Əliqulu Nəcəfov
“Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.
Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.
Bu gün onun ölümünün beşilliyidir. Həmin qəzetdə yer olmadığı səbəbdən mərhum yoldaşımın barəsində təfsilat verməyi sonraya qoyuram. Ancaq bu gün keçmiş günləri yada salıb, hədsiz təəssüflər edirəm. Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəni öz köməyindən məhrum qoydu.
Mənim yəqinimdir ki, Əliqulu Nəcəfovu tanıyan və onun yazıları ilə vaxtında fərəhlənən cəmi oxucu və dostlarımız mənimlə bərabər bu gün onu yada salıb qəlblərinin dərinindən qəmgin olacaqdır.
“Molla Nəsrəddin” məcmuəsinin müdiri: Cəlil Məmmədquluzadə
“Kommunist”, 14 mart 1924, № 60
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-eliqulu-necefov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Divanə könül, dəxi usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,
İranın Batum konsuluna başıbağlı məktubÖzgə oxucularımızdan xahiş edirik bu məhrəmanə məktubu oxumasınlar*Fədayət şəvəm!
MeşədəBekker bir ingilis alimidir. Bu cənab 1889-cu ildə gedib Afrikanın hər bir yerini gəzib. Hər bir meşələrini dolanıb və meşələrdə qalan bəni-noi-bəşərin əhvalatını cəm eləyib ki, axırda bir kitab yazsın.Həmin Bekker bu günlərdə Misirin Qahirə şəhərindən idarəmizə bu məzmunda bir kağız yazıb göndərib:
İdarədənMəcmuəmizin nüsxələri Kitaydan başlamış Vladivastok, Xarbin, London, Parij, Misir və hətta Amerikaya kimi dağılır. O məmləkətlərin hər birində yuxarıda yazdığımız cümə məsələsini oxuyanlar öz könüllərində deyəcəklər ki, gör bu müsəlmanlar nə qədər çalışan, pul qazanan və ticarətə hərisdirlər ki, həftədə bir gün də tətil edib və dükanlarını bağlayıb ibadətə məşğul olmurlar.Bəli, xarici millətlər belə başa düşəcəklər, amma onlar bircə şeyi bilməyəcəklər: