Müsəlla
Necə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu.
Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir?
Belə-belə məntiqli sual-cavaba girişəndə də baxıb görəcəksən ki, zalım oğlundan nə hə, nə yox – bir səda gəlmədi; guya ki, bu haman Allah dediyin heç yerindən yox imiş. Xülasə sözü çox uzatmayaq.
Bəli, belə bir quraqlığı gördükdə, Cavanşir islamları deyirlər: xub, əlac bircə müsəllaya qalıbdır. Amma rica edirəm mənə icazə verəsiniz buradan bir haşiyə çıxam:
Bax, o heyvan heyvanlığı ilə, əgər onu sən tək bircə dəfə aldatsan, ikinci dəfə dəxi sən onu aldada bilməyəcəksən. Məsələn, mən keçənlərdə evdə ulağ saxlardım və oduna gedəndə baş yuxarı minərdim. Qayıdanda odun yüklərdim.
Həmişə xəlbiri əlimdə görəndə, yanıma gələrdi; çünki bilirdi ki, arpa verəcəyəm. Bir gün istədim aldadım: boş xəlbiri əlimə aldım, heyvan gəldi və gördü ki, arpa yoxdur, boş xəlbiri qoxladı və qayıtdı. Dəxi ikinci dəfə əlimdə xəlbiri görəndə eşşək uzaqdan durdu baxmağa və yavığa gəlmədi, bildi ki, xəlbirdə arpa yoxdur.
Bəli, keçək söhbətə.
Bəli, Cavanşir müsəlmanları çıxırlar müsəllaya ki, xudayi-layəmut onlara yağış göndərsin. Bəli, elə ki, müsəllanın mərasimi tamam olur, camaat görür ki, havanı qara bulud aldı. Bir yandan da göy başlayır guruldamağa, ildırım başlayır çaxmağa. Və camaat hələ səhradan şəhərə qayıtmamış elə şiddətli dolu yağır ki, balaca uşaqlar az qalır ki, yumurta yekəlikdə dolu dənələrinin altında həlak olsunlar. Və nə qədər ki, zəmilərdə ayaq üstə saralmış taxıl sünbülləri də var idi, onların hamısını şoqərib dolu əzib torpağa qarışdırır.
Bu məqaləni yazmaqdan murad odur ki, Allahın heyvanı heyvanlığı ilə başa düşdü ki, mən onu aldadıram. Amma Tərtər axundlarının vədə verdiyi yağış əvəzinə hər gün bir elə nagəhan dolu yağa, yenə Tərtər şiələri başlarının noxtasının ucunu axundların əlindən dartıb almayacaqlar.
Lağlağı
“Molla Nəsrəddin”, 27 iyun 1925, №26
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-musella
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əfqan padşahının builki Avropa səfəri məni bir para fikirlərə gətirib çıxarır. Sözün doğrusu, mən bir fağır qoca adamam və dünyanın çox da dərin məsələlərindən başım çıxmaz. Amma onu bilirəm ki, əfqan padşahının bu ilki səfəri keçmiş şahların səfərindən bir çox təfavütlü nəzərə gəldi. Təfavutün birincisi budur ki, – necə ki, hamı da görür, – əfqan padşahına cəmi hökumətlər tərəfindən nəhayət dərəcədə və həddindən – artıq mehmandustluq və məhəbbət izhar olundu. Bu da, elə bilirəm, padşahın bəxtindəndir; çünki keçmiş padşahların səfərini yadıma salanda, doğrudan da o şəhid Nəsrəddinşaha lap yazığım gəlir. Belə ki, indiki kimi yadımdadır, Nəsrəddin şah düz qırx il bundan müqəddəm Avropa səfərinin təhiyyə tədarükünü görəndə qabaqca cəmi padşahlardan piş əz vəqt içazə istəmişdi. Doğrusu bu siyasi məsələləri mən nə o vaxt başa duşə bilirdim (çünki mən o vaxt uşaq idim. Uşağın da ki, o qədər dərrakəsi ola bilməz) və nə indi, qoca vaxtımda başa düşürəm (çünki-əslindən siyasi işlərdən mənim o qədər başım çıxmaz, zira mən əslindən bitərəf bir yazıçı mollayam, partiyabazlığnan da işim yoxdur).Ancaq bu yaxşı yadımdadır ki, rəhmətlik Nəsrəddin şaha cəmi padşahlar onların məmləkətinə varid olmaq icazəsini verəndə, tək bircə qudurğan Şvetsariya hökuməti cavab vermişdi ki, əzbəs ki, Şvetsariya məmləkəti “sosializm bayrağına sitayiş edir, bu səbəbdən şah həzrətləri rəsmi surətdə Şvetsariya torpağına daxil ola bilməz və rəsmi mehmannəvazlıq şəraitini həmin cümhuriyyətdən müntəzir ola bilməz və lakin təğyiri-libas olub, adi bir vətəndaş qiyafəsində azad Şvetsariya məmləkətinə hər bir vaxt təşrif gətirə bilər”.
“Cəmdək”Avam arasında “cəmdək” – heyvan ölüsünə deyirlər. Söhbəti burada qoyub, qeyri məsələnin müzakirəsinə keçmək istəyirəm.Dünən küçədə bir müsəlman qardaş məni dayandırıb üzr istədi və soruşdu:
Bitərəflər və dinM. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca*“Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər.
LəkəLəkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər.
Стихи других поэтов · Сатира
Очаровательный шалун, как ты хорош, дитя!Для мусульманина твой взгляд - как в сердце нож, дитя!
Kamil paşa, kamilliyinə min barəkallahKamil paşa, kamİlliyinə min barəkallah,Etdin nə gözəl millətini xürrəmi xendan.
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.