Bəhramın saray otaqlarından biri

Bəhram

Razı oldularmı?

Kabus

Bəli, igid sərkərdə, hər ikisi razı oldular.

Bəhram

Aha, çox gözəl. Demək biri...

Kabus

Bəli, biri Cavanşirin vəziri Söhrab, o biri isə məşhur Girdman taciri Qənimət. Hər ikisi Cavanşirin qanını içməyə belə hazırdır.

Bəhram

Sən onların hiylə işlətmədiklərinə əminsənmi?

Kabus

Özümə əmin olduğum qədər...

Bəhram

Çağır gəlsinlər...

Kabus

Baş üstə... Buyurun...

Söhrab və Qənimət daxil olurlar.

Bəhram

Cavanşirin vəziri Söhrab hansınızsınız?

Söhrab

Mənəm, igid sərkərdə...

Bəhram

Çox şadam. Muğan şəhərinə gələrkən qorxmadığınıza təəccüb edirəm.

Söhrab

Sizi özümüzə dost bilib gəldik. Əmin olun ki, Cavanşirin məhəbbəti dilimizdə, sizin məhəbbətiniz ürəyimizdədir.

Qənimət

Gətirdiyimiz bu kiçik hədiyyələri qəbul etsəniz, özümüzü həddindən çox xoşbəxt sanarıq. 100 min dinar qızıl, bir də dəstəyi mirvari ilə bəzənmiş bir qılınc. Buyurun...

Bəhram

Çox razıyam. Birdən Cavanşir bu gəlişinizdən xəbər tutarsa?

Söhrab

Sizinkilər xəyanət etməzsə, heç kimdən qorxumuz yoxdur. Biz buraya Cavanşirin oğlunu qarşılamaq bəhanəsilə gəldik. O, bu gün Bizans elçiləri ilə bərabər gəlib buradan keçəcək.

Bəhram

Cavanşirin oğlu? Nə gözəl təsadüf. Mən onu tutub girov saxlarsam?

Söhrab

Xeyr, xeyr, bu mümkün deyil, böyük sərkərdə Cavanşirin oğlu Bizans elçilərinin karvanı ilə gəlir. Onlara toxunmaq adətdən kənar işdir.

Polad

Bizans dövlətini də düşmənə çevirmək?

Bəhram

Elədir, Polad. Bu indiki halda bizim xeyrimizə deyil. Yaxşı, Söhrab, tələblərimiz sizə bəllidirmi?

Söhrab

Söylədilər... Yəqin ki, siz də bizim tələblərimizdən xəbərdarsınız.

Bəhram

Xəbərdaram... Lakin siz hiylə işlətmədiyinizi nə ilə sübut edə bilərsiniz?

Söhrab

Cavanşirin ölümündən sonra Ağvanda hökmdar olaramsa, qızınız Reyhanı Ağvan hökmdarının məlikəsi görmək istərdim.

Bəhram

Demək siz qızım Reyhanı sevirsiniz?

Söhrab

Bütün varlığımla. Mən Reyhanın yolunda hər bir fədakarlığa hazıram...

Bəhram

Bu çox möhkəm sübutdur... Bəs sən?

Qənimət

Cavanşirin əmri ilə iki aya kimi 100 kisə qızıl verməliyəm. O, Ağvan qoşunlarını mənim hesabıma dolandırmaq fikrindədir. Onun əmrini yerinə yetirməsəm boynumu vurduracaq. Özüm ölməmək üçün onu öldürməyə məcburam...

Yavər daxil olur.

Yavər

Möhtərəm Söhrab, gözlədiyiniz Bizans elçiləri artıq şəhərə girdilər.

Söhrab

Elə isə bizi əfv edin... Cavanşirin oğlu Elçin bizim burada olduğumuzdan xəbər tutmamalıdır. Hələlik...

Bəhram

Xoş gəldiniz...

Söhrab və Qənimət gedirlər.

Polad

Belə xainlərin sədaqəti də özləri kimi rəzil olur... Onları qəzəbsiz dinləmək belə mümkün deyildir.

Bəhram

Demək, Cavanşirin əleyhinə iki qüvvə vuruşur. Məhəbbət, qızıl. Bu qüvvələrin birliyi dağları da yerindən tərpədə bilər... Cavanşir öldümü, bunların ikisi də o dünyaya göndəriləcək. Qoy bu sirri də özləri ilə bərabər aparsınlar. Gedək, Polad. Bu qələbədən sonra eyş-işrət məclislərinə bir gün də ara verməyəcəyəm.

İşıq sönür, musiqi başlayır, pərdə salınır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qara gözlər

I**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.

194550 мин
Kərəm əfsanəsi

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

19599 мин
Şeytanın barmağı

Təmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.

19594 мин
Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 мин

Стихи других поэтов