Страница 3 из 3 · 67%

– O nə deməkdir?

Yığırlar, zaqatovka gedir. Deyir, hərə gerək nağıl borcunu versin.

Vahid dedi:

– Siz necə, borcunuzu verdiniz, ya yox?

– Mən başlasam kağız, mürəkkəb çatmaz. Gedin dedim, özüm Bakıya gələcəyəm.

– Bakıda nə tapacaqsan onları?

– Mən niyə, onlar tapacaq. Şuşada gəlib tapan, Bakı qəsdinində məni tapmaz?

Rübabə dedi:

– Əmi, mehmanxana adı çəkmə, evimizə nə gəlib?

– Məsəl deyirəm də.

Vahid kişinin sayıq salmaq istədi:

– Evinizi o nağıl hazırlayana tanıtsanız, özünüzü də nağıla düzər...

Sadıq sözü dəyişdi:

– İstəyirik artel düzəldək.

– Nə arteli?

– Fermadır, nədir, arıçılıq barədə.

– Haqqın yolunu tapdınız axırda. Xahiş eləyən çoxdurmu?

– Vardır, var bir yeddi-səkkiz nəfər. Binasını qoyandan sonra dalısı gələcək.

Rübabə söhbətə qarışdı:

– Arılar çoxdanın artelidirlər, bir işləyir, bir də yeyirlər.

Sadıq kişi öz hünərindən söhbət düşınüş kimi arılardan həvəslə deməyə başladı.

– Onların aləmi var, qızım. Böyüyün sözünə baxmağı, ağzıbir olmağı, tənbəli cərgədən çıxarmağı, qənaəti, təmizkarlığı... nəyini deyim, çox pak heyvandır. Təki biz insanlar çox şeyi onlardan öyrənəydik!

Vahid dedi:

– Ata, onların şüuru yoxdur. Nə eləyirlərsə...

Bu söz Sadıq kişinin xoşuna gəlmədi:

– Şüur nəyə deyirsən? Bişüur o adama deyərəm ki, iki əli ilə bir başını dolandırmır. Sən onların mərifətinə bax! Ananın başı ağrıyanda hamısı yas saxlayır, Özgəsinin başını yarmaq, tikəsini əlindən almaq üçün olan şüur nəyə lazımdır? O şüur deyil, zülmdür. Müsəlman şüuru...

– Şüuru yaxşı işlərə sərf etmək olar.

– Arılar eləyir də... Mən də onu deyirəm...

Sadıq həvəslə anların əmək bölgüsündən, yazbaşı qaynayan həyatlarından söhbət elədi. Sonra dedi:

– Danışın görək, cavanlar, sizlərdə nə var, nə yox, a Vahid! O nədir, o mərdimazar oğlu Gəldiyev yenə oralardadır?


Bu yerlərin nə gözəl gecələri var! Xüsusilə, qışda hava qaranlıqlaşan, çıraqlar işaran kimi tərəddüd kəsilir. Hər şey istirahət sükutuna batır. Ay aşağıdan, dağlar ardından, Araz üstündən qalxanda, yuyunmuş kimi tərtəmiz, gümüş bədəni ilə görünəndə, bütün aləmə - evlərə, həyətlərə, küçələrə, dərələrə, təpələrə, düzlərə, dağlara ağ bir örtük çəkilir. Hər şey yatır, dünya xəlvət görünür. Ay səssiz yerişi ilə sanki qalxmaq, göylərin üst qatında, piləkli, abı gərdəyin dalındakı yatağına girmək üçün tələsir. Tamaşadan doymaq olmur. Ancaq ayazdır. Fatma arvad Rübabəni səsləyir:

– Qızım, özünü soyuğa verərsən ha! Bakıya ağlın getməsin. Bura dağ yeridir, ayaz kəsir!

Rübabə içəri qayıdır. Otaqda adam xarici aləmi, sükutu, soyuğu tamam unudur. Üzlərdə şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür. Səkkiz gündür ki, Rübabə gəlmişdir. Bunun beşini kənar evlərdə, qonaqlıqlarda keçirmişdir. Vahidin qohumları, dostları növbə ilə onları çağırırlar. Şirin söhbətdə keçən gecələrin xoş dəqiqələrindən ayrılmaq olmur. Ev sahibi gecə qonaqları buraxmır. Səhər çayını da orada içirlər. Rübabə cürbəcür insanlar ilə tanış olur. Həkim Böyük-xanımın söhbətini xatırlayır. "Bunlar hamıyamı, həmişəmi belə hörmətlidirlər? Bəs yalanmı deyirdilər? Bəlkə mənə hörmətləri Vahidin xatirinədir?"

Vahidin xatirinə də olsa, elin adeti də olsa, bu ehtimalın hər ikisi Rübabəyə xoş idi.


Bu səhər Vahid Rübabəni Cıdır düzünə tamaşaya aparmalıydı:

– Rübabə, - dedi, - buraların tamaşalı vaxtı bahardır. Söz ver ki, yayda da gələrsən. İstəyirəm bu düz, bu dağlar al-əlvan geyinəndə, Qarabağın esil xanəndələri şeyda bülbüllər səs-səsə verəndə baxasan...

