Страница 2 из 2 · 50%


Yəni ey peyğəmbər, degilən övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan vaxtda, yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə kənizlərdən fərq olunurlar. Və bu surətdə onlara əziyyət olunmazlar ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi).


Caiz deyildir əcnəbiyə övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə, tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsl dəlil bu xüsusda ayeyi-şərifədir: “La yübdinə zinətəhünnə illa mazəhərə minha”. Ümumi səhabə buna qaildir ki, zahir zinətdən murad: sürmə və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda bu rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər. Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı övrət deyildir “İxtiyar”.


Azadə övrətin cəmi bədəni övrətdir məgər üzü və əlləri, Allah-taala həzrətlərinin “vəla yübdinə zinətəhünnə illa mazəhərə minha” fərmanına görə, İbn Abbas buyurubdur ki, zinəteyndən murad sürmə və üzükdür və zinəti zahir etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllərin zinətidir. (Kitabi-“İxtiyar”).

“Və cəmi bədənülhürrə övrətin illa vəchüha və kəfiha və qədəmiha və ləza təmtənü min kəsifə vəchuha beynərrical lilfitnətü vəla yəcüzin-nəzəri ileyha beşəhvətin kevəchüləmrədü və əmma yədunəha fihəl”.

Mənası: üz, əl və ayaqlardan savayı arvadın bədəni övrətdir. Fitnə olan təqdirdə üz açmaq da məmnudur. Şəhvətlə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi, arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa həlaldır (Müntəqi-Fitva kitabı).


Əllameyi mərhum “Təzkirə” kitabının dördüncü fəslində buyurur: məsələtün ünas tayfasının övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bunda ittifaq edibdir, məgər Əbu Bəkr ibni Əbdürrəhman ibn Hüşşam (hədis rəvayət edənlərin birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyri-məqbuldur icma vasitəsilə.

Amma iki əllər, üz kimidir bizim üləmanın yanında və buna qail olubdur Şafei, Övzai və Əbu Sur. Bu dəlil ilə ki, “vəla yübdinə zinətəhünnə illa mazəhərə minha”nı İbn Abbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür) təfsir edibdir üzə və əllərə.

Fazili-hindi “Kəşfül-lüsam” kitabında ki, əllameyi-mərhumun “Qəvaid” kitabının şərhidir, beşinci fərdə buyurur:

Vacibdir övrətə bədənini namaz vaxtında örtmək, məgər üzünü və əllərini, necə ki, bu məsələ yazılıbdır. “Məbsut”, “Mötəbər”, “İsbah” və “Came” kitablarında. Bu sözün dəlili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək əlləri və qədəmləri örtməz, çarqat da üzü örtməz. O hədis mövcib ilə ki, Fatimə əleyna səlamullah namaz qılırdı, əynində köynək və başında çarqat elə kiçik idi ki, başının tükünü və qulaqlarını örtmək qədərindən artıq deyil idi.

“Müntəha” kitabında (Əllamənindir) cəmi üləma icma edibdir üzdə və habelədir “Təzkirə” (Əllamənindir). “Müxtəlif” və “Mötəbər” kitablarında və “Müntəha” da sərahətə zikr olunubdur üləmaların icmal iki əllərdə və dəlil gətiriblər bunu ki, ehtiyac vadar edir üzü və əlləri açmağa. Və ibn Abbas təfsir edibdir “illa məzəhərə minha”nı üzə və əllərə və əlavə haramdır üzü örtmək niqab ilə ehram vaxtında “Zikri” kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övrət üçün üzünü örtməmək.

“Şərhi-kəbir”də sətri-övrət babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvalı nağıl etmək bədində buyurur: bəlkə məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrin vacib olmamağıdır. Caizdir əcnəbi kişi övrətin əllərinə və üzünə baxmaq (necə ki, nikah kitabında təfsilən nağıl olunacaqdır). Genə çox istidlaldan sonra buyurur: “vəla yübdinə zinə təhünnə illa mazəhərə minha” – belə təfsir olubdur ki, ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi belədir və Küleyni rəhmətüllah da buna qaildir, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə.


Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsüz, nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olmağını yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını yazdıq, hətta bu xüsusda Qurani-kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb, sizi bu günlərə, bu həqarətlərə salan bir para ruhani dərisindəki qudtların sözünə allanırsınız.

Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var.

Görürsüz nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilir. Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.

Həmd olsun, özünüz görürsünüz kimlərdir şəriətini bilməyib korkoranə əl-ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib, camaatı alladıb ələ salanlar!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 25 iyun 1907, № 23

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Azərbaycan

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

19173 мин
Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım

Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım.O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə.

19061 мин
Ölülər

Dörd məclis və beş pərdəli komediya**MƏCLİSLƏRİN ƏHALİSİ**

19092 мин
Birinci məclis

Hacı Həsənin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.C ə l a l və M ü ə l l i m diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.

190921 мин

Стихи других поэтов