Üləma
Bəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.
Bilmirsiniz axund həzrətləri nədən danışırdı?
Haman bizim insanlıq və müsəlmanlıq təklifimizdən! İslam niyə bu günlərə qaldı? Ondan ötrü ki, camaatımız üləmaya pul vermir.
Hərçənd üç milyon müsəlmanın yarısı üləmadır; amma bu üləma müsəlmanların pulu ilə təhsil eləməyib, bunların təhsil xərcləri Amerikada Kaliforniyanın qızıl mədənlərindən gəlib. Sonra elə ki, üləmamız başlayıblar çörək qazanmağa, yenə camaatımız bunlara bir qəpik verməyib. İrəvanda, Bakıda, Şamaxıda, Naxçıvanda, Təbriz və Tehranda üləmamız nə qədər ki, imarət tikdirib, kəndlər qazanıblar, hamımızın mədaxili Yaponiya camaatından gəlib, yoxsa müsəlman hacı və məşədilərinin və kəndlilərinin ciblərindən bir qəpik də çıxmayıb.
Yenə bilirmisiniz ki, axund həzrətləri nədən danışırdı? İslam niyə bu günlərə qaldı? Ondan ötrü ki, əğniyamız millət qeydinə qalmırlar və məktəblər açmırlar və heç kəs deməsin ki, Tağıyevlər qız məktəbləri açıblar, Nağıyevlər darül-müəllimin açıblar və qeyri əğniyamız qeyri bir şey açıblar. Xeyr, xeyr! Bunların hamısını eləyən – üləmadır. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən – üləmadır.
Füqəraya gəldikdə, bunlar da sırf cahil, sırf vəhşi! Lakin bu füqərada da günah çoxdur, ondan ötrü ki, bunlar da üləma hazır etmək qeydinə qalmırlar. Xülaseyi-kəlam: günahların hamısı yenə bizim camaatdadır.
Bir para axmaqlar elə güman eləyirlər ki, üləma gərək camaatın təhsili qeydinə qalsın; amma bu batil bir fikirdir: çünki camaatın canı cəhənnəmə; ancaq üləma üçün elm oxumaq lazım. Vəssəlam!
Allah ömür versin! Biz axund cənablarının fərmayişini başdan axıradək təsdiq edirik; amma bircə şey bizə qəribə gəlir: axund buyurur “hanı üləma?”, yəni üləma yoxdur. Allah şahiddir ki, elə biz də həmişə bu sözləri yazmışıq və həmişə isbata yetirmişik ki, üləmamız yoxdur və indi hər nə ki görürük, – bunlar məhz oyun-oyuncaqdır.
Bizə qəribə gələn budur ki, axund cənabları bu sözləri buyurduğu məclisdə qeyri üləma tərəfindən yenə gözəl moizələr olunub: bəs bu nə sözdür ki, “hanı üləma?” Hələ bəs Axund Molla Məhəmməd cənablarına nə deyirsiniz ki, məscidi-camedə nasutdan, mələkutdan, fələkutdan, lahutdan, silsilədən, müəyyədən danışıblar (bu qədər də insanda elm olar?).
Amma qorxuram ki, qiyami-qiyamət olanda Məşqətə kəndində aşura günü dəstəbazlıq üstə dava edib “şəhid” olanlar sizin yaxanızdan əl götürməyələr. İsti otaqda yuxarı başda əyləşib, yüz min dəfə eşidilmiş sözləri söyləmək camaatımız üçün bir xidmət deyil.
Hünər budur ki, aşura günü küçələrdə dəstəbazlıq edən, “sırf cahil” qardaşlarımızın qabağını kəsib, qəmələri və çomaqları alıb atasan dəryaya və Pataqoniya vəhşilərini qoyun sürüsü kimi qaşovlayıb, aparıb qatasan Allahın evinə və minbərə çıxıb deyəsən: “Üzünüz qara olsun, ay mənim din qardaşlarım ki, imamın təziyəsini həbəşilər yallısına oxşadıb millətlər içində bizi rusvay elədiniz!”.
Bu, hamının işi deyil, bu, Mirzə Fərəc Pişnamazzadə kimi üləmanın işidir!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 1 fevral 1909, №5
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ulema
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əfqan padşahının builki Avropa səfəri məni bir para fikirlərə gətirib çıxarır. Sözün doğrusu, mən bir fağır qoca adamam və dünyanın çox da dərin məsələlərindən başım çıxmaz. Amma onu bilirəm ki, əfqan padşahının bu ilki səfəri keçmiş şahların səfərindən bir çox təfavütlü nəzərə gəldi. Təfavutün birincisi budur ki, – necə ki, hamı da görür, – əfqan padşahına cəmi hökumətlər tərəfindən nəhayət dərəcədə və həddindən – artıq mehmandustluq və məhəbbət izhar olundu. Bu da, elə bilirəm, padşahın bəxtindəndir; çünki keçmiş padşahların səfərini yadıma salanda, doğrudan da o şəhid Nəsrəddinşaha lap yazığım gəlir. Belə ki, indiki kimi yadımdadır, Nəsrəddin şah düz qırx il bundan müqəddəm Avropa səfərinin təhiyyə tədarükünü görəndə qabaqca cəmi padşahlardan piş əz vəqt içazə istəmişdi. Doğrusu bu siyasi məsələləri mən nə o vaxt başa duşə bilirdim (çünki mən o vaxt uşaq idim. Uşağın da ki, o qədər dərrakəsi ola bilməz) və nə indi, qoca vaxtımda başa düşürəm (çünki-əslindən siyasi işlərdən mənim o qədər başım çıxmaz, zira mən əslindən bitərəf bir yazıçı mollayam, partiyabazlığnan da işim yoxdur).Ancaq bu yaxşı yadımdadır ki, rəhmətlik Nəsrəddin şaha cəmi padşahlar onların məmləkətinə varid olmaq icazəsini verəndə, tək bircə qudurğan Şvetsariya hökuməti cavab vermişdi ki, əzbəs ki, Şvetsariya məmləkəti “sosializm bayrağına sitayiş edir, bu səbəbdən şah həzrətləri rəsmi surətdə Şvetsariya torpağına daxil ola bilməz və rəsmi mehmannəvazlıq şəraitini həmin cümhuriyyətdən müntəzir ola bilməz və lakin təğyiri-libas olub, adi bir vətəndaş qiyafəsində azad Şvetsariya məmləkətinə hər bir vaxt təşrif gətirə bilər”.
“Cəmdək”Avam arasında “cəmdək” – heyvan ölüsünə deyirlər. Söhbəti burada qoyub, qeyri məsələnin müzakirəsinə keçmək istəyirəm.Dünən küçədə bir müsəlman qardaş məni dayandırıb üzr istədi və soruşdu:
Bitərəflər və dinM. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca*“Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər.
LəkəLəkə pis şeydir. Bunun pisliyi iki babətdəndir:Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər.
Стихи других поэтов · Сатира
“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?
Maddeyi-tarixYatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.