Naməlum qəhrəman
Sən dəniz qoynunda, dəzgah dalındaTarlada, zavodda... hər yerdə varsan.Şöhrət paylananda, ad paylanandaNə şöhrət umarsan, nə ad umarsan.
Səninçün meyarı şöhrətin, şanınNə medal, nə də ki, tərif – yazıdır.Sənin aləmində hər qəhrəmanlıqBəlkə də ən adi iş normasıdır.
Demirsən, yolunda xalqın, vətənin...Demirsən. Sanmayaq fikrin donubdur,Bu hisslər qanınla yeriyib səninQəlbinə, beyninə həkk olunubdur.
Haray da salmazsan düşsən dara sən,Özgənin dərdinə dərman əlində...«Can-can» demədiyin adamlara sənCanını verərsən yeri gələndə.
Əlindən zəmilər, bağlar boy alır,Şöhrətin işindir, söhbətin deyil.Neçə mərtəbəli, neçə boyalıÇıxışlar, vədələr adətin deyil.
Bəs niyə az görür səni şerimiz?Əlini sıxmırıq bir iftixarla.
Arayıb seçirik adamları bizBəzən də toz basmış siyahılarla.
Şair, ürəyini bircə anlığaBu adi adamlar yolunda yandır.Ən böyük qəhrəman, qəhrəmanlığaƏvəz istəməyən, pay ummayandır...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-namelum-qehreman
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gecə-gündüz qan ağlaram,Mənimki ah-zarınandı.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm