Özüm soruşacağam
Sən məni çox güman ki, yadına salmayırsan,Mənsə unutmayıram səni bircə an belə.Üzbəüz gələn zaman vecinə almayırsan,Mən səni axtarıram baxıb hər yoldan belə.
Sən ötürsən yanımdan dağların çeşməsi tək.Mən alova çevrilən qırmızı köz oluram.Sən yollanıb gedirsən fikir də verməyərəkBütün varlığımla mən baxmağa göz oluram.
Mən səni xoşlayıram ən gözəl şeir kimi,Görürəm camalını, mənə görünməsən də.Arabir dayanıram, səni dinləyir kimiXəyalınla söhbətə girirəm, dinməsən də.
Sən bəlkə çox mehriban, şirindilli gözəlsən,Əzizlərin şirnini içəli bir həftə var.Bunu bilmədiyimdən günah işləyərək mənDeyirəm ki, qaydadır, gözəllər məğrur olar.
Subaysan, insafa gəl, bizimlə bir din, danış.Nişanlısansa əgər, xoşbəxt ol, budur sözüm.Sabah da rast gələrsəm cürətlə olub tanışSəndən bu sualları soruşacağam özüm...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-ozum-sorusacagam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizim təbrizli qızlar,Nəzərdən gizli qızlar,
Bənnanın arzusuBənna qoyduqca evin daş üstünə daşını,Hay verir çağrışına cavan, qoca əmələ.
NəğmələrHidrostansiya... Parlaq işıqlarBuradan ətrafa yayılacaqdır.
Azad bir insanındır, nə fərqi var kimindirAzad bir insanındır, nə fərqi var kimindir.Yatır eyvanda körpə, qədim asma beşikdə
Стихи других поэтов
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,