Siyasət
Siyasət cürbəcürdür.
Hər şeyin özünə görə siyasəti vardır. Bu siyasətlərin içində bir də ticarət siyasəti vardır.
Hər kimin də özünə görə ticarət siyasəti vardır.
Məsələn: Mərhum Molla Nəsrəddin əminin ticarət siyasəti belə idi: Yumurtanın beşini bir şahıya alıb, onunu bir şahıya satardı.
Bu onun ticarət siyasəti idi.
Arvadı da acıqlanıb deyəndə ki;
– A kişi, malı zərərinə niyə satırsan?
“Molla Nəsrəddin” əmi böyük bir qürurla cavab verərdi:
– Sənin belə işlər ilə işin olmasın. Buna ticarət siyasəti deyirlər. Hər kimin öz ticarət siyasəti olduğu kimi, bizim “Baksoyuz”un da öz ticarət siyasəti vardır.
Onun ticarət siyasəti isə öz üzvlərini hər bir maldan təmin etmək və onları xüsusi dükançıya tabe etməməkdir.
“Baksoyuz” bunu gözəl bilir. Məsələn: Pasxa bayramı yaxınlaşır. Müştərilərin içində pakqəlbli xristiyan qardaşlar da yox deyildir. Onlar üçün Pasxa çörəyi hazırlamaq lazımdır ki, xüsusi dükançının yanına getməsinlər.
Sonra başqa dinlərin də bayramında onlar üçün də istədikləri şeyləri hazır etməlidir ki, xüsusi dükançılara müraciət etməsinlər. Məsələn:
Bəni isirail qövmü üçün (Matsu) adlanan ağ yayma.
Məhəmməd ümməti üçün qurbanlıq qoyunlar və habelə.
Mənim fikrimcə, hər dini bayram qabağı elanlar da vermək olar. Qurban bayramında:
Cəmi müsəlman qardaşlara elan olunur ki, “Baksoyuz” dükanlarında “İnni vəcəhət” ilə kəsilmiş hazır qurbanlar vardır.
Musa ümmətinin bayramında:
Xaxamın öz əlilə yoğrulmuş külli miqdarda ağ (matsu) mövcuddur. Bir puddan artıq alanlara iyirmi faiz güzəşt edilir.
Xristiyan bayramlarında:
Hamı proslavni vətəndaşlara xəbər verilir ki, batuşkanın xüsusi sifarişi üzrə hazırlanmış hər cür Pasxa çörəyi satışa qoyulmuşdur. Dindar vətəndaşların bizi yaddan çıxarmayacağı şübhəsizdir.
“Baksoyuz” üzvü
“Molla Nəsrəddin”, aprel 1926-cı il, №16
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-siyaset
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib.Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin məhrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.
PoçtxanamızRuznaməmizin nəşrinin şöhrəti qeyri şəhərlərə çatdıqda çox yerlərdən idarəmizə məktublar yazıb abunə olmuşdular. Və biz təqribən bir ay bundan əqdəm birinci şümarəni və bir həftə ondan sonra ikinci şümarəni Təbriz poçtxanası vasitəsilə müxtəlif şəhərlərə göndərmişdik.Beş gün bundan əqdəm hər bir yavuq qəsəbələrdən və şəhərlərdən varid müsafirlərdən və dostlarımıza çatan məktublardan çox-çox şikayətlər bizə çatdı ki, ruznaməmiz Təbrizdən kənar heç bir nöqtəyə gedib çatmayıbdır.
MüştərilərimizəAbunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.
Müştərilərə1. İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır.2. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.
Стихи других поэтов · Сатира
Ах вот как здесь поставлены дела!Здесь вместо школы сущий кавардак!
Var özgə vilayətdə də tək-tək köpək oğluHüseyn bəyə həcv*Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Gəldi “Babayi-Əmir...”Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.