Yaş altmışa dayandı
Nə biləydim nələr vardı qarşımda.İtik toxum göyərərmi hər şumda?Zalım zaman cıdır açdı yaşımdaNə alqışa, nə qarğışa dayandı.
Üzə durdum həyat adlı qənimlə,Yazı xoşdu, qışı boşdu mənimlə.Hara getdim zaman qoşdu mənimlə,Harda durdum ölüm qoşa dayandı.
Ürək dözmür salındığı qəfəsə,Üfüq yetməz insandakı həvəsə:Sinəm gəlib bir udumluq nəfəsə,Ömür bitib bir qarışa dayandı.
Ömür suydu, sular axdı payıza..Açan yarpaq solacaqdı payıza.Yarpaqlarnan döndü baxdı payıza,Torpaqlarnan üzü qışa dayandı.
Rüzgarların şahı sınmaz telimdə.Düşən yarpaq nə arıyır ölümdə?Sayılası barmaq qalmaz əlimdə,Payız qışa, yol yoxuşa dayandı,Yaş altmışa dayandı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-yas-altmisa-dayandi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
BaharGünəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.