin də nəzərindən yayınmadı. Hər ikisinin xəyalından eyni fikir keçdi: “Buraxmayacaq”. Cəmil soruşdu:

– Xala, niyə belə tərs-tərs baxdın?

Gülsənəm arvad cavabında dedi:

– Qəhrəman olmaq istəyən elə burada da olar. O xasiyyət ki, mənim oğlumda var, hara getsə korlayacaq.

Tahir, dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı:

– Axı mən neyləmişəm?

– Daha bundan artıq neyləyəcəksən? Onu tənqid, bunu tənqid, hamını eləmisən özünə düşmən. Sədr narazı, briqadir narazı...

– Sədr narazı olsaydı, atını mənə verərdi?

– O da atayın xatirinə... – Gülsənəm arvad yönünü oğluna tərəf çevirmədən cavab verdi və aşağı əyilib ocağı üfürməyə başladı.

Tahir əlini dizinə çırpıb gileyləndi:

– A kişi, sən öləsən, bu arvad mənim canımı boğazıma yığıb. Başlayıb ki, tənqidi yerə qoy, özünə düşmən qazanma. Nə var, nə var, bir dəfə klubda saz çala-çala oxuyub, sədrə, briqadirə həcv demişəm.

– Axı onları nəyin üstündə həcv eləyirsən? – deyə Cəmil maraqlandı.

– Əşi, o günləri komsomol iclası vardı. Mən deyirdim ki, hər kənddən Bakıya işləməyə könüllü gedir, bizdən niyə getməsin? Sədr bundan xəbər tutan kimi bir baş gəlib bizə, başlayıb ki, sən mənim düşmənimsən, istəyirsən ki, mənim kadrlarımı dağıdasan. Mən də deyirəm ki, ay İmran dayı, elə, nöyüt də bizimdir. Dava vaxtı fəhlələrin sayı azalıb. Bakıya kömək eləməliyik, ya yox? Yaxşı, indi sən de görüm, pis iş görmüşəm?

Cəmil dostunun tərəfini saxladı:

– Lap düz demisən, bu saat mədənlərdə fəhlə qüvvəsinə çox ehtiyac var.

Gülsənəm arvad təslim olmaq istəmədi, ocağı üfürməyə ara verib, yenə çiyni üzərindən gah Cəmilə, gah da oğluna baxa-baxa dilləndi:

– O ehtiyacdan elə burada da var. Bakı nöyüt verirsə, biz də süd-qatıq, yağ-pendir veririk.

– Ay ana, mənsiz də o süd-qatıq olacaq, – deyə Tahir mübahisəyə yekun vurdu. – Elə, biri sən özün. Təkbaşına iki kolxozun inəklərini sağarsan. Mənim əvəzimə də ot biçən tapılar. Uzun sözün qısası, gedirəm, vəssalam!

Bu söhbətdən sonra düz iki həftə, hər gün Cəmillə görüşən Tahir, Bakı haqqında onun hekayətlərini dinləyib, nəhayət getməyə hazırlaşdı.

Gülsənəm arvad oğlunu nə qədər fikrindən daşındırmaq istəsə də, heç bir nəticə çıxmadı. Tahir Cəmillə bərabər Bakıya yola düşdü.

4

Gənc fəhlələrin ümumi yaşayış evindəki balaca otaqda səhər tezdən yuxudan qalxan cavanlar, Cəmillə Tahiri bir çarpayıda başayaq yatmış gördülər. Onlar gecə ikən stansiyadan gəlib, axşamdan yerlərinə uzanmış uşaqları yuxudan oyatmadan, küçədəki dirəkdə yanan iri lampanın içəri düşən işığında paltarlarını soyunmuş və səssizcə uzanıb yuxuya getmişdilər.

