Musiqisi C.Cahangirovundur

Məndən ayrı gəzən yardan,Ürəyimi üzən yardan,Kəklik kimi süzən yardanKönül gəlmiş zara gözlər,Qara gözlər, qara gözlər.

Adım dildən-dilə düşdü,Sona vurdum, gölə düşdü,Məcnun kimi çölə düşdüKönül oldu yara, gözlər;Qara gözlər, qara gözlər.

Yarın nazlı baxışları,Şimşək kimi çaxışları,Sular kimi axışlarıÇəkdi məni dara, gözlər.Qara gözlər, qara gözlər.

İnsaf elə, mürvət elə,Dərmanımı şərbət elə.Bu dərd ilə, möhnət iləKönül oldu para, gözlər,Qara gözlər, qara gözlər.

Dağlarda yer əsər, gedər,Söz qılıncdır kəsər, gedər,Hay deməmiş küsər, gedər,Neyləmişəm yara, gözlər?Qara gözlər, qara gözlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви