Deyirlər alışıb yanır baxçada,Qızılgül rəng alır al yanağından.Hüsnünə heyrandır aşiqin kimi,Əl çəkə bilməyir xal yanağından.

Səndən ayrı düşmək xeyli çətindir,Zalım, insafa gəl, bir məni dindir.Söylə, yanağımı baldan şirindir,Yoxsa ki, şirindir bal yanağından.

Sən güləndə açır bağçalarda gül,Gəlişindən alır ilhamı bülbül.Mənə əmr eləyir deyəsən könülDur bunun bir öpüş al yanağından.

Qınama Rahimi, sevimli pəri!O, hüsnə aşiqdir əzəldən bəri.Yazdı dodaqları, qara gözləri,İndi də vurdu bir xal yanağından...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви