Hicab məsələsi və cavabımız
Страница 1 из 2
Dünyada hər cür çətin və xariqüladə bir məsələ bəsirət və insaf ilə müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda, möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır. Bu səbəblədir ki, “ixtilafü ümməti rəhmətün” buyurulubdur. Amma, heyf ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli ilə şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə, hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyəni həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda, öz qaydasilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq: filankəs, məsələn, hicabı inkar edib dinindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar.
Amma vallah, yalan: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar. Milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar. Lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqiyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adət”in ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avamı allatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim? Həqq – taala cümləni biz mollaların fəndi felindən, riyasət və mənfəət tamahından, ikiüzlülük sifətindən uzaq eləsin.
Mən Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilən üləmanın rəyini xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrət” dir, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır.
Bunda heç bir zərrə şək yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əl açmaq da haramdır. Bir qismi deyir ki, üz və əl açmaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır.
Biz üz açmağı haram bilən rəy və qövllərin çoxunu bilirik. Bizə “Təzə həyat” sütunlarında uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazırlar. Məsələ madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair də.
Sözün canı bundadır ki, aya üz və əlləri örtmək “icmai” və “zəruridin”dir ya “ixtilaflı?”. Əgər ixtilaflı isə, nahaq başınızı ağrıtmayın, öz xəyalatınızla təkfirə cürət eləməyin. Yox, “üz və əlləri” açmaqda zərrə qədər ixtilaf yoxsa, isbat edin, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik.
Biz “üz və əlləri” göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq:
Şeyx Tusi mərhum “Nəhayə” və “Tibyan” adlı kitablarında, Seyid Sahibi-Riyaz “Şərhi-kəbir”də, Şeyx Yusif Böhrani “Hədayiq”də və Şeyx Küleyni və sairləri qədim üləmadan və bir cəmaəti-mütəəxxirindən deyirlər ki:
“Şəriəti-Məhəmmədiyyədə əcnəbiyyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduniribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir”.
Seyid Sahibi – Riyaz “Şərhi-kəbir”dən savayı bu barədə xüsusi bir risalə yazıb orada üzaçıqlığı haram bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki: “Yad arvadın üzünə və əllərinə baxmaq caizdir”.
Vəla yübdinə zinətəhünnə illa ma zəhərə minha.
Övrət ya əncəbiyədir ya mərhəm, əcnəbiyə olduqda ya azadədir ya kəniz. Əgər əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alğı və satqı vaxtında və əllərini çıxartmağa aldığı şeyi almağa və satdığı şeyi ya pulu verməyə.
Amma şərti odur ki, baxmaqda fitnə olmaya (“Təfsiri-kəbir” Əllameyi-fəxr Razi, səhifə 375).
Övrətin kişiyə baxmağı: əgər kişi əcnəbi isə övrət yeri: göbək ilə dizlərinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir övrətlərdən ötrü (yəni övrətlər kişinin heç yerinə baxa bilməz) məgər üzünə və əllərinə, necə ki, kişinin halətidir övrət ilə (kişi övrətin heç yerinə baxa bilməz qalsın məgər üzünə və əllərinə). Amma əvvəlinci qövl səhihdir ondan ötrü ki, arvadın bədəni fizzatə övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin namazı səhihdir.
Və əgər kişi övrətə məhrəm isə ya zövcüdür ya zövcündən qeyri, əgər zövcündən qeyri isə göbək ilə dizlərinin mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə cəmi bədəninə baxa bilər və habelə zövcü və kəniz zövcün və ağasının (“Təfsiri-kəbir”, səhifə 377).
Zinət xüsusda bəzi qail olub arizi zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik, xalxal və gərdənbənd kimi. Bəzi qail olubdur xilqəti zinətə. Əqrəb budur ki, xilqəti zinət daxildir “zinətəhünnə”yə. Zinəti-arizi və sonra əmələ gəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti fövqdə zikr olunan şeylərə.
Zinəti xilqətə həml edənlər deyiblər ki, “ma zəhərə minha”nın mənası budur ki, adət cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə və səhlə və səmhədir və zərurət təqaza edir üzü və əlləri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət deyildir (“Təfsiri-kəbir”, səhifə 378).
“İlla ma zəhərə minha”-isə məşğul olan vaxtda adət görsənə üzük, sürmə və xizab kimi, bu dəlil ilə ki, onlar örtməkdə aşkara çətinlik var. Bəzi deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir (“Təfsiri-İbn-Səud”, səhifə 259).
Təfsiri-Qazi həmin fövqdə yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında (“Təfsiri-Qazi”, səhifə 138).
Zinət bir rəvayətdə zinəti-zahirədir: sürmə və üzük, xalxal, bilərzik. Bir rəvayətdə üz və əllər və iki ayaqdır (“Təfsiri-Qazi”, səhifə 342).
“İlla ma zəhərə minha” ibarətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əgər fitnəyə bais olmaya (“Təfsiri-Cəlalin”, səhifə 156).
Vəla yəzrübnə bixümrəhünnə əla cüyubəhünnə.
Zəmani-cahiliyyət övrətləri baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazı və kərdənbəndləri görsənərdi. Ona görə əmr olundu ki, “baş örtüklərini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri məstur olsun” (“Təfsiri-kəbir”, səhifə 379).
Haman ibarətlə və qərar ilə yazılıbdır Təfsiri-İbn Səudda, səhifə 359.
Örtsünlər başlarını və boyunlarını və sinələrini çarqatları ilə (Cəlalin, səhifə 156).
“Vəla yəzrübnə bixümirihinnə əla cüyubihinnə” yəni boyunların örtsünlər (Təfsiri-Safi).
Hicab ayəsi (53-cü ayə):
Ya eyyühəlləzinə aməni la tədxilu büyutinnəbi illa ən yözənə ləküm ila təam qeyrə nazirinə innəhü və lakin iza ədeytüm tədxülu fəiza tömətüm fəntəsiru vəla məstanisinə lihədisin innə zaliküm kanə yözin-nəbi fəyəstəhyi minküm vəllahu la yəstəhyu minəlhəqq və iza səəltəmuhunnə mataən təsəluhünnə min vərai hicabə zalikum əthərü liqülubəkom və qülubəhünnə.
Yəni ey o kəslər ki, iman gətiribsiniz, daxil olmayan peyğəmbərlərin evlərinə, məgərinki sizə izn verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin) o halda ki, müntəzir olmayasınız təam izn özgə evinə daxil olmaq barəsindədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-hicab-meselesi-ve-cavabimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarımSizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım.O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə.
ÖlülərDörd məclis və beş pərdəli komediya**MƏCLİSLƏRİN ƏHALİSİ**
Birinci məclisHacı Həsənin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.C ə l a l və M ü ə l l i m diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.
Стихи других поэтов
Ey Tuba, baxışın yıxdı aləmi,Xumar gözün yenə qiyamət eylər,
OlmazSultanım fərmanı, paşa qəzəbi...Paşam, mürvət eylə, belə kar olmaz.
Qəmi-hicrində bimarəm mən, ey dostQəmi-hicrində bimarəm mən, ey dost!Zəlilu acizu zarəm mən, ey dost!
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin