Mən qabaqlarda mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu fırıldaqçılar, doğrudan da, dünyada hər bir insan peşəsini tullayıb özlərini qoyublar adam aldatmağa ki, nə bilim cənnət belə gəldi və cəhənnəm belə getdi.

Hətta, Allah şahiddir ki, mən həmişə öz qələmimlə hər yeri düşəndə və fürsət vaxtı gələndə mollaları pislərdim.

Axır, doğrudan, yəni necə mollalıq? Molla – yəni nə?

Başdan-ayağa danışdıqları yalan, başdan-ayağa tutduqları iş qələt və başdan-ayağa moizələri insana: nə bilim, kişmiş belə gəldi, şərab belə getdi. Ta o yerə kimi biçarə islam ümmətinin tamam nisfini kişmişə həsrət qoyublar (Allah sizin evinizi yıxsın!).


Dünən bir məclisdə yapışdım mollaların birisinin yaxasından.

– Bəsdir, həya edin! Bu biçarə Allahın heyvanlarına bir rəhminiz gəlsin, xalqı tovlamaqdan yorulun və usanın! Dünya və aləm üstümüzə gülür, qonşu millətlər məhərrəmlik oyunbazlığımızı kartinalara salıb dünyanın pulunu yığırlar, yer üzündə xəcalətimizdən yerə girməli olmuşuq.

Amma burada axund mənə bir özgə cür cavab verdi. Və bu cavabı mən sonra öz-özlüyümdə çox düşündüm və çox fikirlərə getdim və xəyalımı tarix aləminə çöndərib bəzi mətləbi düşünməyə başladım.

Mollanın cavabı çox qəribədir. Gör mənə nə dedi:

– Axund Molla Nəsrəddin, siz, doğrudur, biz mollaları töhmətləndirirsiniz, amma fərmayişinizi necə ki, lazımdır zaiqəyə tapşırmırsınız. Zira əgər doğrudan batil yola düşmüşük və avamı da batil yola sövq edirik və qəflət vadisinə çəkirik, biz bu sənəti özümüz ixtira eləməmişik; bunu peyğəmbərlərdən və imamlardan öyrənmişik. Bizim bu yalançı mollalığımız əsil peyğəmbər və imam peşəsidir; bu dediyimiz sözlər həmin peyğəmbərlərin öz sözüdür.

Əgər biz moizə etdiyimiz cənnət və cəhənnəm, dünya və axirət söhbətləri puç bir əfsanə və müzəxrəfatdır, biz bu müzəxrəfatı yenə həmin peyğəmbərlərdən öyrənmişik. Əgər peyğəmbərlər danışdıqları söz haqq və həqiqət olsa idi, o vədə cəmi peyğəmbərlər həmin haqq sözün üstə cəm olardılar və dəxi yüz yetmiş iki din və ayin yaratmazdılar və peyğəmbərlərdən sonra da gələn imam və müctəhidlər bir-birilə səltənət üstə qovğa edib boğuşublar; biz mollalar qələt eləmişik o dərəcəyə çataq.

Xülaseyi-kəlam, ey axund Molla Nəsrəddin, izn ver belə bir məsəl çəkim: ya Bəni-Üməyyə ilə Bəni-Abbas tayfalarının padşahlıq üstə yüz illər ilə bir-birini vəhşiyanə qırıb məhv eləməyini gör, – ya biz mollaların bir-birinə olan ədavət və rəqabətini gör. Və nə vaxt eşitdin ki, Nəcəf, ya Kərbəla müctəhidləri bir yerə cəm olub və ittifaq qurub, hamısı bir-birinə inanıb bir məsciddə namaz qılırlar (və dəxi boğuşmurlar), o vədə elə hesab elə ki, tək bircə biz mollalar günahkarıq.

Yox, yox, vallah yox, billah yox!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 4 iyul 1925, №27

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Nəşri-maarif” cəmiyyəti

Nahaq yerə “Kaspi” qəzeti “Nəşri-maarif” cəmiyyətindən giley edir ki, guya cəmiyyət heç bir iş görməyib.Biz buna təəccüb edirik ki, bir yandan “Kaspi” gilay edir, bir yandan da Dəmdəməki müxbirimiz “Nəşri-maarif” cəmiyyəti barəsində idarəmizə hədsiz tərif və təhsinlər yazıb göndərir.

1 мин
Yuxu

Puf, kuf, fuf… A kişi, bilmirəm bu hövlnak yuxular nədir ki, mən görürəm… (tuf, tuf, tuf, Sərdar Mənsurə…). A kişi yatmışdım, neyləmişdim, onda gördüm bir haf-huf anqırtısı gəlir, hərdəm deyir mmm məgə məgə məgər məra nəmişünasi? Yerimdən qalxıb can basdım anqırtı gələn səmtə. Yetişdim gördüm gülüm nanay, nay nanay, sərdar nanay day dalay… Qərəz, hə onda gördüm ki, cəhənnəmimizin qapısında bir nəfər sərdari-şərarətmədar, şəqavətasar, səlabət və şücaətdə misli-himar saxlayıblar. Hərdəm buna deyirlər: gir yuvana heyvan… Sərkarın qeyzi tutub elə bilir ki, bunlar Pəştin kələklərindəndir, birdən o sərdari-murdar, rəisi-tüccar, sərkərdeyi-küffar, kilabi-üqar kimi bir silkinib haffıldadı: “Pəsəra, məgər məra nəmişünasi?”. Dedilər: məgər sən kimsən? Dedi ki, mən…Mən küllikar Mirzə Fətulla xanam ki, əvvəl səglər səgi-Rəşt budəm və həmin mənsəbra bəd əz-salha şəbizindədari… və raşnə mali… və rəxtxabəndazi çinin bədəst avürdə budəm nə beasani… Bəs ki, dəndanhayəmra əz-zərb la-yəzrəb didəm (uj) zərbi-fişar dadəm bəçeşmhayəm sürxi amədə … Ta səglər səgi şüdəm salha dəst zənani-bisahibra-giriftə bəxaneyiin və an əz-əyan bürdəm (cəhəti-kəfalətha, nə xəyali-digər…) şüdəm əbili-tunban (yəni əmiri-tuman) dər həmin mənsəb həm qərnha çəndən ətfali-sadə dər dəsti-badəra bəxəlvətxanəhayi-ağlayan bürdəm (bər bəstha ki, xaricə nəbinəd, nə bekari-digər). Ta şüdəm salar əbkəm (salar əfxəm). Vəli in mənsəbra ki, hala darəm kafdari-məkfur (sərdarimənsur) əz bərəkəti-batini-abi-şur ki, mahiyan cürbəcür başəd əzdövləti dühəzari-hayi-şəmşirdar müsyö Lyazanov ta inra güft fəryad kərd “Lyazanov, Lyazanov”. Onda gördüm cəllad ərzəq çeşmi-diraz dəndan, bəli, bəli, Sərdar qayıtdı: Lyazanov, o şəxslər ki, füqəradırlar, öz yeməklərinə balıq tuturlar, məbada-məbada balığın birin onlara altı şahıdan artıq hesab edəsən ha! Gədə, bu axmaq uşağına hürriyyət verildi, birdən xudanəkərdə hürriyyətin annarlar, onda sənin hənavı mənim saqqalıma, mənimkin sənin rüşvətüvi yeyənin bığlarına yaxarlar. Ondan sonra qayıtdı ki, xub ağayi inkir-minkir bərdarid inhara məravil künid. Axır on rədərsuxtə şərüfil şərüfil-üləma himariz-zakirin həzaran dəfə vəqti-iftar bədəhəni-ruzə dər məhzər divist nəfər ağayani-Rəşt ki, ümumən dər həmin cayənd əgər bavər nədarid dərra kəşudə və pürsid beqül-hüvəllah bərənchayi-sədri püxtə hazir iftar qismha xurdəənd ki, sərdar şüma dər əla dərəceyi-illiyyin ba-hurüleyn xahid şüd. Didəm əz əndəruni-cəhənnəm sədaha miayəd ki, sərdar, sərdar befərma befərma, dər-incayəm, nə tənha beşümə həmə on qismhara xurdeyim: hə, maliklər dedilər ki, bu pulları bizə niyə verirsən? Əgər verirsən, sənə biz də mənsəb verək. Biz bularsız da veririk: Fironül-mülk ya Şəddadül-əyalə ya Dəyyusülməmalik… ya əgər verirsən ki, səni xilas edək, olmaz, gir oda, gir, gədə, gir, gir! Heyvan, gir, gir, gir”. Elə onu anqırtıynan atanda onun səsinə oyandım. Odur ki, Sırtıq ola-ola adım Dəli oldu.Dəli*

2 мин
Həmşəri

Bakıdan otuz nəfər həmşəri mənə şikayət edir ki, onları şahiməğfurun təziyəsində məscidə qoymadılar. Kağızın məzmunu budur: “Biz otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri. Bir dövlətli hacı gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir bəy gəldi, həmçinin, bir xan gəldi, həmçinin; sonra hər bir rəğbətli adam gəldi, “buyur, buyu” eləyib aparıb oturtdular minbərin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri, hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmşərisiz, siz durun qapının ağzında!” Sonra hey bir ucdan çay, qəhvə, paprus daşıyıb düzdülər ağaların qabağına… Amma biz axıra kimi durduq qapının ağzında”.Bu kağıza otuz həmşəri qol çəkib.

4 мин
Lüğəti-molla Nəsrəddin

İndi hürriyyət zəmanəsi olmağa görə biz lazım bilirik ki, hürriyyətə dəxli olan bəzi çətin sözləri məna eləyək ki, oxucularımız oxuyanda başa düşsünlər.Hürriyyət – yəni azadlıq, yəni hər bir kəs hər nə eləsə azaddır. Məsələn, İranda bir tərəfdən millət vəkilləri yapışsınlar vəzirlərin yaxasından ki, gərək bizim iznimiz olmamış heç bir qərardad eləməyəsən, bir yandan da hökumət qərar qoyur ki, məcmuələri yandırsınlar.

1 мин

Стихи других поэтов · Сатира