Rübabə dedi:

– Baharda, gül-çiçək açılanda çox yer gözəl görünür. Ancaq zəngin təbiət qışın qış vaxtında da seçilir. Bu kəmər dağlar, şiş qayalar, günün altında parıldayan təmiz, sədəf qar, bu dərələr, hamısı zehnimdə qalacaqdır, unudulmayacaqdır.

Onlar uşaq sanatoriyasının yanından diklənib düzə çıxdılar. Əl ağacına söykənərək, yavaş-yavaş yeriyirdilər. Rübabə Vahidin qolunu buraxmırdı. Addımbaşı dayanıb ətrafa, şəhəri üzük qaşı kimi əhatə edən qarlı dağlara, sıldırım qayalara baxır, buranın nə üçün Qala adlandığını düşünürdü. Qayalar içində, qaya biçimində tikilən xan evləri, sanki buzdan sürüşüb düşməmək üçün divara yapışmışdı. Vahid böyük bir şairin cəzalandığı yeri, xanın qəzəb yerini Rübabəyə göstərdi. Divar kimi dik təpədən göz işlədikcə baxırsan, dərənin təki görünmür. Daş tullayıb qulaq asırsan. Bir dəqiqədən sonra quyudan gələn kimi səsi eşidirsən.

– Xanın daş qəlbi varmış! Adamların qolu dalısına bağlanar, dərəyə atılarmış.

Rübabə bu söhbəti eşidə bilmədi. Əlini ürəyinin başına qoydu. Ayağının altındakı sərt qayalara, daşlara, quru kollara, buzlamış qumlara baxdı, sanki onların şahidliyini soruşurdu. Onlardan səs çıxmırdı. Qış günəşi isə ağır- ağır əsrlik təmkinilə qalxır, şəhərin üstündən ötür, getmək istəyirdi. Bu da həmin günəşdir. Bu da xanın, xaqanın cəza dəstələrini görmüş, "müqəssirlər" fəryadını, yetimlər naləsini dinləmişdir...

Rübabənin xəyalına gəldi ki, meşə ilə bu təpə yapışmalı, bu məzar dəstəsini örtməli idi; heç olmazsa qanlı qətllərə təbiət mane olaydı!

Vahid dedi:

– Eh, Rübabə, insan çox qəddar olmuşdur. Öz həmcinsini məhv etmək üçün, o vasitə tapır. Bu dərəyə baxanda yadıma böyük, lakin bədbəxt bir sənətkar düşür. Simnarı, şahın tələbi ilə Xəvərnəq sarayı tikən ustanı deyirəm. Onu öz əsəri ilə məhv edirlər: tikdiyi uca sarayın başından yerə atırlar.

– Onun təqsiri nə idi?

– Təqsiri onun qabiliyyəti idi. Daha yaxşı saray tikmək, hünərini artırmaq meyli idi. Şah paxıllıqdan elədi, istəmədi ki, ayrı adamda da gözəl mülk olsun... Nizami sənətkarın faciəsini ürək ağrısı ilə təsvir etmişdir.

Rübabə dərənin o tayında, lap aşağıda qarda yüyürən bir adam gördü. Qarlı günlərdə ətraf kəndlərdən ova çıxan çox olur. Kəklikdə qəribə bir axmaqlıq var. Adamı görən kimi uçub qaçmır, başını qara soxub arxayın dayanır.

Yüyürən adam doğrudan deyəsən quş tutmuşdu. Nə isə çantası ilə əlləşirdi. Meşədən pırıltı ilə bir dəstə kəklik uçdu. Güllə elə şaqqıldadı ki, deyərdin, dağlar yarıldı, təzədən dərələr açıldı. Bir kekliyin özünü yerə çırpdığını Rübabə gördü: "Ovçular nə imansız olurlar..."

Onlar şəhərə tərəf enəndə Muşu kəndi tərəfdən gələn ovçular ilə qabaqlaşdılar. Ortayaşlı, başlıqlı plaş geymiş birisinin sol böyründə bir dəstə başı kəsilmiş quş vardı. Ovçu Rübabənin dayanıb mərhəmət hissi ilə baxdığını duydu:

– Qızım, - dedi, - ürəyiniz yuxa olur, bilirəm, amma bunlar bizim üçün yaranmışdır.

Bunu dedi, çantasından bir turac açıb Vahidə verdi. Vahid götürmək istəmədi. Ovçu təkid elədi:

– Al deyirəm sənə!

Rubabə dedı:

– Nahaq vurursunuz bu yazıqları. Bunlar dağlar üçün yaranıblar.

Ovçu dedi:

– Biz də "dağ başına" qoymaq üçün vururuq.

– Bilirsiniz bunun yamacda uçması nə gözəldir?

– Buludda olması da yaxşıdır, plov buludunda!

– Qarlı dağdan pırıldayıb uçması adama ləzzət verir.

– "Yağlı dağın" başında oturmağı da adama dad verir.

Rübabə ovçunun üzünə baxıb gülümsədi. Vahid quşu aldı.

– Ay Rübabə, - dedi, - söz güləşdirmə. Sən romantiksən, bunlar yeddi arxadan realistdirlər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xatalı adam

– Kərim, sən hayanda olursan?– Necə bəyəm?

19692 мин
Sevinc haqqında

Həkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?

19694 мин
Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 мин
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 мин

Стихи других поэтов