Rəqiblər
Страница 3 из 4 · 50%
Mən özümdən arxayındım. Usta Pirvəli ilə söhbətimizin məzmununu ona deməyə nə imkan tapmışdım, nə də belə bir fikrim vardı,
– Mənə xəbər verən öz qarın olub... Dünən zəng eləmişdim, deyirdi ki, radioda yüz yol səni tərifləyəndə, bir yol da Pirvəlini tərifləsələr, Allaha xoş getməz. Sonra da başladı ki, axırda bir-birinizə düşmən olacaqsınız... Əgər evdə bu barədə söhbətiniz olmayıbsa, qarın dünyasında belə deməzdi... Mənə hər dəfə ordendən, addan veriləndə, hamıdan əvvəl sən gələrdin, lap dənizdə də olsaydın, telefonla təbrik eləyərdin... On gündür poçtalyonlar evimin kandarını ağardıblar. Bəs niyə səndən səs çıxmır?
– Bura bax, a kişi... gəlsənə qanımı qaraltmayasan. Qara məni basınca, mən qaranı basım, buna deyiblər, ha... Nə düşmüsən üstümə?
Usta Heybətin sümükləri çıxmış yanaqları kül rənginə çalırdı. O, tez-tez müsahibinin sözünü kəsməyə meyllənir, amma deyəsən yalnız mənə hörmət üçün güclə özünü saxlayıb, barmaqlarını stola döyə-döyə yumru və qabarıq gözlərini rəqibinə zilləyərək, tez-tez hülqumunu qıldırıb-salırdı. Usta Pirvəli isə qərarından keçməyib, papirosunu bir də sümürdü:
– Bilirsən niyə məndən səs çıxmır? Ürəyimdən deyil, ona görə!..
– Paxıllıq eləyirsən? Deməli belə? Yaman tərs başlamısan!
– Tərs niyə? Bu saat lap düzünəqulu deyim, sən də eşit...
– Eşidirəm.
– Davanın vurhavur vaxtında dənizdəki buruğun güclü fontan vurdu, on gün keçməmiş Qızıl Bayraq ordeni aldın. Düzdür?
– Düzdür.
– Mənim də buruğum bütün Bakıya səs saldı-salmadı? Bəs mən nə aldım? Heç nə. Düzdür?
Heybətin gözləri aşağı dikildi. O, cavab verməyə söz tapmadı, əlini çəkib dizinin üstünə qoydu.
– Hə, niyə dinmirsən?
– Yaxşı, düzdür... Orden vermədilər. Kalan mükafat aldın. Əsginas!..
– Mən pul gözləmirdim. Qara günü üçün ehtiyat görən köpək oğlanlarından zəhləm gedir. Nə qədər mənim hökumətim var, mən kefin istəyən qədər qazanacağam. Mən də orden gözləyirdim. Başa düşdün, ya yox?
Pirvəli dirsəklərini stola söykədi və stol əlinin çeçələ barmağını qatladı:
– Deməli bu bir... Ondan bəri dörd quyu sən qazmısan, hamısının dərinliyi üst-üstə doqquz min metrdir, mən də dördünü qazmışam, dərinliyi on iki min metrdir. Bunlardan birini gematitsiz qazmışam. Düzdür?
– Düzdür, – deyə Heybət dodağının ucu ilə təsdiqlədi.
– Eşitmədim, bir az ucadan de!
– Canım-gözüm, düzdür! Mən bunu danmıram ki?
– Səni Sosialist Əməyi Qəhrəmanı elədilər. Döşünə Lenin ordeni, üstəlik də Qızıl ulduz taxacaqlar. Mənim adımı it dəftərinə salmadılar. Düzdür? – Usta Pirvəli o biri barmağını qatladı: – Bax, bu da iki... Düzdür, düz deyil?
Usta Heybət müsahibinin doğru ittihamlarına dözə bilməyib nəhayət bozardı.
– Əşi, bu adı mən verirəm? Nə düşmüsən mənim üstümə?
– Sən vermirsən, doğrudur. Amma de görüm harda, kimin yanında demisən ki, haqsız iş görürsünüz? Deməmisən ki?.. Yox, deməmisən! Yaxşı, bundan sonra sənin kişiliyinə inanmağa mənim nə haqqım var?
