Xaç bayramı
Hər kəs həmin bu sözlərdən bir mətləb anlamaq istəyirsə gərək 7-ci səhifədəki Hindarx məktəb müdirinin idarəyə cavabını oxusun.
Əhvalat bu qərar ilədir:
Məlum ki, bu il müəllimlər ehsaiyyə işlərinə alınmaları səbəbindən, dekabrın on beşindən yanvarın birinədək dərsdən azad olublar.
Bu, öz qaydasınca.
Ancaq Hindarx məktəbi müdiri yazır ki, kənd məktəblərində xaç bayramı tətilləri çarın və onun nökərləri olan mollaların və keşişlərin yıxılması ilə bərabər yıxılmışdır.
Allah ağzından eşitsin!
Kaş sən deyən olsun!
Və lakin, mən hərçənd müdir Rüstəmzadə yoldaşı görməmişəm və onu tanımıram, amma bunu fəhva ilə deyə bilərəm ki, müdir yoldaş nə məncə ömür edib, nə həmin səbəbdən məncə təcrübə görübdür; necə ki, hükəma deyibdirlər: “Çox oxuyan çox bilməz”.
Xülasə...
Məlum ki, bu il müəllimlərin və şagirdlərin dərsdən azad olmaqlarına ehsaiyyə işləri bais oldu.
Mən onu da bilirəm ki, keçən il də həmin müəllimlər və şagirdlər həmin dekabrın ikinci yarısını dərsdən azad oldular. Amma bunu Allah özü də təsdiq edə bilər ki, keçən il ehsaiyyə işləri yox idi.
Bu sətirləri cızma-qara eləyən adam bu il də Hindarx şagirdləri ilə söhbət edib, keçən il də söhbət edibdir və inqilabdan qabaq da, keşişlər və mollalar əsrində də söhbət edibdir və qəribə burasındadır ki, həmin dekabrın on beşindən yanvarın əvvəlinədək mən həmin Hindarx müəllimlərini və Hindarx mütəəllimlərini dərsdən azad görürəm və hər dəfə onların dərsdən kənar olmaqlarının səbəbini soruşanda, həmin uşaqlar da və uşaqların ataları da xaç bayramını ortalığa gətiriblər.
Hə! Nə deyirsən?..
Dəxi burada heç atılıb-düşmək lazım deyil və burada Hindarx şagirdlərinə və şagird atalarına bir söz demək olmaz; çünki zamani ki, dekabrın on beşindən başlamış yanvarın altısınadək sən yıxılmış hesab etdiyin keşişlərin mərifəti ilə Bakıda və qeyri yerlərdə kilsələrin on yeddi min put misi məəttəl edən zənginin nərəsindən yoldan ötüb keçən müxtəlif millətlərin zəhmətkeşlərinin qulaqları tutulmaqda olur,
– bu halı öz gözü ilə görən və öz qulağı ilə eşidən Hindarx kəndlilərini sən heç vaxt inandıra bilməyəcəksən ki, bu dərsdən azad olmaq – məhz ehsaiyyə məşğələlərindən, ya tənəffüsün lüzumundan törəyir.
Yoxsa söhbət tək bircə Hindarx məktəbi söhbəti deyil, habelə qeyri kənd məktəbləri və habelə böyük şəhərlərimizdə kiçik və böyük məktəblərimiz...
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 fevral 1927, №7
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xac-bayrami
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq.Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir.
FürsətBir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.
BarmaqƏfqanıstan iğtişaş və üsyanından biz hərçənd ki, uzağıq, amma zehn ucilə deyə bilərik ki, burada ingilis barmağı var.Nə sübutla deyə bilərik ki, burada ingilis barmağı var?
Hikmətli sözlər1. Tapmaca: tap görüm, nə səbəbdən qışın soyuq günündə bir para adamlar üşüyürlər, amma bir paraları heç üşümürlər?2. Bu gün qəzetlərin birində bir nəfər başıboş yazıçı yazmışdı ki, kino idarəsi biletlərin qiymətini yendirməlidir ki, camaata tez-tez kinoya getmək əlverişli olsun.
Стихи других поэтов · Сатира
Ətəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,