Cəmilin yanında Tahiri görənlər öz aralarında pıçıltı ilə danışır, bu təzə oğlanın kim və haralı olduğu ilə maraqlanırdılar. Qara, sərt saçları geriyə daranmış, sifəti mis kimi qızaran, azca dolğun yanaqları parıldayan, dodaqları nazik, alnı geniş, bığ yeri yenicə tərləmiş Tahir, uzun barmaqlı əllərini nazik yorğandan kənara çıxarmış, döşünün üstündə bir-birinə çarpazlayıb gözləri yarımaçıq halda rahat nəfəs ala-ala yatırdı.

Cavanlar həm Tahirə, həm də pəncərədəki heybəyə baxırdılar. Görünür heybədə, içindəkilərdə onları sahibindən az maraqlandırmırdı. Hər iki gözü möhkəm bağlanmış bu heybədə ya fəsəli, ya da qoz halvası olmalı idi: çoxdan bəri bu otaqda mehriban yaşayan cavan fəhlələr Cəmilin anasının tez-tez yolladığı yağlı fəsəlini, dadlı qoz halvasını yeməmişdilər.

Cəmildən aşağıdakı çarpayıda yatan qarayanız, gödək və şişman oğlan Tahirdən çox heybəyə baxırdı. Cavan fəhlələrin birinci mərtəbədəki balaca bufetinə hamıdan əvvəl girib, hamıdan sonra çıxan bu oğlanın yaman qarınqulu olduğunu bütün yoldaşları bilirdi. O, bəzən axşam dərslərindən gec qayıdanda, bufeti bağlı görüb pərt olar, sonra gəlib yoldaşlarının tumboçkalarını axtarardı. Burada da yeməli bir şey tapmayanda yerinə uzanar, o yanına-bu yanına çevrilərək eşələnərdi. Əvvəllər onun hərəkətlərinə qaqqıldayıb gülən uşaqlar, sonralar buna vərdiş eləmişdilər.

O, həmişə gülə-gülə deyərdi:

– Balaca vaxtı yeməkdən boyun qaçıranda anam məni o qədər döyüb ki, indi əlimə daşdan yumşaq nə düşsə, dinməz-söyləməz ötürürəm. Bax, mənim tumboçkamda yemək olanda kim istəyir yesin, sizdə olanda mən ağına-bozuna baxmayacağam.

Bu oğlanla Cəmilin də arası kök idi. Onu həmişə “Qarın” deyə çağırardı. Əsil adı isə Səməndər idi.

Günlərin birində Cəmil təzəcə nəşr olunmuş kitablardan bir neçəsini alıb gətirəndə, Səməndərin gözləri kəlləsinə çıxmışdı:

– Canım, bu pulları niyə çölə tökürsən?

– Cəmil bu sözlərə yalnız gülməklə cavab vermiş və kitabları səliqə ilə bir-birinin üstünə yığıb, pəncərənin qabağına qoymuşdu. O gündən sonra Səməndər bu kitab xəstəliyi ilə şiddətli mübarizəyə girişdisə də, Cəmil inadından dönmədi. Texniki əsərlər, romanlar, şer məcmuələri balaca otağı ağzına götürdü.

Cavan fəhlələr səhər tezdən işə gedər, axşam məktəbindən boş qalan vaxtlarını isə mütaliəyə sərf edirdilər. Səməndər isə əlində kitab tutub gözlərini sətirlərdə gəzdirəndə belə yenə yemək barədə düşünərdi. Bəlkə elə bunun üçün də indi, səhər-səhər heybəni görəndə onun gözləri siçan marıtlayan həris bir pişik ehtirası ilə parıldayırdı.

O, ağzı sulana-sulana heybəyə baxandan sonra yoldaşına üz tutub pıçıldadı:

– Açıb baxardım, amma qorxuram ki, heybə Cəmilin olmasın. Bu təzə oğlanı tanımıram. Ayıbdır.

Səməndərin yoldaşı onu fikrindən daşındırdı:

– Yaxşı deyil, bəri gəl. Əl-üzümüzü yuyaq, ona kimi də Cəmil oyanar.