– Bura bax, Pirvəli, mən indiyətən səni tanımamışam. Nə yaman şöhrətpərəstsənmiş, buynuzun içindəymiş... – deyə Heybət nazik dodaqlarını bir-birinə bərk qısaraq, başını buladı.
Bu anda Pirvəlinin üzünə baxmaq və heç olmasa bircə dəqiqə ondan göz çəkməmək hər oğulun hünəri deyildi. Onun sir-sifəti, iynədən də bərk sancan gözləri od tutub yanırdı, hətta iri əlləri də xofif titrəyirdi. Mənə elə gəlirdi ki, o ordenlə təltif olunmamağından və şərəfli ada layiq görülməməyindən daha artıq Heybətin axırıncı sözlərindən incimişdi. Yox, onun şöhrətpərəstliyi haqqında deyilən sözlər, ədalətdən çox-çox uzaq idi və mən açıq-aydın hiss eləyirdim ki, usta Pirvəlini bu dəqiqə haqsız ittihamdan qorumasaydım, mənə özüm də ədalətsiz iş görmüş olacaqdım.
– Yox, ay usta, – deyə mən söhbətə qarışdım və əlimi Heybətin çiyninə qoydum. – Siz haqsızsınız. Tamamilə haqsızsınız. Dünən usta Pirvəli gözəl bir söz dedi: “Mən qarnım üçün yox, qədrim üçünəm”. Mən inanıram ki, bu doğrudan da belədir.
Görünür mənim bu cür müdafiəm də usta Pirvəlini razı salmadı. O, sönmüş papirosunu qabağındakı külqabına basıb, nə isə birdən kövrələrək, daha doğrusu, qəhərlənərək dedi:
– Yox, oğul, mən qədrim üçün deyiləm. Onu deyirəm ki, məndən cavan fəhlə yoldaşlarım var, şagirdlərim var. Onlar mənə baxanda, işdən soyuya bilərlər, belə fikir eləyərlər ki, bütün ömrünü camaat yolunda qurban verən bu kaftarın qədrini nə bildilər ki, bizim də yaxşı işimizə nə qiymət qoysunlar. İndi başa düşdün, bu qoca vaxtımda mən niyə xərifləmişəm?.. – Usta Pirvəli armudu stəkanlara çay tökdü. – Əşi, bu qan qaraldan söhbətləri buraxın, getsin...
Uzun və yorucu sükut zamanı aşağıdan dəniz ləpələrinin şırıltısı eşidildi.
– Doğrudan da xərifləmişəm, – deyə usta Pirvəli yenə əyildi və çantasından qənd qutusunu çıxardıb ortaya qoydu. – Buyurun, için. Hava soyuqdur, canınız qızsın...
Usta Heybət məyus-məyus dilləndi:
– Mən bura sənnən dalaşmağa gəlməmişdim. Yarış müqaviləsi bağlamaq istəyirdim.
Pirvəli stəkanını ovcunun arasına aldı, ağzına yaxınlaşdırdı:
– Yox, bağlamayacağam, – deyib, bir qurtum çay içdi. Mən təəccüblə soruşdum:
– Niyə ki, usta?
– Çünki mən ondan çox irəlidəyəm. Mən – yəni briqadam. Müqavilə bağlamaq üçün elə bir tayımız da yoxdur. Ancaq biz yarışmağına yarışırıq.
– Gəl indi bu tapmacanı tap... – deyə Heybət, yəqin ki, qeyri-ixtiyari stəkanı özündən araladı.
– Sən buna tapmaca deyirsən, ancaq mən demirəm.
Doğrusu, usta Pirvəlinin sözləri mənə də tapmaca kimi görünürdü. Deyəsən o, baxışlarımdakı sualı oxuyub, bu dəfə çox mülayim halda Heybətə üz tütdü:
– Get, briqadanı yığ. Hamını başa sal ki, Pirvəli heç kəslə də müqavilə bağlamaq fikrində deyil... – O yenə bir qurtum çay içib, mənə müraciət elədi. – Bilirsən niyə, yoldaş rəis? Ona görə ki, mənim müqaviləm yetmişinci ilnəndir... Hayıf ki, texnikamız mən deyən kimi işləmir, yoxsa lap səksəninci ilnən yarışaram... – Bayaqkı ağır söhbəti tamam unutmuş kimi, qəribə və səmimi bir təbəssümlə usta Heybəti dürtmələdi. – İndi başa düşdün ya yox, ay adlı-sanlı qəhrəman?
