İdarədən
Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.
Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.
Hər halda Fatının qubernatora çul təqdim eləməyinin indiki qubernatora dəxli ola bilməz. Əvvələn, bu səbəbə ki, hazırdakı qubernator qraf Tizenqauzeni biz dövlətli bir şəxs tanıyırıq: Və əgər müşarileyh bir kasıb kürddən bir çulu qəbul etməli də olsaydı, onu dəxi artıq bir ənam ilə yola salardı və ikinci də budur ki, necə də yuxarıda işarə olundu, “Fatı” mənzuməsi indiki qubernatordan çox irəli yazılıb.
Məcmuənin müdir və baş mühərriri
Cəlil Məmmədquluzadə.
“Molla Nəsrəddin”, 23 dekabr 1907, № 48
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-idareden-4
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam.Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.
Eydi-rəməzanŞükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları.Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir.
Çay dəsgahı1. Samavar 4. İstəkan 7. Maşa2. Padnos 5. Nəlbəki 8. Truba
Kişmiş oyunuƏhvalat vaqe olur 1891-ci ildə Gəncə quberniyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu və Mustafa. Bunlardan sinndə böyük Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə.Vəlisoltan (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə?
Стихи других поэтов
Ol gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Qızıl qərənfillərKapri bir məlakədir gömgöy ümman içində,Camalını gizlədib bəyaz duman içində.
GetdilərQasid gəldi yardan xəbər gətirdi,Necə çəkim ol fərağı, getdilər.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.