Mən ciddi, sən güləyən
Bax dağa, gül;Bax çaya, gül;Bax düzə, gül!Güldükcə gül səpəcək, vallahı, baxtına gün.Tutalım mısmırığın dağ çapa, toz qopara,Bir ağacdan, uzağı, çürümüş qoz qoparar.Tutalım dişlərinin biri baltadı, ey...Daşı ye, torpağı ye, ayı, ulduzları ye.Güləcəksən axırı özün öz qarnına sən;Çürümüş it cəsədi olarsan burnuna sən.Özünə gül, desinlər gülürsən öz-özünə;Elə it ki özündən, görünmə öz gözünə.Yallıya başlayacaq içində məzhəkələr,Tabutundan tutacaq köçəndə, məzhəkələr.Vaysına tək bir adam, bəsindir bu vaysınaq,Nə fərqi, kim qocaman, kim isə tingi sına...
Mənim bu ciddiliyim sənə çox gülməlidir,Özünə gülməyənə gülməyənlər dəlidir.Mən ciddi, sən güləyən.Pərsəngsiz tərəzimiz,Gəl bölək, gəl bölüşək,Udarıq hər ikimiz.Məzhəkə səhnəsidir demişlər, dünya ki var;Daxili zəlzələdir anlama, duyma ki var.Nə bilim, bir dağa bax,Bir çaya, bir düzə bax,Hansından hansınıza çoxlu nemət qalacaq?Nə bilim, kim bilən, kim bilməyən?Mən ciddi,Sən güləyən...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-men-ciddi-sen-guleyen
Клавиши ← → для перехода, R — случайное стихотворение