Onlar həmişə çarpayılarının baş tərəfindən asdıqları sarı haşiyəli kətan dəsmallarını götürüb eşiyə çıxdılar.

Otağın göy şüşəli pəncərəsindən aydın görünən yay günəşi dənizdən yeni-yeni tülu edirdi. O, indi körükdə qızardılmış dairəvi bir dəmir parçasına bənzəyirdi. Aylardan bəri fit səsinə eyni saatda yuxudan oyanmağa adət etmiş Cəmil, pəncərədən axıb üzünə düşən nazik bir işıq sütunundan gözlərini açdı. Yuxulu-yuxulu otaqdakı çarpayılara baxdı və o dəqiqə Səməndər yadına düşdü: “Qarın yuxudan durub” deyə fikirləşəndə dodağı qaçdı. O cəld qalxıb geyinmək istərkən, istirahət günü olduğunu xatırlayıb pəncərəyə baxdı. İki həftə bundan əvvəl kəndə məzuniyyətə yola düşəndən sonra bir-birinin üstünə qalaqlanmış qəzetlərini gördü, əlini uzadıb onları götürdü və bir-bir gözdən keçirməyə başladı. Bakıya ilk dəfə gəldiyi gündən dəniz buruqlarında işlədiyi üçün, adəti üzrə əvvəlcə öz trestlərinə dair yazılmış qeydləri axtarıb tapar, bunları oxuyanda da həmişə ixtiyarsız olaraq sir-sifətini turşudardı. Dənizdəki qazma işlərinin geriliyi, elə bil hamıdan çox ona dərd olmuşdu. Əslinə baxsan, bu gerilik şəxsən onun qeyrətinə də toxunurdu. Səməndərlə sözü çəp gələndə onu qəzet-kitab oxumamaqda, avamlıqda təqsirləndirən zaman, Səməndər də ona deməyə söz tapırdı: “Sizin evinizi elə o kitablar yıxıb də. Neçə aydır quyruqda sürünürsünüz” – Səməndər istehzalı bir təbəssümlə gülərək, bununla da mübahisəni kəsər, tumbul əllərini şalvar ciblərinə qoyub, şişman qarnını bir az irəli verər, sonra da otaqda şəstlə var-gəl eləməyə başlardı. Bəzən Cəmildən ağır bir söz eşidəcəyindən və ona daha tutarlı bir cavab verə bilməyəcəyindən qorxduğu üçün, saymazyana bir halda, fışqırıqda “uca barıdan aşaram” havasını çala-çala eşiyə çıxardı. Amma nədənsə bu mübahisələr Cəmilin də, Səməndərin də dostluğuna mane olmazdı. Söyüşsələr də, döyüşsələr də nəhayət gecə yatmağa hazırlaşanda bir səmimi baxış və ya bir şirin sözlə bəzən Cəmil onun könlünü alar, bəzən də gödək və tumbul əlini Cəmilin çiyninə vurub gülməklə, Səməndər onu sülhə çağırardı. Beləliklə də, o biri mübahisəyə qədər dostcasına dərsə, teatr tamaşasına, mədəniyyət evindəki yerli həvəskarların müsamirələrinə, fəhlə qəsəbəsində yenicə salınmış parka və ya da dəniz kənarına gedib qayıdardılar. Ancaq təkdənbir mübahisə qəliz olanda, Cəmilin qüruru və xudpəsəndliyi üzündən çox gec barışardılar. Belə hallarda onların qaşqabağı çətin açılardı. Hər ikisi paltarını soyunub yerinə girsə də, bir neçə saat burcuxa-burcuxa qalıb yata bilmirdilər. Ən axırda, gecənin bir aləmində Səməndər buna dözməyib deyərdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 мин
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 ч 25 мин
Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 мин
Çölün düzündə

Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.

35 мин

Стихи других поэтов