Usta Heybət birdən ayağa qalxdı:
– Belə görünür ki, məndən çox yanıqlısanmış, – dedi. Az qala qanımı içməyə hazırsanmış.
Bu sözləri deyə-deyə qapıya yaxınlaşanda, usta Pirvəli, yenə qaşqabağını töküb, çox dəyişmiş, bir qədər tutqunlaşmış səsi ilə onu çağırdı:
– Ay Heybət, başqasına mən bu sözləri deməzdim. Bir rəisimizə, bir də sənə deyirəm, daha bundan sonra bir daş altda, bir daş üstə... Gəl çayını iç. Getmə. Qayığın balacadır, tufan qalxar, bir xata çıxardar...
O geriyə baxmadan:
– Nə olar, olar... Hələlik!.. – deyib qapının ardında görünməz oldu.
Usta Pirvəli isə gözlərini yerdən qaldırmır, iştahı küsmüş kimi çayını könülsüz içir, təkdənbir burnunu çəkir, deyirdi:
– Sən də deynən, nahaq gedir. Mən bilirəm, bu dəniz neçə qudurğandır...
III
Biz mədəni budkadan çıxanda, soyuq xəzri hər an şiddətlənir, dalğalar köpüklənməyə başlayırdı. Usta Heybətin qayığı isə buruqdan xeyli aralanmışdı. Pirvəli papağının qulaqlarını aşağı saldı, sırıqlı pencəyinin düymələrini bağlaya-bağlaya, qayığın dalınca baxdı:
– Lap nahaq getdi, – dedi. – Biz sahildən o qədər uzaqda deyilik. Amma yenə də tufan olanda burda qalmağa ehtiyat eləyirik, gör indi onun buruğunda nə qiyamət qopacaq. Ağlı olsa, gedib çatan kimi camaatını yığıb geri qayıdar.
– Nə bilmək olar, usta, – dedim. – Bir də görürsən külək xırp kəsdi, tez qayıtdığına da peşman oldun...
Usta Pirvəli başını buladı, deyəsən ürəyinə nə isə dammışdı. Buruğa tərəf gedə-gedə, gözlərini üfüqdə qaralan qayıqdan ayırmırdı.
Doğrudan da on dəqiqə belə keçməmiş xəzri tamam çılğınlaşdı. Sahildən cəmi-cümlətanı bircə kilometr uzaqda, yəni usta Pirvəlinin buruğunda işi dayandırmalı oldular. Uzaqdan bəriyə doğru şütüyəndə dağ kimi ucalan dalğalar buruğu kökündən qoparmaq dərəcəsinə gəlirdisə, deməli, 109-cu quyunun vəziyyətini yalnız təhlükəli saymaq azdı. Böyrümüzdən keçib sahilə tərəf üz qoyan digər qayıqların dalğaları necə çətin yararaq irəlilədiyini və az qala suyun tərkinə düşüb gözdən itdiyini görəndə bunu daha aydın başa düşürdüm.
Artıq mən də həyəcan içində idim. Dəniz buruqlarından fəhlələri sahilə daşıyan qayıqlara baxdıqca, usta Heybətin taleyini daha çox düşünürdüm. Adətən, beş baldan artıq külək əsəndə mexanizmləri dayandırmalı, fəhlələri dərhal sahilə daşımalı idilər. Keçən il baş vermiş təbii fəlakətdən sonra bu barədə xüsusi bir əmr də verilmişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-reqibler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İştirak edənlərNizami Gəncəvi*
Birinci şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Hər tərəf sakitdir. Mütəmadiyən ötən bülbülün nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qivami sağa-sola baxınır. O, kədərlidir.*Qivami**
İkinci şəkilQədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Üçüncü şəkilBərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.*Çingiz**
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
تا شهنشاهِ جهان گردید مهمانِ وزیرمتّفق دید آسمان بختِ جوان با رایِ پیر
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz