Əzizim Həmidə! (14 iyul 1923)
Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğrudanmı çəyirtkə bütün əkinləri yemişdir?
Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür.
Hamıya salam. Tez-tez kağız yaz. Hələlik xudahafiz.
Sənin Cəlilin
Hələlik Cəlalı göndərə bilmədim, çünki paltarı yoxdur. Məktubu Sadıq bəylə göndərirəm.
C.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ezizim-hemide-14-iyul-1923
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
May ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.
Yaxşı işin tarixiHər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir.Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir.
Komitə işləri barəsindəİki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.
Əkinçilik aləmindənÜzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.
Стихи других поэтов
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,